Məhkəmə qərarları › İş №2(102)-4822/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4822/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq sahəsinin boşaldılması - Maddi ziyanın ödənilməsi - Müqavilənin etiba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4822/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X14, Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin, X14, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşılıqlı iddia, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4822/2023 (Açar sözlər:məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Kommersiya kollegiyası Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyası Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X14, Cavabdeh2 və Cavabdeh1 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması tələbinə dair ilk, X14, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi ziyan və torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları

1. JN-0834, kod 30304038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən xx.xx.2005-ci il tarixli, 4-ə-2037 saylı alğı-satqı müqaviləsinə əsasən Quba rayonu, İqrıq kəndi ərazisində yerləşən 1.32 ha torpaq sahəsi X1. Quba RİHB-nın xx.xx.2011-ci il tarixli, 01 saylı sərəncamına əsasən X7 müraciəti, torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-0834, kod ********) və mütəxəssis komissiyasının akt-rəyinin nəzərə alınması, ona mülkiyyətində olan və İqrıq kənd ərazisində yerləşən torpaq sahəsində tikinti materiallarının istehsalı üçün texnika və avadanlıqların, yüngül konstruksiyalı qurğuların ucaldılmasına və 200 kv.m sahədə yardımçı binaların tikintisinə razılıq verilməsi qərara alınmışdır.

2. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, X4 rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsini ida rə etməyi, onun üzərində sərəncam verməyi, satmağı və s. səlahiyyətləri etibarnamə əsasında X12 etibar etmişdir.

3. Daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X7 nümayəndəsi X2 Mehriban Arzuman qızının mülkiyyətində olan Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır

4. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, X14, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsi, onun üzərində tikilmiş inzibati bina və yardımçı tikililərdən, eyni zamanda mərhum dayısına məxsus qurğuların X9, Cavabdeh2 İsabala qızına və Cavabdeh1 məxsus texnikaların onun özünün hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Nigar Xudaverdiyeva dayısı qızı, Cavabdeh2 dayısı arvadı, Cavabdeh1 dayısının tanışıdır. 2010-cu ilin yanvar ayının əvvəllərində mərhum dayısı X16 ona zəng vuraraq Qubaya gəlməsini və tikinti materiallarının istehsalı ilə məşğul olmağı təklif etmişdir. Həmin vaxt o, Bakı şəhəri Binə Ticarət Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yaxşı qazanc əldə et mişdir. Bir neçə gün sonra dayısı ilə Qubada görüşüb işi müzakirə etmişlər. Dayısı tikinti materiallarının istehsalı üçün tələb olunan qurğuları İrandan gətizdirdiyini bildirmişdir. Bu ərazidə torpağın alınması və onun üzərində istehsalat üçün zəruri olan tikililərin tikilməsi xərclərini çəkməyini və istehsalata rəhbərlik etməyini təklif etmiş və bu barədə onunla razılaşmışlar. Dayısı, ona yaxın tanıdığı Mehriban adlı qadının ünvan 2i ərazisində özünə məxsus 1,32 ha torpaq sahəsini 30.000 manata satdığını, ilkin olaraq 10.000 manat nəğd şəkildə, yerdə qalan 20.000 manatı isə hər il 5000 manat olmaqla 4 il ərzində, sonuncu ödənişi notariat ofisində topaq sahəsinin alğı-satqı müqaviləsi bağlanarkən verilməsinə razı olduğunu bildirmişdir. O, dayısına danışdıqları kimi 10.000 manat pul vermiş və o, bir neçə gün sonra özünə məxsus qurğuları həmin torpaq sahəsində quraşdırmışdır. 2010-cu ilin yanvar ayının sonundan beton daşınması üçün kirayəyə texnikalar götürüb beton istehsalına başlamışlar. 2012-ci ilin aprel ayından dayısının tanışı Kamalın texnikalarından istifadə etmişlər. 2011, 2012 və 2013-cü ildə torpaq sahəsinə görə Mehriban Atakişiyevaya verilməsi üçün dayısına hər il üçün 5000 manat, cəmi 15.000 manat pul vermişdir. 2012-ci ilin sentyabr ayında Quba rayon İcra Hakimiyyəti Başçının 05 yanvar 2011-ci il tarixli sərəncamının tələblərinə uyğun olaraq, həmin torpaq sahəsi üzərində 200 kv.m sahəsi olan inzibati binanın tikintisinə başlayıb həmin ilin oktyabr ayının sonunda başa çatdırmışdır. 2015-ci ilin əvvəllərində isə sahəsi 6 kv.m olan gözətçi otağı, 2016-cı ildə isə sahəsi 18 kv.m olan anbar və 16 kv.m sahəsi olan toyuq-cücə saxlamaq üçün hin tikmişdir. Tikdiyi 200 kv.m inzibati binanın arxa tərəfində sahəsi 300 kv.m olan meyvə bağı salmışdır. Əlavə olaraq işçilərinin paltar dəyişməsi üçün bir ədəd vaqon almışdır. İstehsalat üçün lazım olan artezian vurdurmuş və 150 ton tutumu olan su hovuzu tikmişdir. İnzibati binanın tikintisi, təmiri, ofis, məişət əşyaların, generatorun alınmasına və digər işlərin görülməsinə 120.000 manat pul xərcləmişdir. 04 noyabr 2014-cü il tarixdə AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, X6 xüsusi mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1,32 ha torpaq sahəsi almışdır. Alğı-satqı müqaviləsini satıcı qismində Mehriban Atakişiyevanın səlahiyyətli nümayəndəsi dayısı X16 imzalamış və əvvəldən razılaşdıqları kimi 50 00 manat pulu ona vermişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqları 08 noyabr 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyesrtində 89 nömrəli reyestr kitabının 7 №-li vərəqində qeydiyyata alınmışdır. İstehsalat rəhbəri kimi işçilərinin aylıq maaşlarını özü vermişdir. Lazım olduqca sınmış və köhnəlmiş avadanlıqların ehtiyat hissələrinin alınmasını özü həyata keçirmişdir. İstehsalat sahəsinin tikinti materiallarının satışını və idarə olunmasını həyata keçirmişdir. 21 iyun 2022-ci ildə onun müvəqqəti olaraq saxlanılmağından istifadə edərək, cavabdehlər X14, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi inzibati binanı zəbt etmiş, binaya girmək və sahibkarlıq fəaliyyəti göstərməyimə əngəl yaradırlar.

7. Cavabdehlər X17, Cavabdeh2 İsabala qızı, Cav abdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli beton zavodunun qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə aparılmaqla cavabdeh İddiaçı ümumilikdə 980.000 manat maddi zərərin tutularaq onlara, yəni iddiaçılar Cavabdeh1, Cavabdeh2 İsabala qızına, Cavabdeh3 Aftandil qızına verilməsi və cavabdeh İddiaçı həmin torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehlər X17, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba Rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2011-ci il tarixli Sərəncamı ilə Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsi iddiaçı Cavabdeh1 yaxını X10 ayrılmış və həmin torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsinə dair X7 mülkiyyət hüququ tanınmışdır. X10 iddiaçı Cavabdeh1 və yaxın dostu və şəriki X16 bildirdilər ki, həmin torpaq sahəsini onlara istifadəyə versin və onlar öz vəsaitləri və avadanlıqları ilə ona məxsus torpaqda beton zavodu tikilsin və bunun üçün onun adından Cavabdeh1 yaxın dostu və şəriki X12 etibarnamə verməyini bildirmişlər. X4 rayonunda yerləşən dövlət notariusunda 17 may 2011- ci il tarixdə Cavabdeh1 yaxın dostu və şəriki X12 etibarnamə vermişdir. Cavabdeh1 və yaxın dostu və şəriki X2 Mehriban Arzuman qızına bildirmişdir ki, zavodu qurub işə saldıqdan sonra ona da torpağa görə əldə edəcəkləri xeyirlərindən bir hissədə verəcəklər. Onlar onun torpağında beton zavodu öz vəsaitləri ilə qurmuş və həmin torpaqda o, Kamal və Aftandil inzibati bina və digər yardımçı binalar tikərək, avadanlıqlar quraşdıraraq zavodu işə salmışl ar. Bu yaxınlarda bilmişdir ki, X11 bacısı oğlu İddiaçı onlara, yəni Cavabdeh1, X11 həyat yoldaşı Cavabdeh2 İsabala qızına, Cavabdeh3 Aftandil qızına qarşı iddia verərək guya ona məxsus torpaqdan avadanlıqlarla birgə çıxarılması tələbi ilə məhkəməyə iddia ərizəsi verib. Sonradan məlum olmuşdur ki, X2 Mehriban Arzuman qızının ona verdiyi etibarnamədən istifadə edərək ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsini alğı-satqı yolu ilə 14 noyabr 2014-cü il tarixdə AN-İN-0466729 nömrəli alğı- satqı müqaviləsi bağlayaraq cavabdeh İddiaçı adına formal olaraq keçirmiş və bundan sonra cavabdehin adına xx.xx.2014-cü il tarixdə çıxarış alınmışdır. Həmin 14 noyabr 2014-cü il tarixdə AN-İN-0466729 nömrəli alğı-satqı müqavil əsi etibarsız bilinib onun əsasında verilən çıxarış ləğv edilməlidir. Həmin 14 noyabr 2014-cü il tarixdə AN-İN-0466729 nömrəli alğı- satqı müqaviləsinin 4-cü bəndində torpağın qiyməti formal olaraq 5000(beş min) manat göstərilmişdir. Həmin torpağa dair 2014-cü il tarixdə nə Elməddin nə də X3 hansısa torpaq alğı satqısına görə pul verməmişdirlər. Çünki həmin torpağı satmaq fikiri olmamışdır. Belə ki, Mehriban ona görə Afdandilə etibarnamə vermişdir. Həmin torpağın qiyməti 2014-cu ildə 5000 manatdan qat qat baha idi, necə ola bilər ki, Elməddin həmin torpağı 5000 manata ala bilsin? Aftandil bacısı oğlu Elməddini həmin zavoda 2014-cü ildə operator kimi işə götürmüşdür. İddiaçı Kamal və şəriki Afdandil şərik olaraq birlikdə həmin zavodun tikintisinə və işə salınmasına ümumilikdə 980000 (doqq uz yüz səksən min) manat vəsait xərcləmişdilər. Həmin mübahisəli beton zavodun qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə aparılması üçün ekspertiza keçirilməli və müəyyən olunmalıdır ki, həmin tikili və avadanlıqların real dəyəri nə qədərdir. Həmin inzibati binanın və yardımçı tikililərin tikintisinin və avadanlıqların Kamal və şəriki Aftandil tərəfindən quraşdırılmasını təsdiq edən şahidləri məhkəmə iclaslarında iştirak edib təsdiq edəcəkdir.

9. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən X12 0,32 ha torpağı istifadə etmək üçün verdiyi etibarnamə ilə ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus ünvan 1ində yerləşən 1.32 ha torpaq sahəsinə dair cavabdeh İddiaçı ilə X16 arasında bağlanmış 4 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba İcra Hakimiyyəti Başçısının 05 yanvar 2011-ci il tarixli Sərəncamı ilə Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsi ona ayrılmış və həmin torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ tanınmışdır. O, yaxından tanıdığı Cavabdeh1 və onun yaxın dostu və şəriki X16 ona həmin torpaq sahəsini onlara istifadəyə versin və onlar öz vəsaiti və avadanlıqları ilə ona məxsus torpaqda beton zavodu tiksinlər və bunun üçün onun adından Cavabdeh1 yaxın dostu və şəriki X12 etibarnamə verməyini bildirdilər. O, Quba rayonunda yerləşən dövlət notar iusunda 17 may 2011-ci il tarixdə Cavabdeh1 yaxın dostu və şəriki X12 ona məxsus 1,32 ha torpaq sahəsinin 0,32 ha sahəsinə dair zavod tikintisi üçün etibarnamə vermişdir. Cavabdeh1 yaxın dostu və şəriki X16 ona bildirmişdirlər ki, zavadu qurub işə saldıqdan sonra ona da torpaq üçün xeyirlərindən bir hissədə verəcəklər. Onlar onun torpağında beton zavodu öz vəsaitləri ilə qurdular və həmin torpaqda Kamal və Aftandil inzibati bina və digər yardımçı binalar tikərək, avadanlıqlar quraşdıraraq işə saldılar. O, vaxtı olmadığına görə həmin zavoda gedib gələ bilməmiş və hər ay ona Kamalgil əldə etdikləri gəlirdən pul vermişlər. Bu yaxınlarda bilmişdir ki, X11 bacısı oğlu İddiaçı Cavabdeh1, X11 həyat yoldaşı Cavabdeh2 İsabala qızına və qızı Cavabdeh3 Aftandil qızına qarşı iddia verərək ona məxsus t orpaqdan avadanlıqlarla birgə çıxarılınası tələbi ilə məhkəməyə iddia ərizəsi verib. Sonradan bilmişdir ki, Cavabdeh1 yaxın dostu və şəriki X16 ona verdiyi etibarnamədən sui istifadə edərək ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsini alğısatqı yolu ilə 14 noyabr 2014-cü il tarixdə AN- ******* nömrəli alğı- satqı müqaviləsi bağlayaraq cavabdeh İddiaçı adına formal olaraq keçirmişdir və bundan sonra cavabdeh adına xx.xx.2014-cü il tarixdə çıxarış alınmışdır. Həmin 14 noyabr 2014-cü il tarixdə AN0466729 nömrəli alğı-satqı müqaviləsi etibarsız bilinib onun əsasında verilən çıxarış ləğv edilməlidir. Həmin 14 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsinin 4-cü bəndində torpağın qiyməti forma l olaraq 5000 (beş min) manat göstərilmişdir. Həmin torpağa dair 2014-cü il tarixdə nə Elməddin, nə də Afdandil ona hansısa alğı-satqıya görə pul verməmişdirlər. Çünki həmin torpağı satmaq fikiri olmamışdır. Həmin torpağın qiyməti 2014-cu ildə 5000 manatdan qat qat baha idi, necə ola bilər ki, Elməddin həmin torpağı 5000 manata ala bilsin? Sonradan öyrənmiş ki, Aftandil bacısı oğlu Elməddini həmin zavoda 2014-cü ildə operator kimi işə götürmüş və həmin yeri Afdandil onun bacısı oğlu İddiaçı adına formal olaraq rəsmiləşdirmişdir ki, lazımi dövlət qurumlarına getmək və digər rəsmi işləri görə bilsin çünki Aftandilin vaxtı az olduğu üçün qərarlaşıb ki, bu işlərlə də Elməddin məşğul olsun. Onun mülkiyyət hüququ pozulub və həmin 14 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqav iləsi etibarsız bilinərək onun mülkiyyətinə qayıtmalıdır. Belə ki, o, Quba rayonunda yerləşən dövlət notariusunda 17 may 2011-ci il tarixdə Cavabdeh1 yaxın dostu və şəriki X12 0,32 ha torpağın istifadə etmələri üçün etibarnamə verməyinə baxmayaraq, X16 həmin etibarnamə ilə onun bacısı oğlu cavabdeh İddiaçı 14 noyabr 2014-cü il tarixdə AN0466729 nömrəli alğı-satqı müqaviləsi ilə 1,32 ha torpaq sahəsini rəsmiləşdirmişdir. Yəni notariat kontoru da qanuna zidd olaraq X12 0,32 ha torpağın istifadə etmələri üçün etibarnamə verməyini nəzərə almayıb və qanunsuz olaraq onun 1 hektarını da cavabdeh İddiaçı alğı-satqı etmişdir. Bu barədə alğı-satqı müqaviləsinin 1, 2-ci bəndlərində 1.32 ha olmaqla qeyd etmişdir. Yəni etibarnamədə verilən səlahiyyət çərçivəsini aşaraq alğı-satqı müqaviləsini notarius təsdiq etmişdir. Həmin torpağa çəkilən elektrik enerjisi indiyə qədər onun adınadır və qaz təchizatı isə onun verdiyi etibarnamə əsasında xx.xx.2012-ci il tarixdən bu günə qədər X11 adınadır. Necə olur ki, cavabdeh dediyi kimi o torpağı almışdısa niyə komunalları öz adına keçirtmir və ödənişləri o ödəmirdi? Çünki həmin beton zavodun sahibi Kamal və şəriki Afdandil olmuşdur. Kamal və şəriki Afdandil şərik olaraq birlikdə həmin zavodun tikintisinə və işə salınmasına ******* (bir milyon) manata yaxın vəsait xərcləmişlər və Elməddin həmin zavodda operator işləmişdir.

11. Quba Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli, 2(027)-402/2023 saylı qətnaməsi ilə (hakim Rahim Həsənov) İddiaçı cavabdehlər X17, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində ye rləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, cavabdehlər X17, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 İddiaçı qarşı “maddi ziyan və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia tələbinin təmin edilməsi, X7 adından X16 ilə İddiaçı arasında alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi qət edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, X21 Xudaverdiyevə etibarnamə versə də, nəticə etibarilə etibar edən şəxsin əleyhinə, onun iradəsindən kənar şəkildə hərəkət edilməsinə yol verilməməli idi. Mehriban Atakişiyevanın əmlakın satılması ilə əlaqədar Aftandil Xudaverdiyevə tapşırıq və ya göstəriş verməsinə dair hər hansı bir fak t mövcud deyildir. Alğı-satqı müqaviləsinin Mehriban Atakişiyevanın xəbəri və razılığı olmadan bağlanmasını o hal da təsdiq edir ki, cavabdeh və ya onun məhrum dayısı Aftandil Xudaverdiyev tərəfindən bu müqavilənin bağlanması ilə bağlı Mehriban Atakişiyevaya heç bir informasiya və hesabat verilməmiş, satılan əmlakın dəyəri isə ona ödənməmişdir. Bu halın baş verməməsi mülkiyyət sahibinin ümumiyyətlə əmlakın satışı ilə bağlı cavabdeh və ya onun məhrum dayısı Aftandil Xudaverdiyevə nə şifahi, nə də yazılı tapşırıq və səlahiyyət vermədiyini göstərir. X28 bacısı oğlu İddiaçıla formal olaraq müqavilə bağlasa da, əslində özü barəsində əqd bağlamışdır və bu əqd etibarsızdır.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, qeyd olunan əmlak kompleksinin (tikililər, qurğu və avadanlıqlar) iddiaçının mülkiyy ətində olan torpaq sahəsində inşa edilməsi sübuta yetirilsə də, hazırda iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsinin hansı əsaslarla iddiaçının adına dövlət qeydiyyatına alınması müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən mübahisələndirilmiş, məhkəmə araşdırması zamanı Daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslı şübhələr yaranmış və təkzib olunmaz sübutların mövcudluğu müəyyən edilmişdir. İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı izahatında bildirmişdir ki, 2017ci ildən Quba rayonu, Qudyalçay hövzəsində yerləşən qum-çınqıl karxanasının icraçı direktoru vəzifəsində olsa da, ora dayısı Aftandil Xudaverdiyev faktiki rəhbərlik etmiş və idarəçiliyi həyata keçirmişdir. Dayısı Aftandil həmin karxananı uzun müddət dostluq münasibətlərində olduğu Cavabdeh1 ilə birgə işlətmiş, Aftandil Xudaverdiyev xx.xx.2019cu il tarixdə vəfat etmiş, bundan sonra karxanada faktiki işləri və rəhbərliyi Cavabdeh1 həyata keçirmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, mərhum X5 rayonu, İqriq kəndi ünvanında yerləşən 1,32 ha torpaq sahəsini və Quba rayonu, Qudyalçay hövzəsində yerləşən qumçınqıl karxanasını formal olaraq bacısının oğlu İddiaçı adına sənədləşdirsə də, əmlakların faktiki sahibliyini və onlara rəhbərliyi özü həyata keçirmişdir. Aparılmış həmin sənədləşmələr həqiqi niyyəti pərdələmək məqsədi daşıdığından etibarsız hesab edilməli və ya qeyd olunan icraatlar mülkiyyətçi tərəfindən bəyənilərsə etibarlı hesab edilə bilər.

15. M əhkəmə ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X17, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 İddiaçı qarşı “maddi ziyan və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, mübahisəli beton zavodun qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə aparılmaqla cavabdeh İddiaçı ümumilikdə 980000 (doqquz yüz səksən min) manat maddi zərərin tutularaq onlara, yəni iddiaçılar Cavabdeh1, Cavabdeh2 İsabala qızına, Cavabdeh3 Aftandil qızına verilməsi və cavabdeh İddiaçı həmin torpaqdan çıxarılması tələb edilsə də, hazırda İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsinin hansı əsaslarla onun adına dövlət qeydiyyatına alınması müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən mübahisələndirilmiş, məhkəmə araşdırması za manı Daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslı şübhələr yaranmış və təkzib olunmaz sübutların mövcudluğu müəyyən edilmişdir. Belə olan hal da, qarşılıqlı iddia üzrə iddiaçılar Məmmədov X13 Yeganə İsabala qızı və Cavabdeh3 Aftandil qızı X10 qarşı qeyd olunan iddia tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsi və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı apellyasiya şikayətini müdafiə edərək, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər–L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli, 2(027)-402/2023 saylı qətnaməsi ləğv edilərək, mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

19. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı vergi ödəyicisidir, adına ********** nömrəli VÖEN var, fəaliyyət sahəsi “Çınqıl və qumun hasilatı”dır. Cavabdeh1 vergi ödəyicisidir, adına **********3 nömrəli VÖEN var, fəaliyyət sahəsi “refrejiratorların daşınması”dır. Cavab deh3 Əftandıl qızı vergi ödəyicisidir, adına ********** nömrəli VÖEN var, fəaliyyət sahəsi “Beton, gips və sementdən sair məlumatların istehsalı”dır.

20. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı mülki iş üzrə iş üzrə tərəflərin hər biri vergi ödəyiciləridir və onların hər birinin VÖEN-i vardır. Həmçinin, tərəflər arasındakı münasibət xarakter etibarilə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. İşə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Hazırkı mülki iş üzrə tərəflər sahibkar olduğundan və mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 2.1., 17.1., 26.1., 26.2., 31.1., 32.4 və 44.2.2ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25 və 26-cı maddələrinə istinadla belə əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasındakı mübahisənin mahiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati və yardımçı tikilidən cavabdehlərin çıxarılmasıdır və mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Həmçinin, tərəflər arasında olan münasibətin mahiyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, mübahisə üzrə də ilkin iddia üzrə iddiaçı və cavabdehlərdən ikisi faktiki olaraq fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər olsalar da, onlar arasında yaranan mübahisənin mahiyyəti sahibkarlıq fəaliyyətindən irəli gəlməyib. Mübahisə predmeti torpaq sahəsi və onun üzərində yerləşən inzibati binadan cavabdehlərin çıxarılılmasıdır və bu onların sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Həmin torpaq sahəsi üzərində hüquqa əsas verən hal isə 4 noyabr 2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol v erilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

26. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

27. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

28. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

29. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

30. Maddə 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommers iya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı

33. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).

34. Bu baxımdan məhk əmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

35. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münas ibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13).

36. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkar lıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (bənd 14).

37. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin m addənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.(bənd 16)

38. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə b ağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.(bənd 17) Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin kassasiya ş ikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

42. Belə ki, hazırkı mübahisə üzrə iddiaçı fərdi sahibkar, cavabdehlərdən isə ikisi fərdi sahibkardır və iddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsində mövcud olan iddiaçıya məxsus inzibati binanın və yardımçı tikililərin qanunsuz sahiblikdən qaytarılması və cavabdehlərə məxsus qurğuların və texnikaların ərazidən çıxarılması barədə, qarşılıqlı iddia tələbi isə həmin torpaq sahəsində şərikli quraşdırılmış beton zavod un tikintisinə və işə salınmasına sərf olunan vəsaitin tutulması barədədir. Göründüyü kimi, tərəflər arasında mübahisə torpaq sahəsində yerəşən beton istehsalı sahəsinə dair əşya hüquq münasibətlərindən irəli gələn mübahisədir. 43. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 14-c2 bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

44. İddiaçının və cavabdehlərin ikisinin fərdi sahibkar olması, mübahisə predmetini təşkil edən torpaq sahəsində yerləşən istehsalat sahəsi ilə bağlı hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməsini nəzərə alaraq məhkəmə kolle giyası hesab edir ki, apelyasiya məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı mövqeyi əsaslıdır.

45. Həmçinin məhkəmə kollegiyası MPM-nin 30-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, fiziki şəxs olan cavabdeh Y.Xudaverdiyeaya qarşı tələb, həmçinin 3cü şəxs Mehriban Atakişiyevanın torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbləri də ilk iddia və qarşılıqlı iddia tələbləri ilə birlikdə kommersiya məhkəməsində baxılmalıdır.

46. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.

47. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Sumqayıt Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver