Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5218/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh4 və digərdərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(105)-3507/2021 saylı qətnaməsindən Cavabdeh4 verdiyi kassasiya şikayəti üzrə işə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC ilə borclu Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Bank borcalan Cavabdeh4 120 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılıb. Həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanıb və müqaviləyə əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. 13 noyabr 2012-ci il tarixli; 30 dekabr 2014-cü il tarixli və 05 yanvar 2016-cı il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bank ilə borclu Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqavilənin ayrılmaz hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərlərinə götürüblər və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit razılaşması üzrə 15.406,17 manat kredit borcu, 6.575,43 manat faiz borcu və 11.276,31 manat cərimə olmaqla, cəmi 33.257,91 manat kredit borcunun tutulması, tutmanın Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, torpaq sahəsinin hərracdan satılmasından əldə e dilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, tutma 0.10 ha torpaq sahəsinə yönəldikdən və o, satıldıqdan 1 ay sonra X1 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddia onunla əsaslandırılıb ki, Cavabdeh4 ilə Bank arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 manat kredit xətti açılıb. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilib. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytar maq şərti ilə 23.500 manat kredit götürüb. Tərəflər arasında imzalanmış 05 yanvar 2016-cı il tarixli, 13 yanvar 2017-ci il tarixli, 15 yanvar 2018-ci il tarixli və 20 iyun 2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilib. Cavabdeh4 müqavilənin şərtlərini pozaraq ödənişləri dəfələrlə yubadıb və 02 may 2019-cu il tarixdən kredit və faiz borclarını qaytarmayıb. O, kredit borcundan 8.093,83 manat ödəniş etmiş və iddiaçıya 15.406,17 manat kredit borcu qalıb. Müqavilə ilə müəyyən edilmiş faiz hesablamalarına əsasən cavabdeh kredit və faiz borcunu iddiaçıya qaytarmadığı üçün onun 06 oktyabr 2020-ci il tarixə 523 gün üçün hesablanmış faiz borcu 6.575,43 manat təşkil edir. Eləcə də müqavilə ilə müəyyən edilmiş cərimə hesablamalarına əsasən həmin tarixə cavabdehin 5 23 gün üçün müqavilə üzrə hesablanmış cərimə borcu 11.276,31 manat təşkil edir. Qeyd edilən kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələri imzalayaraq Bank qarşısında öz üzərilərinə məsuliyyət götürüblər. Bu səbəbdən də onlar Cavabdeh4 ilə birgə məsuliyyət daşıyırlar və onun öhdəliklərini birgə icra etməlidirlər. Cavabdeh4 öhdəliklərini icra etmək məqsədi ilə onunla Bank arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Məmmədli kəndində 0.10 ha torpaq sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilib. Həmin əmlakın ipoteka ilə yüklü edilməsi Çıxarışla qeydiyyata alınıb. "xxxx" MMC-nin 02 iyun 2021-ci il tarixli ekspert rəyinə görə Abşeron rayonu, Məmm ədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin hazırki likvid dəyəri 40.000 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, sözügedən kredit müqaviləsi üzrə borclu Cavabdeh4 06 oktyabr 2020-ci il tarixə əsas borcu 15.405,89 manat, faiz borcu 5.801,34 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 15.405,89 manat əsas, 5.801,34 manat faiz borcunun, 580 manat cərimənin, cəmi 21827,23 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilən pul borcun ödənməsinə yönəldi lməsi, ipoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, torpaq sahəsi hərracdan satıldıqdan bir ay sonra Cavabdeh4 həmin torpaq sahəsindən çıxarılması, ipoteka predmeti olan həmin əmlakın likvid dəyərinin 40.000 manat müəyyən edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gədiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Bank borcalana 120 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılıb. Müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılma z hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin kredit xətti müqaviləsi üzrə 30 dekabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən Bank tərəfindən borclu Cavabdeh4 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 23.500 manat kredit verilib. Borcalan Cavabdeh4 25 yanvar 2012-ci il tarixli razılaşma ilə götürdüyü öhdəlikləri pozub və Banka ödənilməli olan əsas və faiz borclarını ödəməyib və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməyib. Nəticədə Bank tərəfindən borclu Cavabdeh4 30 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 06 oktyabr 2020-ci il tarixə 15.406,17 manat əsas, 6.575,43 manat faiz, 11.276,31 manat cərimə borcu, cəmi 33.257,91 manat borc hesablanıb. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehdən 06 oktyabr 2020-ci il tarixə 30 dekabr 2015-ci il tarixli kredit razılaşması üzrə 15.406,17 manat əsas və 6.575,43 manat faiz borcu tələb edir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən isə cavabdehin 06 oktyabr 2020-ci il tarixə 30 dekabr 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borcu 15.405,89 manat, faiz borcu 5.801,34 manat təşkil edir. Ekspert rəyini təkzib edən sübut mülki iş materiallarında mövcud deyil. Ona görə də məhkəmə ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək 30 dekabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 15.405,89 manat və faiz borcu üzrə 5.801,34 manat cavabdehlərdən müştərək qaydada iddiaç ının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra sonra borclu Cavabdeh4 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsinə və alıcıya təhvil verilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı qeyd olunan ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün belə bir iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir, bu hüquq yeni mülkiyyətçiyə aid olduğundan iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiyməti 28.000 ABŞ dolları müəyyən edilsə də, mütəxəsis rəyində likvid dəyəri 40.000 manat qeyd edildiyindən ilkin satış qiyməti likvid qiyməti ilə 40.000 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 472.1, 472.2, 739-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən iddiaçıya məxsus 0,10 ha torpaq sahəsi üzərində tam təmirli ev inşa edilib və həmin evdə ailə si ilə birlikdə yaşayır. Ona məxsus torpaq sahəsinin satış qiyməti həddindən artıq aşağı qiymətə qiymətləndirilib. Ona məxsus torpaq sahəsinin və evin dəyəri ümumilikdə 180.000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739, 317.1ci maddələri nin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 386, 387.1, 418.1, 418.2, 418.3-cü maddələrinin tələblərini pozub və hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan qanunu və digər normativ hüquqi aktı tətbiq etməyib və nəticədə qanunsuz və əsassız qə tnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya l azımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcə si ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh Abduləddin Hüseynovun kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh X kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessua l hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı QSC ilə borclu Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Bank borcalan Cavabdeh4 120 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılıb. Həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanıb və müqaviləyə əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. 13 noyabr 2012-ci il tarixli; 30 dekabr 2014-cü il tarixli və 05 yanvar 2016-cı il tarixli zaminlik müqavilələrinə əsa sən zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bank ilə borclu Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqavilənin ayrılmaz hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərlərinə götürüblər və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. "xxxx" MMC-nin 02 iyun 2021-ci il tarixli ekspert rəyinə görə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin hazırki likvid dəyəri 40.000 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, sözügedən kredit müqaviləsi üzrə borclu Cavabdeh4 06 oktyabr 2020-ci il tarixə əsas borcu 15.405,89 manat, faiz borcu 5.801,34 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə gö rə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdeh Abduləddin Hüseynovun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlill ərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh Abduləddin Hüseynov kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, kredit borcunun düzgün müəyyən edilmədiyini və iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kas sasiya instansiyası məhkəməsi, cavabdeh Abduləddin Hüseynovun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(105 )-3507/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5218/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5218/2022
29.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver