Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4662/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə Cavabdeh1 Sığorta Şirkəti ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli, 31 may 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh1 Sığorta Şirkəti ASC Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-453/2019 saylı mülki iş üzrə qəbul etdiyi 30 ya nvar 2019-cu il tarixli qətnaməsinin icrasına dönüş edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2 (009)- 452/2019 saylı qətnaməsinin icrasına dönüş edilməsi və həmin qətnamənin icrası ilə bağlı verilmiş icra sənədi üzrə tələbkar İddiaçı 33082,62 (otuz üç min səksən iki manat altmış iki qəpik) manat pulun tutularaq borclu Cavabdeh1 Sığorta Şirkəti ASC-yə ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev) Cavabdeh1 Sığorta Şirkəti ASC (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadnın ərizənin təmin edilməyən hissəsində ləğv, ərizənin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayət i kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə və iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunvericilik apellyasiya instansiyaları məhkəmələrinin hansı növ qərardadlarından kassasiya şikayəti verilməsini konkret müəyyən etmişdir və həmin sırada icraya dönüş olunması barədə qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan, kassasiya şikayəti səhvən icraata götürülmüşdür Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul o lunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının nəticə hissəsində həmin qərardaddan kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izahı qətnamə qəbul edildiyi dövr üçün mülki prosessual qanunvericiliyə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli, 31 may 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublik ası Ali Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 Sığorta Şirkəti ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli, 31 may 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 Sığorta Şirkəti ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli, 31 may 2022-ci il tarixli qərardadı ndan verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4662/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4662/2022
10.08.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver