Məhkəmə qərarları › İş №2(102)-4554/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4554/2020

11.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4554/2020 11.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD 24 iyul 2020-ci il İş № 2(102)-4554/20 Bakı şəhəri Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qərardadından cavabdeh “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/18 saylı, 10 oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/18 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2127/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qərar dadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadın “qərara aldı” hissəsində göstərilmişdir ki, qərardaddan kassasiya şikayəti verilə bilməz. Lakin, cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2127/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və qərardadın “qərara aldı” hissəsində yenidən göstərilmişdir ki, qərardaddan kassasiya şikayəti verilə bilməz. Buna baxmayaraq, cavabdeh həmin qərardaddan da kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsiylə kassasiya qaydasında baxılan aktların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən,apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Hazırki kassasiya şikayəti həmin maddədə göstərilən qərardadlara aid olmadığından kassasiya instansiyasında icraata qəbul edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qərardadından cavabdeh “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin verdiyi kassasiya şikayəti icraata qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver