Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5000/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağı dakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-290/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə 38636,72 manat əsas, 11970,80 manat faiz borcu olmaqla, cəmi 50607,57 manat borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerlə şən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m. ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin likvid olaraq 90000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
2. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Səyyad Qafari) 2(105)-2141/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh1 qətnamədən kassasiya sikayəti vermişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-214/2023 nömrəli iş üzrə 6 fevral 2023-cü il tarixli qərardadı ilə qanunvericillikdə qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay nüddətində müəyyən edilmiş kassasiya şikayəti vermə müddəti ötürüldüyü üçün kassasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh1 yenidən kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2141/2022 nömrəli iş üzrə 6 fevral 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti ver ilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
8. Həmin qərardaddan narazı qalan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə kassasiya sikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2023cü il tarixli qərardadının ləğv edilməsini və qətnamədən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2141/2022 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.
10. Cavabdeh1 kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış m üddətin bərpası barədə ərizə vermişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2141/2022 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilərək, kassasiya şikayəti geri qaytarılmışdır.
12. Cavabdeh1 sonuncu qərardaddan kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
13. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
14. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüq uq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
15. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
16. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, şikayət qeyrimümkün hesab edilərək iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
19. Belə ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə əsaslandırılmamış, kassator yalnız işin hallarını sadalamaqla və MPM-in 133.1-ci maddəsinə istinad etməklə kifayətlənmişdir.
20. MP M-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).
21. Mövcud hal mübahisəl əndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
22. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
23. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması ü