Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4363/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli 2(103)-7865/2018 saylı qətnaməsindən iddiaçı “xxxx” X2 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-750/2017) iddiaçı “xxxx” X1 Cavabdeh qarşı əmlakın geri qaytarılması, zərə rin və icarə haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh iddiaçının xeyrinə vurulmuş zərərə görə 428.323 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh “N” İKF-yə qarşı əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov, iş № 2(103)11375/2017) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2018-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Qoldman, Ə.A.Mirzəliyev və G.A.Quliyev, iş № 2( 102)3433/2018) “Çinar Servis” İKF-nin kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh və “xxxx” MMC-nin kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.A.Mərdanova və X.Ə.Sarıyev) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi Cavabdeh tutulmalı olan pulun miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğ 37.983 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2011-ci ildə iddiaçı “N” İKF-nin direktoru Cavabdeh Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO Eksim” şirkəti tərəfindən satışa çıxarılmış “Kjar 2-1” havaayırıcı qurğunun alınıb Bakı şəhərinə gətirilməsi, həmin qurğuya görə ödənişin həyata keçirilməsi, iddiaçı firmaya məxsus olan zavodda quraşdırılması və işə salınmasının təmin olunması barədə şifahi vəkalət vermişdir. Cavabdeh tərəfindən həmin qurğu Bakı şəhərinə gətirilib firmanın ərazisinə yerləşdirildikdən sonra qurğunun bir-sıra hissələrinin olmaması məlum olmuş və bu səbəbdən onun işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. Həmin səbəbdən tərəflər arasında mübahisə yaranmış, məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılmış və nəhayət 2016-cı ilin oktyabr ayında “xxxx” İKF-nin direktoru iddia və əlavə iddia ər izələri ilə məhkəməyə müraciət edərək Cavabdeh firmaya məxsus olan müxtəlif qurğulardan istifadə etməsinə görə icarə haqqını ödəməməsini, eləcə də onun təklifi və vasitəçiliyi ilə Rusiya Federasiyasından gətirdiyi qurğunun hissələrinin olmaması səbəbindən ona ziyan dəyməsini əsas göstərməklə cavabdehdən icarə haqqına görə 132.350 ABŞ dollarının, maddi ziyana görə 428.323 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək “xxxx” İKF-nin istifadəsi üçün aldığı qurğuların dəyərinin ona ödənilməməsinə görə firmadan onun xeyrinə 986.600 ABŞ dollarının tutulmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: “xxxx” İKF-nin direkt oru kassasiya şikayəti verərək iddia tələbinin təmin olunmayan hissəsində mübahisənin işdə olan sübutlara və qanunun tələblərinə uyğun olmadan həll edilməsini əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh də qətnamədən kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili, cavabdeh və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruz əsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və bununla əlaqədar cavabdeh “Eksim” şirkəti tərəfindən satışa çıxarılmış “Kjar 2-1” havaayırıcı qurğunun alınaraq gətirilib iddiaçıya təhvil verilməsi və işə salınması barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 777-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (777.1). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (777.2). Həmin Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (778.1). Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir (778.3.). Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Müəyyən olunmuşdur ki, iddiaçı işlək vəziyyətdə olan qurğunun gətirilməsi barədə cavabdehə vəkal ət vermiş, lakin sonuncu müqavilə öhdəliklərinin icrasını lazımınca təmin etmədən qurğunun işləməsi üçün zəruri olan hissələr olmadan qurğunu iddiaçıya təhvil vermiş və nəticədə iddiaçıya ziyan vurmuşdur. İddiaçı ona dəymiş ziyana görə daha yüksək məbləğ ödənilməsini tələb etsə də, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya dəyən ziyanın məbləği cəmi 37.983 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın qalan hissəsində tələbin əsaslı olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə nəticəyə gəlmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh ona qarşı yönəlmiş iddianın qism ən təmin olunmasını əsassız saysa da, onun göstərdikləri müəyyən olunmuş sübutlarla təkzib olunduğundan, eləcə də, qarşılıqlı iddia tələbinin əsaslı olmasını MPM-nin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq sübuta yetirmədiyindən, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya qarşı olan etirazlarını və qarşılıqlı iddianın dəlillərini əsassız saymışdır. İşin yuxarıda göstərilən halları və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları apellyasiya instansiyası məhkəməsinin iddia və qarşılıqlı iddia tələbləri üzrə düzgün nəticəyə gəlməsi barədə qənaətə gəlmək üçün əsas verdiyindən, kollegiya qətnaməni qanuni və əsaslı sayır və hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublik ası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4363/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4363/2019
19.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver