Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4921/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-144/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia tələbi təmin edilmişdir.
2. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-144/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abbasov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh1 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə yazılı ərizə göndərilərək kassasiya şikayətindən imtina edilməsi və kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
6. Maddə
410. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin kassasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.
8. Belə ki, təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh1 MMC-nin adından direktoru X1 tərəfindən imza edilmiş, ərizəyə MMC-nin möhürü vurulmuşdur. Ərizə səlahiyyətli şəxs tərəfindən imzalanmışdır.
9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır.
11. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilə r.
12. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh1 MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)144/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.