Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5492/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)3212/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(004)-3883/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) İddiaçı Cavabdeh qarşı “müəlliflik hüququnun pozulmasına görə 26.000 manat təzminatın, habelə əsərdən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 3.000 manat kompensasiyanın tutulması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)3212/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdə n görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, müəlliflik hüququnun pozulmasına görə 26.000 manat təzminatın, habelə əsərdən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə da ir etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələblərini izahat etməklə onu məhkəmə iclasında dinləmədi. Üçüncü şəxs Azərbaycan Respublikası Müəlliflik Hüquqları Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiy ası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 2014-cü ildə Azərbaycan Dövlət Nəşriyatında nəşr olunumuş “Azərbaycanda kitab mədəniyyəti” əsəri üzərində iddiaçının müstəsna müəllifli k hüququ 05 fevral 2018-ci il tarixdə qeydiyyatdan keçib. 2016-cı ildə “Maarif” nəşriyatında cavabdehin müəlifliyi ilə “Kitabşünaslıq: Nəşriyyat işinin əsasları və təşkili” adlı monoqrafiya dərc olunub. Azərbaycan Respublikası Müəlliflif Hüquqları Agentliyinin 22 dekabr 2017-ci il tarixli rəyinə görə, iddiaçının müəllifi olduğu “Azərbaycanda kitab mədəniyyəti” kitabı ilə cavabdehin 2016-cı ildə “Maarif Nəşriyyatın”da onun müəllifliyi ilə “Kitabşünaslıq: Nəşriyyat işinin əsasları və təşkili Monoqrafiya” adı altında nəşr edilmiş monoqrafiyanın müqayisəsi aparılmış və müqayisə nəticəsində müəyyən edilmişdir ki, monoqrafiyanın əksər səhifələrində olan mətnlər, abzaslar redaktə xarakterli bir neçə söz və ya söz birləşmələri, yaxud bir neçə cümlə istisna olmaqla, kitabın əksər səhifələrində olan mətnlərin, abzasların təkrarından ibarətdir. Eyni zamanda, cavabdeh tərəfindən monoqrafiya nəşr edilərkən müəllif-hüquq qanunvericiliyinin tələblərinə əməl edilməyib, həmçinin monoqrafiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında kitabın və onun müəllifinin adı göstərilməyib və bunun nəticəsində, iddiaçının müəllif kimi şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulub. İddiaçının müəllifliyi ilə nəşr olunmuş kitabdan götürülmüş materiallar monoqrafiyada cavabdehin adı altında, yəni ona məxsus yaradıcılıq əsəri kimi verilib. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarına “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.4, 8.5, 14, 15.1, 19, 44.1, 45.1 və 45.2 -ci maddələrinin tələblərini tətbiq etməklə belə qənaətə gəlib ki, cavabdeh tərəfindən törədilmiş qanun pozuntusuna uyğun olaraq, iddia kompensasiya hissəsində qismən təmin edilməli və cavabdehdən 3.000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdehin iddiaçının müəlliflik hüququnu pozmasına və beləliklə də iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 45.1, 45.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, cavabdehdən iddiaçının xeyrinə tutulan kompensasiyanın məbləğinin açıq-aşkar cavabdehin maddi, əmlak vəziyyətinə, habelə işin sair diqqətəlayiq hallarına uyğun olmamasına diqqət yetirməyib. Belə ki, əvvəla, mülki iş materiallarında cavabdehin maddi, əmlak vəziyyətini, işləyib əmək haqqı almasını, eləcə də iddiaçının müəlliflik hüququnu pozması nəticəsində onun hər hansı, qazanc, gəlir əldə eməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə cavabdehdə n iddiaçının xeyrinə tutulan kompensasiyanın məbləğini nəyə görə 3.000 manat məbləğində müəyyən etməsini qətnamədə əsaslandırmayıb. Halbuki, qüvvədə olan qanunverciliyə görə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə, müəlliflik hüququnu pozan şəxsdən tutulmalı olan kompensasiyanın aşağı məbləği 110 manatdan başlayır. Daha sonra mülki iş materialları, apellyasiya şikayətinin dəlilləri ilə müəyyən olunur ki, cavabdeh iddiaçının müəlliflik hüququnu pozaraq “Kitabşünaslıq: Nəşriyyat işinin əsasları və təşkili” adlı monoqrafiyanı öz vəsaiti hesabına bütövlükdə 27 çap vərəqi (424 səhifə) həcmində nəşr etdirib və dərs vəsaiti kimi həmin kitabı ayrı-ayrı kitabxanalara, müəllimlərə və tələbələrə paylayıb. Həmçinin, işdən görünür ki, iddiaçının üçüncü şəxs Azərbaycan Respublikası Müəlliflik Hüquqları Agentliyinə şikayətindən sonra cavabdeh kitabın çapını dayandırıb. Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinin İ bəndinə əsasən, hər kəsin əqli mülkiyyət hüququ vardır. Həmin Maddənin İİ bəndinə görə, müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinin 1-ci bəndinə əsasən, əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Həmin Qanunun 45-ci maddəsinin 1-ci bəndində göstərilir ki, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Həmin Maddənin 2-ci bəndinə görə, məhkəmə müəlliflik hüqu qu və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə də qərar qəbul edə bilər. Eləcə də “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən birinci dəfə yol verilən pozuntuyu görə iddiaçının xeyrinə qanunda nəzərdə tutulan aşağı məbləğdən qat-qat artıq məbləğdə, yəni 3.000 manat kompensasiyanın tutulması ağlabatan, ədalətli sayıla bilmə z. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 3.000 manat kompensasiyanın tutulması hissəsində dəyişdirilməli və həmin məbləğ 1.000 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-3212/2019 saylı qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 3.000 manat kompensasiyanın tutulması hissəsində dəyişdirilsin, həmin məbləğ 1.000 manat məbləğində müəyyən edilsin. Qərar qə
Məhkəmə qərarları › İş №2(102)-5492/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5492/2019
20.09.2019 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver