Məhkəmə qərarları › İş №2(102)-4521/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4521/2022

31.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4521/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddialarına dair iş üzrə QƏRARİ (Açar sözlər: Əqdin etibarlı hesab edilməsi, evdən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarlı hesab edilməsi” barədə ilk, Cavabdeh2 İddiaçı qarşı “evdən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-191/2022 nö mrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1ndə yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 49,6 kv.m, yaşayış sahəsi 34,5 kv.m, köməkci sahəsi 15,1 kv.m olan iki otaqlı ev) 1987-ci ilin iyun ayında tərtib olunmuş "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən X5 adına qeydə alınmışdır. Həmin tikilinin mövcud olduğu torpaq sahəsi sənəd üzrə 3800 kv.m, faktiki 3655 kv.m olmuşdur.

2. X7 məxsus olan şəxsi evi və həyətyanı torpaq sahəsi şahidlərin iştirakları ilə 2 (iki) milyon manata 30 iyul 1999-cu il tarixli akta əsasən Mollakamallı kənd sakini İddiaçı satılıb. Aktın doğruluğunu M.Orucova, İddiaçı, A. Talıbova və Q.Kərimov öz imzaları ilə təsdiq etmişlər.

3. Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il olan çıxarışa əsasən, Şabran rayonu Mollakamallı kəndində yerləşən 49.6 kvm ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 adına qeydə alınmışdır.

4. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarına əsasən "Torpağın mülkiyyətə verilməsinə dair” JN-072F, Kod 30406058 saylı şəhadətnamə ilə X2 (X5 arvadı) mülkiyyətinə 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərərk, X6 ilə Şabran rayon u, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin alqı-satqısı üzrə bağlanmış 30 iyul 1999-cu il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia tələbi belə əsaslandırılıb ki, X6 əri X5 razılığı ilə ərinə məxsus olan Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə 30 iyul 1999-cu ildə iddiaçıya satmışdır. X9 həmin vaxt ağır yataq xəstəsi olduğu üçün alqı-satqını onun adından arvadı Məfruzə Orucova etmişdir. İddiaçı həmin vaxt M.Orucovaya aralarında olan razılığa əsasən evin dəyəri olaraq əvvəlki pulla 2 milyon manat pul ödəmişdir. Bu barədə aralarında digər şəxslərin də iştirakı ilə akt tərtib edilmişdir. Alqı-satqı zamanı X2 və X5 övladı Cavabdeh1 da alqı-satqıda iştirak etmiş lakin o, h əmin aktı imzalamamışdır. Alqı-satqı zamanı həmin evin texniki pasportu iddiaçıya təqdim edilmişdir. İddiaçı əqdi icra etsə də, yəni evin pulunu ödəsə də, X6 və X9 evə dair zəruri sənədləşməni apararaq əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna getməmişlər. Belə olan halda, iddiaçı əqdi rəsmiləşdirə bilməmişdir.

7. İddiaçı evi aldığı andan həmin evi sökərək öz vəsaiti hesabına ev inşa etmişdir. Hazırda iddiaçı həmin evdə mülkiyyətçi kimi ailəsi ilə birlikdə yaşamaqdadır. Bu barədə digər sübutları da vardır. İddiaçı əqdi rəsmiləşdirmək istəsə də, hazırda bunu edə bilmir, çünki X5 övladı Cavabdeh2 son vaxtlar iddiaçı ilə həmin evə dair mübahisə yaratmaqdadır. 8. "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərindən, Şabran rayon X13 tərəfindən verilmiş bildirişdən, əhalidən vergilərin qəbulu üçün qəbzdən, "xxxx" ASC tərəfindən verilmiş qəbzdən görünür ki, Şabran rayonu Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin kommunal xərcləri iddiaçı tərəfindən ödənilmiş, bütun bildirişlər iddiaçının adına gəlmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324 və 335.2-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ailə üzvləri ilə birlikdə Şabran rayonu, əvvəlki Mollakamallı kəndində (yeni qaydalarla Dəvəçi kəndi) yerləşən ona məxsus yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, əvvəlki Mollakamallı kəndində (yeni qaydalarla Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49.6 kvm ola n həyətyanı sahəsi 0.43 ha. olan ev cavabdehin mərhum atası X7 məxsus olmuşdur. İddiaçı onların həmkəndlisidir.

12. İddiaçı cavabdehin atasının vəfatından sonra anası X1 icazə alaraq həmin evdə kirayədə yaşamışdır. Valideynlərinin vəfatından sonra evdə yaşamağına ciddi zərurət olmadığı üçün cavabdeh də iddiaçıya bir söz deməmişdir. Lakin son vaxtlar dəfələrlə cavabdeh iddiaçıya xəbər göndərib demişdir ki, evi ailə üzvləri ilə birlikdə tərk etsin. İddiaçı evi tərk etmək əvəzinə hazırki iddia ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir.

13. Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Şabran rayonu, Mollakamallı kəndində ümumi sahəsi 49.6 kvm olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında cavabdehə ona məxsusdur. Hazırda iddiaçı ailə üzvlər i ilə birlikdə cavabdehin mülkiyyətində olan evdən çıxmırlar. İddiaçıya evdən çıxarılmasına dair xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.

14. Cavabdeh qarşılıqlı iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsində şahid X3 bildirib ki, fərdi əməklə məşğuldur, ev ustasıdır, iddiaçı onun əmisi oğludur. İddiaçı özü üçün 1999-cu ildə ev almışdır. Sonradan evi söküb yerində yeni ev tikmişdir. Evin tikintisində o, da iştirak etmişdir. Evin damını özü vurmuşdur.

16. Birinci instansiya məhkəməsində şahid X4 bildirib ki, hər iki tərəfi tanıyır, tikinti ustasıdır, uzun müddətdir ki, bu işlə məşğuldur. İddiaçı onun dayısı oğludur. İddiaçı 1999cu ildə ev alıb, sonra evi söküb yenidən tikmişdir. Evin tikintisində o, da iştirak etmişdir.

17. Şabran rayon Məhkəməsinin 2(031)-91/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi tələbi barədə ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə iddiaçı Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kvm ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. (hakim Çingiz İsgəndərov)

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə X6 arasında əqd bağlanarkən fərdi yaşayış evinə dair mülkiyyət sənədi olmamışdır. Həmin daşınmaz əmlaka dair mülkiyyət sənədi xx.xx.2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX **********01-103 01 seriyalı, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, mübahisəli ev mülkiyyət hüququ əsasında Cavabdeh2 (cavabdehə) məxsusdur. Çıxarış hüquqi qüvvədədir.

19. Birinci instansiya məhkəməsi göstərib ki, Mülki Məcəllənin hazırki iş üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdhi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təqdiqlənməsi tələb edilmir.

20. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, Mülki Məcəllənin mülkiyyətin müdafiəsi, əqdlərlə bağlı, o cümlədən 334.1, 405-ci maddələrinə və "İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mükli İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına istinadən belə qənaətə gəlib ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu baxımdan, ilk iddia tələbi təmin edilə bilməz. Çünki İddiaçı ilə X6 arasında əqd bağlanarkən fərdi yaşayış evinə dair mülkiyyət sənədi olmamışdır. Həmin daşınmaz əmlaka dair mülkiyyət sənədi xx.xx.2020-ci il tarixdə verilmişdir.

21. Eyni zamanda birinci instansiya məhkəməsi hesab edib ki, İddiaçı ailə üzvləri ilə birlikdə Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kvm ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılmalıdırlar.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146, 157.1, 157.2, 178.1, 324.1, 324.2, 324.4, 335.2, 405-ci maddələri və "İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mükli İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı mübahisəli evi söküb yenidən tikmişdir və evi sökən zaman qarşı tərəf məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Evi sənədləşdirib adına keçirmək üçün cavabdehlərdən notariusa getməyi tələb etmiş, lakin onlar bilərəkdən notariusa getməmişlər. Məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdehlər qanunsuz yollardan istifadə edib evə dair çıxarış almışlar; - iddiaçı Cavabdeh1 evi almaq üçün ödədiyi 2 milyon manatdan əlavə, 1 baş (balası ilə birlikdə) inək d ə vermişdir. Mübahisəli evə sonradan alınmış çıxarış Mülki Məcəllənin tələbləri kobud surətdə pozularaq mirasqoyanın ölümündən illər keçdikdən sonra mirası qəbul etmə faktı müəyyən olunmadan, ötürülmüş müddət bərpa edilmədən notarius tərəfindən qanunazidd olaraq X5 digər vərəsələrinin xəbəri olmadan, vərəsəliyə çağırılmadan vərəsəlik işi açılaraq verilmişdir. Əslində, vərəsəlik işi ilə əlaqədar məsələlər məhkəmədə həll olunmalı idi. Bu səbəbə əsasən, həmin çıxarış məhkəmə tərəfindən etibarsız hesab edilərək ləğv edilməlidir; - onu çıxartmaq istədikləri ev mövcud deyildir, belə ki, o, əvvəlki evi söküb yeni ev tikmişdir və hazırda tikdiyi evdə yaşayır. Yeni tikdiyi evin ölçüləri, otaqların sayı və texniki göstəriciləri fərqlidir. DƏDRX-dən çıxarış veriləndə onun yaşadığı evə gəlib ölçüləri götürmək istəyəndə o, mütəxəsisləri evə buraxmamışdır; - birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulmasına və düzgün tətbiq edilməməsinə yol verərək təqdim edilmiş sübut növlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılsa da, iş üçün əhəmiyyəti olan hallar sübut edilsə də, bu hallara düzgün hüquqi qiymət verilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən və cavabdehin mülkiyyətində olan evin texniki göstəricilərinin evin texniki pasportna uyğun olubolmaması, əlavə tikililərin inşa edilib-edilməməsini müəyyən etmək məqsədilə 29 sentyabr 2021-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.

26. Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli, 10/6135 nömrəli rəyinə əsasən fərdi yaşayış evinin faktiki göstəriciləri ilə texniki pasport sənədində qeyd olunan göstəricilər arasında kəskin uyğunsuzluq var. Belə ki, mülki iş materiallarında olan 1987-ci il tarixdə tərtib edilmiş, 1888 invertar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu” sənədində mübahisə predmeti olan fərdi yaşayış evinin 1 açıq eyvan, 1 qapalı eyvan və 2 yaşayış otağından ibarət olduğu göstərildiyi halda, həmin tikili faktiki olaraq 1 giriş hissə, 1 mətbəx, 1 sanitar qovşaq və 5 yaşayış otağından ibarətdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-191/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismə n təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)-91/2021 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddia “İddiaçı ailə üzvləri Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılsın» hissəsində ləğv edilmiş və qarşılıqlı iddia həmin hissədə təmin edilməmiş, qətnamə qlan hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova)

28. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi İddiaçı və X6 arasında Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin alqı-satqısı üzrə bağlanmış 30 iyul 1999-cu il tarixli əqdin etibarlı olması barədə ilk iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, ilk iddia tələbi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmiş, eləcə də, həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları yoxdur.

29. Bununla belə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Cavabdeh2 qarşılıqlı iddiada İddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi İddiaçı ailə üzvlərinin konkret kimlərdən ibarət olması, əhatə dairəsi və posessual vəziyyətlərini müəyyən etmədən qarşılılıq iddianı ailə üzvlərinə münasibətdə də təmin etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilənl ərə əsasən qarşılıqlı iddia tələbi İddiaçı ailə üzvlərinə münasibətdə təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən 30 iyul 1999-cu il tarixli yazılı razılaşmaya əsasən X7 məxsus Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini, evin dəyəri olan 2 milyon manatı ödəməklə iddiaçı almışdır. Həmin zaman əks tərəf evin sənədlərinin ta m hazır olmaması səbəbindən notarial qaydada təsdiqləməyin hələlik mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı dəfələrlə həmin şəxslərə əqdin notarial qaydada təsdiqlənməsi üçün müraciət etmiş, amma qarşı tərəf əqdin notarial qaydada təsdiqlənməsindən yayınmışlar. Hətta sonralar əlavə ödəniş edilsə də, heç bir nəticə olmamışdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt Mülki Məcəllənin qüvvədə olan 335.2-ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınm alıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdhi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təqdiqlənməsi tələb edilmir. ( 24 iyun 2005-ci il tarixinədək olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin təmin edilməyən hissəsində mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədi yindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi iddia və qarşılıqlı tələbləri üzrə düzgün nəticəyə gəlib. Bu baxımdan, məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.

39. Məhkəmə kollegiyas ı qeyd edir ki, tətbiq olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi daşınmaz əmlak üzərində sərəncam vermək hüququ yalnız həmin əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra mümkündür.

40. Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 41. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Az ərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə e tibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.

42. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir.

43. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də İddiaçı ilə X6 arasında əqd bağlanarkən fərdi yaşayış evinə dair mülkiyyət sənədi olmamışdır. Bu da o deməkdir ki, hazırki iş üzrə Konstitusiya Məhkəməsinin qeyd etdiyi hallardan ən azı biri – əqdin özünün qanuna zidd olmaması – müəyyən edilməyib.

44. Həmçinin qarşılıqlı iddianın təmin edilən hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahsədə adı keçən evə mülkiyyət hüquqları qeydə alınıb və işin bu halına istinadən qarşılıqlı iddianın təmin edilən hissəsində gəlinən nəticə Mülki Məcəllənin 152 və 157.2-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-191/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver