Məhkəmə qərarları › İş №2(102)-475/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-475/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-475/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, ASC “xxxxx” Bankın nümayəndəsi X5 və vəkili Quliyev Rəşad Elşad oğlunun iştirakları ilə, Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsində n kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı xxxx cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə tələblərin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmetləri olan yaşayış sahələrindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əsədova, iş 2(005)-837/2019) iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə 335.000 ABŞ dolları məbləğində əsas borc, 20 fevral 2018ci il tarixədək əsas borc m əbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 26.899,18 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 20 fevral 2018-ci il tarixdən 08 aprel 2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 18.983,33 ABŞ dolları məbləğində zərərin əvəzi, 08 aprel 2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10.000 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 390.882,51 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 120 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 175 manat məbləğində çəkilmiş xərclərin tutulması, Cavabdeh2 tutulmalı olan məbləğlər-borc öhdəliyinin tə minatı kimi iddiaçı “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri,ünvan 1 ünvanında yerləşən 3a nömrəli evdə olan 98,8 kv.metr ümumi, 57 kv.metr yaşayış və 41,8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzilə, Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında istifadəsində olan 0,22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli evdə 2 otaqlı, 233 nömrəli mənzilə, Cavabdeh3 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 16 nömrəli evdə olan 89,99 kv.metr ümumi, 56,99 kv.metr yaşayış və 33 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 2 nömrəli mənzilə və X2 məxsus olmuş (17 avqust 2015-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən hazırda X1 vərəsələri - hər biri 1/3 hissədə olmaqla paylı mülkiyyətçilər Ca vabdeh6, Cavabdeh4 və Cavabdeh5 məxsus) Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 42,5 kv.metr ümumi sahədən ibarət 27A nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi. Həmin mənzillər və qeyri- yaşayış sahəsi açıq hərrac yolu ilə realizə edilməsi, mənzillərin və qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait ipoteka qoyanlara qaytarılması, ipoteka predmetləri olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinin ilkin satış qiyməti 155.000 (bir yüz əlli beş min) manat, Bakı şəhəri, ünvan 2 ünvanında 233 nömrəli mənzilinin ilkin satış qiyməti 98.000 (doxsan səkkiz min) manat, Bakı şəhəri, ünvan 3 ünvanında 2 nömrəli mənzilinin ilkin satış qiyməti 132.000 (bir yüz otuz iki min) manat və Bakı şəhəri, ünvan 4 ünvanın da 27A nömrəli qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 148.000 (bir yüz qırx səkkiz min) manat məbləğində müəyyən olunması, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 3a nömrəli evdə olan 98,8 kv.metr ümumi, 57 kv.metr yaşayış və 41,8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzil, Bakı şəhəri, ünvan 2 ünvanında istifadəsində olan 0,22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli evdə 2 otaqlı, 233 nömrəli mənzil və Cavabdeh3 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 16 nömrəli evdə olan 89,99 kv.metr ümumi, 56,99 kv.metr yaşayış və 33 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 2 nömrəli mənzil və Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 42,5 kv.metr ümumi sahədən ibarət 27A nömrəli qeyriyaşayış sahəsinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boş aldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-9797/2019) cavabdehlər Cavabdeh2, Cavabdeh6 və Cavabdeh3 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(005)-837/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh6 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019- cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: ASC “xxxxx” Bankın nümayəndəsi X5 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası m əhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, iş in faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 20 fevral 2015-ci il tarixli **********0991 nömrəli kredit müqaviləsi ilə kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 ay müddətinə, illik 16 % ödənilməsi şərtilə, 509.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra qeyd olunan müqaviləyə 16 mart 2016-cı il tarixli 01 nömrəli və 20 fevral 2017-ci il tarixli 02 nömrəli əlavə sazişlər bağlanmaqla kreditdən istifadəyə görə illik faiz dərəcəsi 12%-ə endirilmiş və kreditin qaytarılma müddəti 20 fevral 2018-ci ilədək uzadılmışdır.20 fevral 2015-ci il tarixli **********0991/İM-1 nömrəli ipoteka müqaviləsi ilə, kredit müqaviləsi, onun 01 nömrəli və 02 nömrəli əlavə sazişləri üzrə borc alan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında sonuncuya məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 3a nömrəli evdə olan 98,8 kv.metr ümumi, 57 kv.metr yaşayış və 41,8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 20 fevral 2015-ci il tarixli **********0991/İM-2 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsi, onun 01 nömrəli və 02 nömrəli əlavə sazişləri üzrə borc alan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus Bakı şəhəri, ünvan 2 ünvanında istifadəsində olan 0,22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli evdə 2 otaqlı, 233 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 20 fevral 2015-ci il tarixli **********0991/İM-3 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi, onun 01 nömrəli və 02 nömrəli əlavə sazişləri üzrə borc alan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh3 arasında sonuncuya məxsus Bakı şəhəri, ünnvan 3 ünvanında yerləşən 16 nömrəli evdə olan 89,99 kv.metr ümumi, 56,99 kv.metr yaşayış və 33 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 2 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 20 fevral 2015-ci il tarixli ******** **0991/İM-4 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsi, onun 01 nömrəli və 02 nömrəli əlavə sazişləri üzrə borc alan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh X3 arasında sonuncuya məxsus olmuş (17 avqust 2015-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən hazırda X1 vərəsələri - hər biri 1/3 hissədə olmaqla paylı mülkiyyətçilər Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 məxsus) Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 42,5 kv.metr ümumi sahədən ibarət 27A nömrəli qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 mart2019-cu il tarixli LP-038/19 nömrəli rəyinə əsasən Ba kı şəhəri, ünvan 1 ünvanında yerləşən 3a nömrəli evin 119A nömrəli mənzilinin hazırkı dövrə olan bazar qiyməti 155.000 (bir yüz əlli beş min) manat müəyyən olunmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 mart 2019-cu il tarixli LP-039/19 nömrəli rəyinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 116 nömrəli evin 233 nömrəli mənzilinin hazırkı dövrə olan bazar qiyməti 98.000 (doxsan səkkiz min) manat müəyyən olunmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 mart2019-cu il tarixli LP-040/19 nömrəli rəyinə əsasən Bakı şəhəri, ünvan 3 ünvanında 16 nömrəli evin 2 nömrəli mənzilinin hazırkı dövrə olan bazar qiyməti 132.000 (bir yüz otuz iki min) manat müəyyən olunmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 mart2019-cu il tarixli LP-041/19 nömrəli rəyinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanında 27A nömrəli qeyriyaşayış sahəsinin hazırkı dövrə olan bazar qiyməti 148.000 (bir yüz qırx səkkiz min) manat müəyyən olunmuşdur Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739.1, 740, 442, 448.1, 460.1, 467, 439, 295, 317.1, 319.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36, 34.1.1.1, 39.3.3-cü maddələrini tətbiq etmişdir. Cavabdeh2 kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdilər ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Cavabdeh2 həmçinin kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi, prosessual hüquq normalarının pozulmasın a və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun p ozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar