Məhkəmə qərarları › İş №2(102)-470/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-470/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-470/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxxnın Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ipoteka predmetinə yönəldilməsi, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 və vəkili X5, cavabdehin vəkili Vəkil və üçüncü şəxs X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1075/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xxxx (bundan sonra - iddiaçı və ya Bank) ilə X3 (bundan sonra – üçüncü şəxs və ya Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********08014 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana 48 ay müddətinə, illik 19% faiz ödəmək şərti ilə 19000 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh (bundan sonra – cavabdeh və ya İpoteka qoyan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********08014/İP nömrəli ipoteka müqaviləsinə əsasən qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq İpoteka qoyan mülkiyyətində olan Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən 23 saylı (0,05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) fərdi yaşayış evini (bundan sonra - ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında 14856,67 ABŞ dolları məbləğində əsas, xx.xx.2018-ci il tarixədək illik 19 % dərəcəsi ilə hesablanmış 7188,74 ABŞ dolları məbləğində ad i faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 3719,41 ABŞ dolları məbləğində penya, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 20 % dərəcəsi ilə hesablanmış 685,06 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 26449,88 ABŞ dolları və xx.xx.2018-ci il tarixdən etibarən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka p redmetinin dəyərindən Bankın xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdeh, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində təyin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Borcalan kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələb lərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 340 saylı hesabatla müəyyən edilmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin (0,05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 55000 manatdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 5924 nömrəli xx.xx.2018-ci il tarixli rəyinə əsasən Borcalanın kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Banka - 14749,88 ABŞ dolları əsas və 5731,91 ABŞ dolları faiz olmaqla, cəmi 20481,79 ABŞ dolları məbləğində borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 33098 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə Borcalanın kredit müqaviləsi üzrə xx.xx.2018-c i il tarixə Banka - 14749,88 ABŞ dolları əsas və 11562,62 ABŞ dolları faiz olmaqla, cəmi 26312,50 ABŞ dolları məbləğində borcunun olduğu müəyyən edilmişdir. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)5/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia qismən təmin edilmiş, ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan fərdi yaşayış evinin (0,05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Borcalanın Banka olan 14749,88 ABŞ dolları əsas, 7188,74 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, 685,06 ABŞ dolları məbləğində əldən çıxmış fay danın əvəzi olmaqla, cəmi 22633,68 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) borcun və iddiaçı tərəfindən çəkilmiş ümumilikdə 75 manat rüsum xərclərinin Bankın hesabına ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdeh, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitdən keçirilmiş ekspertizaların dəyəri 290 manatın tutulması, iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs Bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmiş, buna görə də onun Bank qarşıs ında 14749,88 ABŞ dolları əsas, 7188,74 ABŞ dolları faiz, 685,06 ABŞ dolları məbləğində əldən çıxmış fayda həcmində borcu yaranmışdır. Bu hissədə iddia tələbini qismən təmin edən məhkəmə müəyyən etdiyi borcun işdə olan sübutlar, hesabdan çıxarış, ekspert rəyi, o cümlədən maliyyə arayışı ilə təsdiq olunduğunu qeyd etmişdir. Məhkəmə hesablanmış dəbbə pulunun məbləğinin yüksək olduğunu qeyd edib, dəbbə pulunun 10 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, Bank borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır və tələb ipotekaya qoyulmuş fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. Məhkəmə baxışı zamanı tərəflərin razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyi əsasında 55000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının ipoteka predmetinin məcburi qaydada boşaldılması hissədə də iddianı təmin etmiş, qeyd etmişdir ki, ipoteka qoyulan evdə rəsmi qeydiyyatda olan yeganə şəxs evin mülkiyyətçisi, İpoteka qoyandır. Məhkəmə hesab etmişdir ki, bütün hallarda ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdeh, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 439.1, 442, 448, 449.1, 465.2, 467, 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 4.1, 33, 34.1.1, 39.3.3, 59.3.1, 59.4-cü (hüquq münasibətinin yar andığı dövrdə qüvvədə olan redaksiyada) maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1075/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmış, qeyd etmişdir ki, məhkəmə bu hissələrdə maddi hüquq normalarını düzgü n tətbiq etmiş, işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, Məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin cavabdeh, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetin in ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının nəticəsindən asılı olaraq əsas və faiz borcunu ipoteka predmetinin real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquq normalarının pozulması və məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Belə ki, məhkəmə mübahisəli hüquq münasibətinə 2014-cü ildə qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsini tətbiq etmək əvəzinə həmin Qanunun hazırda qüv vədə olan 59.4-cü maddəsini tətbiq etmişdir. Bundan başqa, məhkəmənin istinad etdiyi ekspert rəyi ilə müəyyən edilmiş qiymət ipoteka predmetinin real dəyərini əks etdirmir, ona görə evə baxış keçirməklə yenidən qiymətləndirilmə keçirilməlidir. Həmçinin, məhkəmə borcun məbləğini yalnız Bankın maliyyə arayışı əsasında müəyyən etməklə və bu məbləğin əslində sübut olunmamasına əhəmiyyət verməməklə sübutların qiymətləndirilməsi barədə prosessual hüquq normalarının, eləcə də hazırkı iddia tələbi üzrə cavabdehlik daşımalı olan şəxsi üçüncü şəxs qismində cəlb etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktını yalnız cavabdeh mübahisələndirdiyindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqlar ı yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildə n müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin düzgün təbiq edilm ədiyi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işə baxmış birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəyə həmin maddənin tərəflər arasında ipoteka hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasını tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində müqayisəli şəkildə maddənin yeni redaksiyasına istinad etsə də, belə qənaətə gəlmişdir ki, hər iki redaksiyada ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetindən məcburi qaydada çıxarılması qaydası müəyyən edildiyindən həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanunidir. Bu baxmdan şikayətin istinad olunan dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert və mütəxəssis rəy inin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət ve rilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehnən kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1075/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində də dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver