Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-493/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: B akı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov), iddia təmin edilərək, X5 ilə Cavabdeh ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 100.LN.2105.290512.00001 nömrəli kredit, G-10/SKMF saylı ipoteka müqaviləsinə xx xxx 2012-ci il tarixli 9 saylı əlavə razılıq və "xxxx" MMC ilə bağlanmış xx xxx 2012-ci il tarixli, 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqavilələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məmmədova, hakimlər V.Həsənov və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddianın təmin edilməməsi qət olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş ü zrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Kreditor Cavabdeh ASC və borcalan X5 arasında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, bank borcalana xx xxx 2015-ci il tarixədək illik 16% olmaq şərtilə 374.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; Həmçinin Cavabdeh ASC, zamin İddiaçı1 və borcalan X5 arasında bağlanmış xx xxx 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı1 bu müqaviləyə əsasən Bank qarşısında xx xxx 2012-ci il tarixli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 374.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcalan öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalan ilə birgə məsuliyyət daşıyır; Bundan başqa Cavabdeh ASC, ipoteka qoyan İddiaçı1 və borcalan X5 arasında xx xxx 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xx xxx 2012-ci il tarixli əlavə razılığa əsasən xx xxx 2012-ci il tarixli kredit müqaviləsi ilə verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evi Banka ipotekaya qoyulmuşdur; Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 1955-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində doğulmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, X1 üzərinə qəyyum təyin olunması Nərimanov rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir; Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 305 saylı Sərəncamından görünür ki, İ ddiaçı2 fəaliyyət qabiliyyəti olmayan bacısı X1 üzərində qəyyum təyin edilmişdir; Həmçinin işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC, zamin İddiaçı1 və borcalan X5 arasında imzalanmış xx xxx 2012-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən X2 xx xxx 2012-ci ildə “Epilepsiya nəticəsində kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Belə ki, tibbi sənədlərə əsasən artıq 1992-ci ildə E.Q.Qasımovanın “Epilepsiya xəs təliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri” qeyd olunduğundan ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş, yəni psixi pozuntu nəticəsində əmək qabiliyyətinin olmaması təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, epilepsiya nəticəsində şəxsiyyət dəyişikliklərinin dinamikası qeyd olunan pozuntu əlamətlərinin yaxşılaşmasını nəzərdə tutmur, həmin əlamətlərin dərinləşməsi tendensiyası müşahidə olunur. Beləliklə, E.Q.Qasımovanın 1992-ci ildə təsdiq olunmuş kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliklərin 2012-ci ilədək daha dərinləşməsi qeyd olunmuşdur. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X5 xx xxx 2012-ci il tarixdə onda olan “Epilepsiya nəticəsində kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Göstərilənlərə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qey d olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir və bu müddət keçdikdən sonra şəxs qeyd edilən hüququnu itirir (Ali Məhk əmənin Bülleteni 2017-ci il № 4) Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılar mübahisələndirilən kredit, zaminlik və ipoteka müqaviləsi üzrə X1 müqavilənin imzalandığı xx xxx 2012-ci il tarixdə fəaliyyət qabiliyyətinin olmamasını bildikdən sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsi E. Həkimovun şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. B u iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçıların X1 müqavilənin imzalandığı xx xxx 2012-ci il tarixdə fəaliyyət qabiliyyətinin olmamasını xx.xx.2017-ci il tarixdə keçirilmiş ekspertiza rəyi nəticəsində bilmiş olduğu qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ağlabatan mühakimə əsasında məntiqli də deyildir. Əksinə, İddiaçı2 bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəmə müraciət etdiyi tarixdən də daha əvvəllər bilməsi, yaxud da bilməli olması qənaətinə gəlmək daha ağlabatandır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən X2 xx xxx 2012-ci ildə “Epilepsiya nəticəsində kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Belə ki, tibbi sənədlərə əsasən artıq 1992-ci ildə E.Q.Qasımovanın “Epilepsiya xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri” qeyd olunduğundan ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş, yəni psixi pozuntu nəticəsində əmək qabiliyyətinin olmaması təsdiq olunmuşdur. İddiaçı2 bacısı Esmira Qasımovanın “Epilepsiya nəticəsində kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” xəstəliyinin 1992-ci il tarixdən bilməli olması isə Mülki Məcəllənin 337.1 və 354.1, 354.2-ci maddələrinin tələbləri baxımından müddətin axımının başlanğıcı vaxtı kimi müəyyən olunmalıdır. Odur ki, İddiaçı2 bacısı Esmira Qasımovanın “Epilepsiya nəticəsində kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” xəstəliyini bilməsi və ya bilməli olduğu vaxtı İddiaçı2 bacısı Esmira Qasımovanın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi qüvvəyə mindiyi, yaxud həmin qətnamə əsasında İddiaçı2 Esmira Qasımovaya qəyyum təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli Sərəncamın verildiyi gündən müddətin axımının başlanğıcını götürmək düzgün deyildir. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı2 və Məhparə Məmmədova uzun illərdir ki, biznes fəaliyyəti göstərməklə, həmin biznesin inkişafı üçün götürülmüş kreditlərlə bağlı Esmira Qasımova ilə “Cavabdeh“ ASC arasında bağlanmış kredit müqavilələrində Məhparə Mə mmədova və onun qanuni təmsilçisi olduğu “xxxx” MMC zamin və ipoteka qoyan olmuşlar. Bununla yanaşı iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC, zamin İddiaçı1 və borcalan X5 arasında imzalanmış xx xxx 2012-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş iddia ərizəsindən görünür ki, Məmmədova Məhparə cavabdehlər “xxxx” ASC-yə və İddiaçı2 qarşı “xxxx” ASC, zamin İddiaçı1 və borcalan X5 arasında imzalanmış 100.CL.290512.000001/c saylı, xx xxx 2012-ci il tarixli zaminlik müqaviləsinin və X6 ilə «xxxx» ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsinin e tibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X7 Qasımovla on ilə yaxın vaxtdan bəri biznes əlaqələri olduğu iş materialları ilə təsdiq olunmaqla yanaşı, Məhparə Məmmədovanın xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etməsi onun Esmira Qasımovanın xx.xx.2017-ci il tarixdən daha əvvəl “Epilepsiya nəticəsində kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” xəstəliyi barədə bildiyi və ya bilməli olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara və Mülki Məcəllənin 354-cü maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Esmira Qaslmovanın “Epilepsiya nəticəsində kəskin ifadə olunmuş üzvi şəx siyyət pozuntusu” xəstəliyi barədə onun fəaliyyət qabiliyyətsiz sayılmasına dair ərizə üzrə məhkəmə qətnaməsi qəbul edildiyi xx xxxxxxx 2017-ci il tarixdən və iddia ərizəsi ilə məhkəmətə müraciət olunduğu xx.xx.2017-ci il tarixdən əvvəl bilməli olduqlarından, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutlmuş bir illik müddət ötürüldüyündən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməd ən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-493/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-493/2020
31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver