Məhkəmə qərarları › İş №2(102)-5129/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5129/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5129/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103)-1532/2021 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cav abdeh LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ödənilmiş məbləğlərin əsas borcdan silinməklə qalıq borcunun məbləğinin müəyyən edilməsi” barədə ilk iddiası rədd, həmçinin LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması X2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilərək, 07 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə Hüsniyyə Fərəcova və "xxxx" MMC müştərək qaydada əsas borca görə 24.642,77 ABŞ dolları, hesablanmış faizə görə 6.414,13 ABŞ dolları, cəmi 30.783,90 ABŞ dollarının tutulub LPO Cavabdeh ASC ödənilməsi, tutmanın ünvan 1 ünvanda salınmış "xxxx" MMC yaşayış massivi, 240 C saylı evin 4-cü mərtəbəsində yerləşə n, ümumi sahəsi 61 kv.metr olan 107 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilib. LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın faiz borcu tutulması tələbinə aid hissədə dəyişdirilmədən saxlanılıb. LPO Cavabdeh ASC və "xxxx" MMC qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri veriblər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli qərard adı ilə "xxxx" MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilib və kassasiya şikayəti geri qaytarılması üçün mülki iş həmin məhkəməyə qaytarılıb. Eyni zamanda həmin Məhkəmənin digər 29 aprel 2021-ci il tarixli qərardadı ilə LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilib və mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli qərardadı ilə "xxxx " MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb və həmin məhkəmənin 17 iyul 2021-ci il tarixli məktubu ilə LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə baxılması üçün mülki iş Ali Məhkəməyə göndərilib. Ali Məhkəmənin hakiminin 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsindən LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi kassasiya şikayəti icraata qəbul edilib və işə kassasiya qaydasında baxılması 16 noyabr 2021-ci il tarixə təyin edilib. Sonradan işə baxılması 07 dekabr 2021-ci il tarixə təxirə salınıb. İşə kassasiya qaydasında bax ılarkən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi, 10 noyabr 2021-ci il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin də iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyini, göstərib, apellyasiya şikayətinin yoxlanılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC də iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verib. Ona görə də apellyasiya şikayətinin yoxlanılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan s onra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq "xxxx" MMC apellyasiya şikayətinin yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı X1 cavabdeh LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ödənilmiş məbləğlərin əsas borcdan silinməklə qalıq borcunun məbləğinin müəyyən edilməsi” barədə ilk iddiasına, həmçinin LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması X2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsindən LPO Cavabdeh ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılaraq "xxxx" MMC iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 senty abr 2020-ci il tarixli qətnaməsində yerdiyi apellyasiya şikayətinin yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar