Məhkəmə qərarları › İş №2(102)-4467/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4467/2019

05.07.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4467/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 vəkili Musayev Ramiz Saday oğlunun iştirakı ilə, İddiaçı və vəkili Məmmədzadə Ramil Tarix oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)151/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rаyоn Məhkəməsinin (A.B.Əliyev) 07 fevral 2018-ci il tarixli, 2(005) 116/2018 nömrəli qətnаməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun müdafiəsi, bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməsi, aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, aparılmış torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pulun İddiaçı tutularaq Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiy a Məhkəməsinin MK-nın (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) 2(103)-151/2019 nömrəli, 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun müdafiəsi, bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı idarəsinin 103 nömrəli Orderi ilə Bakı şəhər İcra Hakimiyyətinin 12 fevral 1993-cü il tarixli 230 nömrəli qərarına əsasən iddiaçıya Goradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1768 nömrəli bağ sahəsi ayrılaraq istifadəsinə verilmişdir. 10.08.2011-ci il tarixdə bağ sahəsinə dair müvafiq plan və cizginin alınmasından ötrü ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq cavabdeh tərəfindən 27.08.2011-ci il tarixli 04/34375 nömrəli məktub göndərilərək sözügedən bağ sahəsinin digər f iziki şəxsin adına dövlət reyestrində qeydiyyatdan keçdiyindən ərizənin icrasının mümkün olmaması bildirilmişdir. İddiaçının istifadəsində olan Goradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1768 nömrəli bağ sahəsi 1794 saylı bağ sahəsi kimi 23.08.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə “satıcı” Cavabdeh1 tərəfindən “alıcı” Cavabdeh2 15.000 manata satılmış, Cavabdeh2 adına RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış və 28.08.2015-ci il tarixdə torpaq sahəsinin kadastrı verilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının açıq-aşkar hüquqları pozulmuş, ona qanuni əsaslarla verilmiş və istifadəsində olan bağ sahəsi qanunsuz olaraq və heç bir əsas, sənəd olmadan 16.04.2008-ci il tarixdə **********54 reyestr nömrəli, ********** qeydi yyat nömrəli dövlət reyestrindən çıxarışla 1794 saylı bağ sahəsi kimi Cavabdeh1 adına sənədləşdirilmiş, Cavabdeh1 də qanunsuz olaraq iddiaçının bağ sahəsini 23.08.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 15.000 manata satmış və bunun nəticəsi olaraq Cavabdeh2 adına 29.08.2015-ci il tarixdə **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış və 28.08.2015-ci il tarixdə torpaq sahəsinin kadastrı verilmişdir. Cavabdeh1 tərəfindən iddiaçının istifadəsində olan Goradil bağlar sahəsindəki 0,12 hektar torpaq sahəsi olan 1768 nömrəli bağ sahəsi zəbt edilmiş, hasara alınmışdır. Bunu aşkar etdikdən sonra o, iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən bağ sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilərək hasara alınmış və onun istifadəsindədir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 17 aprel 2009-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək iddiaçının Bakı şəhəri Binəqədi rayonu Goradil bağlar sahəsində yerləşən 1768 nömrəli bağ sahəsindən istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdıran hərəkətlərin qarşısının alınması, Cavabdeh1, eləcə də bağ evində olan digər şəxslərin bağ sahəsindən çıxarılması, bağ sahəsinin tamamilə boşaldılaraq iddiaçıya təhvil verilməsi, bağ sahəsini əhatə edən daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülərək bağ sahəsinə sərbəst giriş-çıxışın təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinin 20.04.2012-ci il tarixli məktubuna əsasən bağ sahəsi **********54 saylı reyestr nömrəsi ilə digər fiziki şəxsin adına 1794 saylı bağ kimi dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göründüyü kimi Cavabdeh1 hələ bağ sahəsini zəbt etdiyi zaman bağ sahəsinə dair 1794 saylı bağ sahəsi kimi 16.04.2008-ci il tarixli **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əldə etmiş, bunu keçirilən məhkəmə iclasları zamanı da gizləmiş və bağ sahəsinə dair sənədləri qüvvədə ola-ola, bağ sahəsi iddiaçının istifadəsində və sərəncamında ola-ola, eyni zamanda onun iddiaçının bağ sahəsinə dair hər hansı bir sənədi olmaya-olmaya (bir bağa dair iki nəfərə sənəd verilə bilməz) 23.08.2015-ci il tarixdə ona aid olmayan bağ sahəsini alqı-satqı müqaviləsi ilə Cavabdeh 2 satmışdır. Göstərilənlərə əsasən, İddiaçı, ona məxsus Goradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1768 nömrəli bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş 16.04.2008-ci il tarixli **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 23.08.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu alqı-satqı müqaviləsi nəticəsində bağ sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsinə səbəb olmuş 29.08.2015-ci il tarixli, **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın, 28.08.2015-ci il tarixli torpaq sahəsinin kadastrının ləğv edilməsi, qətnamənin icrasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Məmmədzadə Ramil Tarix oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-151/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etir az daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 vəkili Musayev Ramiz Saday oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-151/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətlən dirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı idarəsinin 103 nömrəli Orderinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 12 fevral 1993-cü il tarixli 230 nömrəli qərarı ilə Goradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1768 nömrəli bağ sahəsi ayrılaraq İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.04.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddia tə min edilərək iddiaçının Bakı şəhəri Binəqədi rayonu Goradil bağlar sahəsində yerləşən 1768 nömrəli bağ sahəsindən istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdıran hərəkətlərin qarşısının alınması, Cavabdeh1, eləcə də bağ evində olan digər şəxslərin bağ sahəsindən çıxarılması, bağ sahəsinin tamamilə boşaldılaraq iddiaçıya təhvil verilməsi, bağ sahəsini əhatə edən daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülərək bağ sahəsinə sərbəst giriş-çıxışın təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Ca vabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 8798 nömrəli vərəqində, 16.04.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 23.08.2015-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 1794 saylı bağ sahəsi satıcı Cavabdeh1 tərəfindən alıcı Cavabdeh2 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyest rində 92 nömrəli reyestr kitabının 8798 nömrəli vərəqində, 29.08.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2017-cı il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2017-ci il tarixli, № 20102 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssisinin rəyinin göstəriciləri nəzərə alınaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı bağ torpaq sahəsinin hüdudları müəyyə n edilərək, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Lakin İddiaçı məxsus 0,12 hektar olan 1768 nömrəli bağ sahəsinin hər hansı bir tərpənməz nöqtədən məsafəsi, miqyası, ölçüləri qeyd edilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) əlavə edilmədiyindən sözügedən bağ sahəsinin harada yerləşməsini və hansı bağ sahəsi ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən 10.11.2017-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3555/2017 nömrəli qərardadına əsasən müvafiq rəyin verilməsi məqsədi ilə tərəflərin iştirakı ilə mübahisələndi rilən əraziyə baxış keçirilmişdir. Çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək kameral şəraitdə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin elektron baza məlumatlarına və mülki iş materiallarına əsasən müqayisələndirilmişdir. Araşdırmanın nəticəsi olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı torpaq sahəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəii çıxarış əsasında) hüdudları müəyyən edilmişdir. Mülki iş materiallarına İddiaçı məxsus (sahəsi 0,12 hektar) 1768 nömrəli bağ sahəsinin hər hansı bir tərpə nməz nöqtədən məsafəsi, miqyasi, ölçüləri qeyd edilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) əlavə edilmədiyindən sözügedən bağ sahəsinin harada yerləşməsini və hüdudlarını müəyyənləşdirmək mümkün olmamışdır. Mübahisələndirilən torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (sahəsi 0,12 hektar, reyestr nömrəsi **********54) Cavabdeh2 xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir. Mülki iş materiallarına İddiaçı məxsus (sahəsi 0,12 hektar) 1768 nömrəli bağ sahəsinin hər hansı bir tərpənməz nöqtədən məsafəsi, miqyası, ölçüləri qeyd edilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) əlavə edilmədiyindən sözügedən bağ sahəsinin harada yerləşməsini və hansı bağ sahəsi ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məh kəməsinin 11 iyun 2018-ci il tarixli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 07 dekabr 2018-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəindən görünür ki, mülki iş materiallarına 1768 nömrəli bağ sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) əlavə edilmədiyinə görə, həmin bağ sahəsinin harada yerləşməsini araşdırmaq və sualı cavablandırmaq mümkün olmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********54) çıxarışla sahəsi 0.12 hektar olan 1794 nömrəli bağ sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətinə rəsmiləşdirildiyi və Cavabdeh2 xüsusi mülkiyyətind ə olan 1794 saylı bağ sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin sahəyə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli müraciətinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş cavab məktubunadan görünür ki, mülki iş materiallarına 1768 nömrəli bağ sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) əlavə edilməmişdir və bu səbəbdən harada yerləşməsini araşdırmaq və sualı cavablandırmaq mümkün olmamışdır. Elektron baza məlumatlarına əsasən mübahislənd irilən torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********54) çıxarışla sahəsi 0,12 hektar olan 1794 nömrəli bağ sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi məlumata əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan 1794 saylı bağ sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin sahəyə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən dövlət reyestrində qeydiyyatdan keçmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya məxsus bağ sahəsinin koordinatlarının mübahisəli torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyünü müəyyənləşdirmək məqsədi ilə məhkəmə torpaqşünaslıq ekspertizaları k eçirilmiş və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış bağ sahəsinin ilkin torpaqayırma sxemi olmadığı üçün mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Lakin, müvafiq ekspert rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyətində olan torpaq sahəsi mübahisəli sahə ilə üst-üstə düşür. Ona görə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsi ortaya çıxır. İddiaçı ilk növbədə mübahisəli sahənin ona ayrılmış torpaq sahəsi olması halını sübuta yetirməlidir. Bu vəzifənin öhdəsindən gəlmədən cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinin uğurluluğu sıfıra bərabərdir. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanu ni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlər i müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hü ququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etd irilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-151/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Məmmədzadə Ramil Tarix oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-151/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver