Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4237/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4237/2023 (Açar sözlər: kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1037/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil X11) tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X15 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Əli Verdiyevə illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 103.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Expressbank” Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli ipoteka müqaviləsinə əsasən, 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsinin təminatı olaraq, X4 mülkiyyətində ol an Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67,6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipotekaya qoyulmuşdur.
3. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X15 bank ilə bağlanmış 29 oktyabr 2014 il tarixli 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsilə, 24 ay müddətinə 103.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 12 yanvar 2022 il tarixə borcalanın banka borcu 93.331,7 ABŞ dolları əsas borc və 44.947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138.279,52 ABŞ dolları təşkil edir.
4. AZ-İ 930397 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X15 28 aprel 2018-ci il tarixdə ölmüşdür.
5. Ölüm haqqında xx.xx.2018-ci il tarixli akt qeydinə əsasən, X7 03 iyul 2018-ci il tarixdə ölmüşdür.
6. Abşeron rayonu, Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi mərhum X6 məxsusdur. Hal-hazırda mərhumun evində nəvəsi-1987-ci il təvəllüdlü Cavabdeh yaşayır. 7. 24.11.2021-ci il tarixli bildirişə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bilidirşin dövlət qeydiyyatına alınması barədə İddiaçı ASC tərəfindən DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. 8. 25.09.2006-cı il tarixli, MH ******* saylı reyestrdən çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dala n 1, 4 saylı fərdi yaşayış evi X6 məxsusdur. 9. 30.10.2014-cü il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən, X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-yə ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93.331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 44.947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138.279,52 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh Abşeron rayonu, Xırdalan şəh əri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X15 arasında 29 oktyabr 2014-cü il tarixli, 100850039/14 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Əli Verdiyevə illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 103.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massiv i, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. X17 və X2 vəfat etmişlər. İddiaçı ASC tərəfindən verilmiş sorğuya cavab olaraq, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışdan görünür ki, hazırda X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalan, ev 4-də mərhumun nəvəsi 1987-ci il təvəllüdlü Cavabdeh yaşayır. Bu da Cavabdeh mirası faktiki qəbul etməsini təsdiq edir.
12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili və nümayəndə si X11 iddianı qəbul etməmiş və izahat verərək iddia müddəti bank tərəfindən ötürüldüyü üçün iddianın hər bir halda rədd olunmasını bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsini məhkəməyə təqdim etmişdir.
13. Birinci instansiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası və ipoteka predmeti olan daşınmaz əmlakın qiymətinin müəyyən edilməsi üçün qiymətləndirici təyin edilərək müvafiq rəylər alınmışdır. 14. “X10 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evinin bazar dəyəri 77.700 manat, likvid dəyəri isə 69.000 manatdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6845 saylı rəyinə əsasən, X8 29 oktyabr 2014-cü il tarixli 100850039/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə 94.936,65 ABŞ dolları əsas borc və 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 127.887,58 ABŞ dolları borc təşkil edir.
16. Abşeron Rayon Məhkəməsinin 2(012)-122/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, tutmanın İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış q iymətinin 90.000 manat müəyyən edilməsi, satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93.331,70 ABŞ dolları məbləğində əsas borcun və 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126.282,63 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X12) tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması, Cavabdeh 200 manat pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X3 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Əli Verdiyev həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, onun bu müqavilə üzrə xx.xx.2016-cı il tarixə (müqavilənin bitmə tarixi) 94.936,65 ABŞ dolları əsas borc və 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 127.887,58 ABŞ dolları borcu qalmışdır. Bu borc Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6845 saylı rəyi ilə tamamilə təsdiq edilir. Bununla belə, iddiaçı bank əsas borc olaraq cavabdehdən 93.331,70 ABŞ dolları tələb etdiyindən, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən hesab etmişdir ki, əsas borc hissəsində cavabdehdən tutulmalı olan borc məhz bu məbləğdə olmalıdır. Əli Verdiyev xx.xx.2018-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışla təsdiq olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi mərhum X6 məxsusdur və hazırda orada mərhumun nəvəsi - 1987-ci il təvəllüdlü Cavabdeh yaşayır.
18. Məhkəmə hesab etmişdir ki, tutma ipoteka predmeti olan mərhum X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə satılmalı və satışdan əldə edilən vəsait 93.331,70 ABŞ dolları əsas borc və 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126.282,63 ABŞ dolları borcun ödənməsinə yönəldilməli, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşç uluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılmalıdır.
19. Məhkəmə həmçinin bildirmişdir ki, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin dəlili əsassızdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ASC daha öncə X9 və X6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə hələ kredit müqaviləsi qüvvədə olan vaxt, xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxla nılmış, hazırki iddia isə xx.xx.2022-ci il tarixdə qaldırılmışdır. Mövcud qanunvericiliyə görə müqavilələrdən doğan öhdəliklər üzrə iddia müddəti 3 il təşkil etdiyindən, məhkəmə hesab etmişdir ki, İddiaçı ASC hazırki tələblə məhkəməyə vaxtında müraciət etmiş, iddia müddətini ötürməmişdir.
20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 445.1, 448.1, 449.4, 1151, 1305, 1306-cı maddələri, “İpoteka haqqında” Qanunun 39.3.3, 59.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 107, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən cavabdeh (nümayəndə və vəkil X11) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üç illik iddia müddətinin keçməsini bildiyi gündən üç illik iddia müddətini ötürmüşdür. Belə ki, əvvəlki qaldırılan iddia ərizəsi baxılmamış saxlanılmışdır və iddiaçı hazırki iddia ərizəsinin kredit müqaviləsinin müddəti bitdikdən üç il sonra qaldırmışdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni rədd edərkən əsaslandırma apara bilməmişdir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin ilkin satış qiyməti ilə bağlı əsassız nəticəyə gəlmişdir, qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verməmiş və bunu qanuna uyğun olmayaraq əsaslandırmışdır.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülkiülki Kollegiyas ının 2(105)-1037/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Lalə Rəhimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93.331,70 ABŞ dolları məbləğində əsas borc və 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126.282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X12) tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin qismən təmin edilməsi, satışdan əldə edilən pul vəsaitindən İddiaçı ASC-yə olan 93.331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126.282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə) və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi borc məbləğinin düzgün hesablanıb -hesablanmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6845 saylı rəyindən müəyyən olunmuşdur ki, X8 29 oktyabr 2014-cü il tarixli 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə 94.936,65 ABŞ dolları əsas borcu və 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 127.887,58 ABŞ dolları borc təşkil edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilən borc məbləğinin hüquqi əsasları vardır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, bank tərəfindən tələb edilən əsas borcun məbləği tələbdən çox, faiz borcu isə tələbdən azdır.
25. Məhkəmə daha sonra qeyd etmişdir ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. X7 ipoteka müqaviləsini imzalayaraq həmin müqavilədən yaranan öhdəlikləri qəbul etmişdir. Beləliklə də, əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilmə si barədə iddia tələbi əsaslıdır.
26. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı halda cavabdeh ipotekaqoyana məxsus fərdi yaşayış evinə sahiblik etməklə orada yaşayır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Belə olan halda, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən görünür ki, ipoteka müqavi ləsinin 3.2-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 90.000 manatdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizasının nəticəsində təqdim edilmiş “X10 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə fərdi yaşayış evinin likvid dəyəri 69.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəylə razılaşmayaraq qeyd etmişdir ki, 8 il ərzində evin dəyərinin bu məbləğdə azalması ilə razılaşmır və ipoteka predmetinin likvid dəyərinin tərəflərin ipoteka müqaviləsi ilə razılaşdırdığı məbləğdə, yəni 90.000 manat məbləğində olması qənaətinə gəlir. Cavabdeh isə apellyasiya şikayətində likvid dəyərinin düzgün müəyyən olunmadığını qeyd etsə də, həmin halı əsaslandırmamış, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
28. Bundan başqa iddia tələbinin i poteka predmetinin satışından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi hissəsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbi satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93.331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 44.947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138.279,52 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbi ipoteka predmetinin satışından əldə olunan və saitin borca yönəldilərək iddiaçıya ödənilməsi barədə olsa da, iddia tələbindən kənara çıxaraq satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93.331,70 ABŞ dolları məbləğində əsas borc və 32.950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126.282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X12) tutularaq İddiaçı ASC-yə ödənilməsi qənaətinə gəlmişdir.
29. İddia tələbinin ipoteka predmetlərinə tutma yönəldikdən sonra cavabdehin 1 ay müddətində çıxarılması və fərdi yaşayış evinin boşaldılması hissəsi ilə bağlı məhkəmə k ollegiyası qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər bel ə öhdəlik götürmüş sayılırlar.
30. İddia müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bank ilk dəfə borclu X15 və ipoteka qoyan X6 qarşı iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə icraatında borcalan və ipotekaqoyanın ölməsi halı aşkar edilmiş, şəxslərin hüquqi varislərinin müəyyən edilməsi üçün iş üzrə icraat xx.xx.2018-ci il tarixdə dayandırılmışdır. Daha sonra, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Ötən müddət ərzində borcalanın hüquqi varisləri müəyyən olunmamış, ipotekaqoyanın hüquqi varisi isə xx.xx.2021-ci il tarixdə müəyyən olunmuşdur və hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı ilk dəfə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, məhkəmə icraatının gedişatı zamanı cavabdehlər vəfat etmiş, daha sonra ipotekaqoyanın hüquqi varisi xx.xx.2021-ci ildə müəyyən edildikdən 4 ay sonra yenidən məhkəməyə müraciət olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəlləsinin 269.5, 317.1, 319.1, 385.1, 385.2, 442, 443, 445.1, 448.1, 739.1, 739.2, 1151.1, 1306.1, 1306.2-cı maddələri, “İpoteka haqqında” Qanunun 4, 39.3.3, 41.1, 59.3, 59.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101, 103, 217.4, 372 və 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən cavabdeh (vəkil X11) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar şəkildə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, hazıki iş üzrə iddia müddəti ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi qətnamədə heç bir qanuni əsaslandırma aparmadan göstərmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, yəni xx.xx.2016-cı tarixədək kredit müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman X3 xx.xx.2018-ci il tarixdə, X2 isə xx.xx.2018-ciiltarixdə ölmüşdür. İddiaçı ASC tərəfindən isə 3 (üç) il sonra xx.xx.2021- ci ildə Xırdalan şəhər inzibati ərazidairəsi üzrə nümayəndəliyinə hüquqi varislərin müəyyən edilməsi ilə bağlı müvafiq sorğu göndərilmişdir. Apellyasiya Məhkəməsi isə heç bir əsaslanma aparmadan formal mülahizələ əsaslanaraq iddia müddətinin cavabdehin hüquqi varisinin xx.xx.2021-ci ildə müəyyən edildiyi tarixdən hesablanmalı olduğunu göstərmişdir. Məhkəmənin mövqeyinə görə iddiaçı Bank 10 il sonra da vərəsələrin müəyyən edilməsi ilə müvafiq sorğu göndərsə də yenə də iddia müddəti keçməmiş olur. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. (Mülki Məcəllənin 381.1-ci maddəsi). Göründüyü kimi, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən hesablanmalıdır.
34. Qətnamə çıxararkən hakim ilk növbədə iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilib-edilməməsini araşdırmamışdır. Belə ki, bank tərəfindən cavabdehə heç bir pretenziya məktubu göndərilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
35. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
36. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
37. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi ö hdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, ist ərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
40. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
42. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
44. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
45. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
46. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
47. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla mü əyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli il ə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
63. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini məqsədəuyğun hesab edir.
64. Belə ki, işin birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X15 arasında 29 oktyabr 2014-cü il tarixdə bağlanmış 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Əli Verdiyevə illik 21 faiz dərəcəsi ilə 24 ay müddətin ə 103.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X7 arasında 29 oktyabr 2014-cü il tarixdə bağlanmış 100850-039/14 nömrəli ipoteka müqaviləsinə əsasən isə, 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsinin təminatı olaraq, Şərqiyyə Fərəcovanın mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m. yaşayış, 67,6 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipotekaya qoyulmuşdur.
65. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı bank hazırki işlə bağlı ilk dəfə X15 və X6 qarşı iddia ilə xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Borc alan X15 28 aprel 2018-ci il tarixdə, X2 isə 03 iyul 2018-ci il tarixdə ölmüşlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. X1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evində onun nəvəsi - 1987-ci il təvəllüdlü Cavabdeh yaşayaraq nənəsinin miras əmlakını qəbul etmişdir. Daha sonra iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, tələbini Cavabdeh qarşı yönəltmişdir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X15 bank ilə bağlanmış 29 oktyabr 2014 il tarixli 100850039/14 nömrəli kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsilə, 24 ay müddətinə 103.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 12 yanvar 2022 il tarixə borc alanın banka borcu 93.331,7 ABŞ dolları əsas borc və 44.947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138.279,52 ABŞ dolları təşkil edir.
66. Apellyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə almaması ilə bağlı qeyd etmişdir ki, iddiaçı bank ilk dəfə borclu X15 və ipoteka qoyan X6 qarşı iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə icraatında borcalan və ipotekaqoyanın ölməsi halı aşkar edilmiş, şəxslərin hüquqi varislərinin müəyyən edilməsi üçün iş üzrə icraat xx.xx.2018-ci il tarixdə dayandırılmışdır. Daha sonra, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Ötən müddət ərzində borcalanın hüquqi varisləri müəyyən olunmamı ş, ipotekaqoyanın hüquqi varisi isə xx.xx.2021-ci il tarixdə müəyyən olunmuşdur və hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı ilk dəfə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, məhkəmə icraatının gedişatı zamanı cavabdehlər vəfat etmiş, daha sonra ipotekaqoyanın hüquqi varisi xx.xx.2021-ci ildə müəyyən edildikdən 4 ay sonra yenidən məhkəməyə müraciət olunmuşdur.
67. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir:
68. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
69. Həmin Məcəllənin 373.2-ci maddəsi nə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
70. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
71. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
72. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həll i baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
73. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
74. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
75. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddə t məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
76. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqavilə si üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır (Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı).
77. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən, yəni icra müddəti bitdikdə başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri).
78. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin hallarından göründüyü kimi iddiaçı Bank ilə X15 arasında kredit müqavil əsi 29 oktyabr 2014-cü il tarixdə 24 ay müddətinə, yəni xx.xx.2016-cı tarixədək bağlanmışdır. Göründüyü kimi iddia müddətinin axımı da Mülki Məcəllənin 377.2-ci maddəsinə müvafiq olaraq, tərəflər arasında mövcud olmuş öhdəliyin icra müddətinin bitdiyi xx.xx.2016-cı tarixədən başlanmışdır. İddiaçı tərəfindən ilk dəfə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2016-cı il tarixdə müraciət edilməsi, iş üzrə icraatın xx.xx.2018-ci il tarixdə dayandırılması, daha sonra, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılması isə iddia müddəti axımının dayandırılması üçün əsas olan hallar kimi qəbul edilə bilməz.
79. Belə ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülən ədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
80. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə əsas tələb olan 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsi üzrə iddia müddəti keçdiyindən, əlavə tələb olan 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli ipoteka müqaviləsi üzrə də iddia müddəti keçmişdir.
81. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
82. İş materiallarına əlavə edilmiş cavabdeh, onun vəkili və nümayəndəsi tərəfindən imzalanaraq birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizədən müəyyən olunur ki, həmin şəxslər iş üzrə iddia müddətinin tətbiq edi lməsi və iddia tələbinin rədd edilməsi barədə birinci inistansiya məhkəməsinə müraciət etmişdir.
83. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
84. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1037/2023 nömrəli, 0 4 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.