Məhkəmə qərarları › İş №2(102)-476/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-476/2020

27.01.2020 · Müqavilələrin bağlanması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-476/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ilkin iddia üzrə Cavabdeh1 şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin nümayəndəsi X2, vəkili X14 və Cavabdeh4 vəkili X1 iştirakı ilə, Cavabdeh1 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və vəkili Vəkil qızının kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh1 şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 Mənzil Kooperativ üzvlərinin ümumi yığıncağının Cavabdeh1 şəhəri, Ünvan mənzilinin X5 adına keçirilməsinə dair 16.10.2015-cı il tarixli 04 saylı protokolu, X oğlunun adına keçirilməsinə dair 04.04.2016-cı il tarixli 01 saylı protokolu, X4 adına keçirilməsinə dair 19.04.2016-cı il tarixli 12 saylı protokolu, X6 adına keçirilməsinə dair 24.04.2016-cı il tarixli protokolu, X8 adına keçirilməsinə dair 24.05.2016cı il tarixli 02 saylı protokolu, Cavabdeh4 adına keçirilməsinə dair 01.05.2017-ci il tarixli 01 saylı protokolu etibarsız hesab edilməsi, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 şəhəri, Ün van mənzil üzərində istifadə və sahiblik hüquqları tanınmaqla, mənzil Cavabdeh4 və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınması, Cavabdeh4 və onun ailə üzvləri mənzildən çıxarılmaqla mənzil boşaldılsın və ilkin iddia üzrə İddiaçı təhvil verilməsi, ilkin iddia tələbi qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh1nə qarşı Cavabdeh1 Mənzil Kooperativ üzvlərinin ümumi yığıncağının 18.09.2016-cı il tarixli 03 saylı protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9279/2019 saylı qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) cavabde hlər Cavabdeh4, X15, X oğlu, X13, X16 və X18 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək Cavabdeh1 şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsinin Cavabdeh1 Mənzil Kooperativ üzvlərinin ümumi yığıncağının Cavabdeh1 şəhəri, Ünvan mənzilinin X5 adına keçirilməsinə dair 16.10.2015-cı il tarixli 04 saylı protokolun, X oğlunun adına keçirilməsinə dair 04.04.2016-cı il tarixli 01 saylı protokolun, X4 adına keçirilməsinə dair 19.04.2016-cı il tarixli 12 saylı protokolun, X6 adına keçirilməsinə dair 24.04.2016-cı il tarixli protokolun, X8 adına keçirilməsinə dair 24.05.2016-cı il tarixli 02 saylı protokolun, Cavabdeh4 adına keçirilməsinə dair 01.05.2017-ci il tarixli 01 saylı protokolun etibarsız hesab edilməsi, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 şəhəri, Ünvan mənzil üzərində istifadə və sahiblik hüquqları tanınmaqla, mənzil Cavabdeh4 və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınması, Cavabdeh4 və onun ailə üzvləri mənzildən çıxarılmaqla mənzilin boşaldılması və ilkin iddia üzrə İddiaçı təhvil verilməsi” barədə iddia tələblərinin təmin edilməsi hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh1 şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatın İdarəsinə, Cavabdeh4, Cavabdeh3, X9, X oğluna, X7, X10, X11 qarşı orderin ləğv edilməsi, mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi və iddia ərizəsinə əlavəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1nə məxsus Cavabdeh1 şəhəri, Ünvan ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 10- cu mərtəbədə yerləşən sahəsi 43,4 kv.m. olan 2 otaqlı 26 saylı mənzilə dair Cavabdeh1 şəhər icra Hakimiyyəti Aparatı Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 010250 saylı, 01,02.2006-cı il tarixli orderin ləğv edilməsi, onunla Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və onun adına Cavabdeh1 Mənzil Kooperativi tərəfindən yeni order verilməsi və ya səlahiyyətli orqan tərəfindən sərəncam verilməsi, cavabdehlər X5, X oğlunun, X4, X6 və X8 adlarına olan protokolların etibarsız hesab edilməsi, həmçinin Cavabdeh4 adına olan protokolun etibarsız hesab edilməsi, Cavabdeh4 və onun ailə üzvləri həmin mənzildən çıxarılması, mənzil boşaldılması, iddiaçıya qaytarılması və gələcəkdə mənzilə dair heç bir maneçilik olmam ası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh1 Mənzil Kooperativinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil Kooperativ üzvlərinin ümumi yığıncağının 18.09.2016-cı il tarixli 03 saylı protokolunun etibarsız hesab edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdırlar ki, Cavabdeh1 Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iş üzrə qəbul etmiş olduğu qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün müh üm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Ona görə də Cavabdeh1 Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9279/2019 saylı 04 sentyabr 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılması və ya işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh1 şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin nümayəndəsi X12, vəkili X19 və Cavabdeh4 vəkili X3 Cavabdeh1 Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaş madıqlarını bildirərək qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən o lunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh3 özünə məxsus 26 nömrəli mənzili X10, X11, X9, X oğluna, X7, İddiaçı və Cavabdeh4 satmışdır. Mübahisəli mənzil İddiaçı 08.09.2016-cı il tarixdə, X7 19.04.2016-cı il tarixdə X10 24.04.2016-cı il tarixdə Cavabdeh4 01.05.2017-ci il tarixdə, X11 13.07.2016-cı il tarixdə X9 16.10.2015-ci il tarixdə, X oğluna 04.04.2016-cı il tarixdə satılmışdır. Mübahisəli mənzil İddiaçı satılmamışdan öncə digər cavabdehlər X9 16.10.2015-ci il tarixdə, X oğluna 04.04.2016-cı il tarixdə X7 19.04.2016-cı il tarixdə, X10 24.04.2016-cı il tarixdə, X11 13.07.2016-cı il tarixdə satılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən, həmçinin müəyyən edilmişdir ki, Cavabdeh3 özünə məxsus Cavabdeh1 şəhəri, Ünvan ünvanındakı yaşayış binasında 1-ci giriş 10-cu mərtəbəsində yerləşən 2 otaqlı 26 nömrəli mənzili İddiaçı satmamışdan öncə 5 nəfər şəxsə satmış və İddiaçı mənzil satılarkən mübahisəli mənzil artıq Cavabdeh3 məxsus olmayaraq hüquqi əməliyyatlar aparılmışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qanunvericiliyə əsaslanaraq qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə gö rə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası bu konteksdə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin Cavabdeh3 tərəfindən İddiaçı satılmamışdan öncə digər 5 nəfərə satılması onu deməyə əsas verir ki, iddiaçının adına keçirilməsinə dair protokolu özü-özlüyündə etibarlı sənəd kimi qəbul edilə və əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Apellyasiya instansiya sı məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin Cavabdeh3 tərəfindən İddiaçı satılmamışdan öncə digər 5 nəfərə satılması, həmin mənzilin iddiaçının adına keçirilməsinə dair protokol özü-özlüyündə etibarlı sənəd kimi qəbul edilə və əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 Mənzil Kooperativ üzvlərinin ümumi yığıncağının Cavabdeh1 şəhəri, Ünvan mənzilinin X5 adına keçirilməsinə dair 16.10.2015-cı il tarixli 04 saylı protokolu, X oğlunun adına keçirilməsinə dair 04.04.2016-cı il tarixli 01 saylı protokolu, X4 adına keçirilməsinə dair 19.04.2016-cı il tarixli 12 saylı protokolun, X6 adına keçirilməsinə dair 24.04.2016-cı il tarixli protokolun, X8 adına keçirilməsinə dair 24.05.2016-cı il tarixli 02 saylı protokolun, Cavabdeh4 adına keçirilməsinə dair 01.05.2017-ci il tarixli 01 saylı protokolun etibarsız hesab edilməsi, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 şəhəri, Ünvan mənzil üzərində istifadə və sahiblik hüquqları tanınmaqla, mənzilin Cavabdeh4 və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınması, Cavabdeh4 və onun ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” məzmunlu iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasi bətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdırlar ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qəbul etmiş olduğu qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hü quq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar