Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5451/2021 01.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-75/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda Cavabdeh qanunsuz sahi bliyində və istifadəsində olan, qanunla ona məxsus ünvan 1 ünvanına yaxın yerləşən 553 kv.m sahə və həmin sahədə yerləşən avtomobillərin təmiri üçün nəzərdə tutulan tikililərin boşaldılaraq ona təhvil verilməsi və vurulmuş 83500 manat zərərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(003)6875/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 20 avqust 2021-ci il tarixli, 2( 102)-5451/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, 24 sentyabr 2021-ci il tarixə təyin edilmiş, daha sonra 01 oktyabr 2021-ci il tarixə təxirə salınmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Belə olan halda, məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinin yoxlanılması üçün işin kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul ol unması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş kassasiya şikayətinin prosessual normalara uyğun olaraq verilib-verilməd iyinin yoxlanması üçün, habelə kassasiya şikayətlərinə birlikdə baxılması işin qanuni həlli baxımından daha məqsədəuyğun olmasını nəzərə alaraq, hazırkı iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalı və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417,1.7ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 20 avqust 2021ci il tarixli, 2(102)-5451/2021 saylı qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-75/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti iş üzrə İddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti ilə bağlı baxışdan çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5451/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5451/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver