Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5675/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Cabbarov Mirhəsən Miri oğlunun və Cavabdeh MTK-nın vəkili V1oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-5101/2019 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim T.Axundov) 22.01.2019-cu il t arixli, 2(004)287/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-na qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17.05.2012-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaqla ** məhəllədə inşa edilən yüksək mərtəbəli binanın 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m olan 3 otaqdan ibarət 159 saylı mənzilinin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan 122 manat ekspertiza xərcinin Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, Ş.Məhərrəmova, İ.Kərimli) 25. 04.2019-cuiltarixli, 2(103)-5101/2019 nömrəli qətnaməsi ilə Cavabdeh MTK-nin direktoru X6 və MTK-nın nümayəndəsi X1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.01.2019-cu il tarixli, 2(004)-287/2019 nömrəli qətnaməsinin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh MTK iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh MTK-na qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış 17.05.2012-ci il tarixli müqavilə üzrə öhdəliklərin ye rinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ** məhəllədə inşa edilən yüksək mərtəbəli binanın 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m olan 3 otaqdan ibarət 159 saylı mənzilinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh MTK-nın vəkili V1oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, müqavilədə olan imzanın İddiaçı tərəfindən deyil, makler fəaliyyəti ilə məşğul olan xxxx adlı şəxs tərəfindən edildiyi bildirildiyi halda, bunu araşdırmamış, iş üzrə təyin edilmiş ekspertizada həmin imzanın kimə məxsus olmasını aydınlaşdır maq fikrində olmamışdır. Yəni məhkəmə müqavilənin tərəflərin özünün iradə ifadəsi olub-olmamasını və tərəflərin iradə ifadəsini əks etdirməyən əqdin faktiki mövcudluğunu aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası iş üçün əhəmiyyəti olan mötəbər sübutu tədqiq etməmişdir. Belə ki, hazırki iş üzrə Yasamal rayon Məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərardad üzrə çıxarılmış “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 24.03.2019-cu il tarixli Qərarına və orada olan xüsusatlara qəsdən hüquqi qiymət verməmiş, ümumiyyətlə qətnamədə həmin sübutu tədqiq etməmişdir. Ekspert rəyi ilə də təsdiq edilmişdir ki, müqavilədə “İcraçı” qrafasındakı imza və 17.05.2012-ci il tarixli arayışda Cavabdeh MTK-nın direktoru qrafasındakı imza X6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşd ur. Beləliklə, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cuiltarixliqətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın vək ili V1oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cuiltarixliqətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan Cavabdeh MTK (direktoru S.R.Əhmədovun şəxsində) və İddiaçı arasında bağlanmış 17 may 2012-ci il tarixli müqaviləyə əsasən MTK ** məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 14-cü mətrəbəsində, ümumi sahəsi 124 kv.m. sahəsi olan, 3 otaqlı, 159 nömrəli mənzili pay kimi İddiaçı verməyi, sonuncu isə həmin mənzilin dəyəri bir kv.metr sahəsi üçün 403 manat olaraq, ümumilikdə 50000 manat ödəməyi ohdəsinə götürmüş və tam olaraq ödəmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın direktoru S.R.Əhmədovun adından imzalanmış 17 may 2012-ci il tarixli Arayışa əsasən həmin MTK-nın ** məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 14-cü mərtəbədə, ümumi sahəsi 124 kv.m. sahəsi olan, 3 otaqlı, 159 nömrəli mənzilin dəyərini tam ödənilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf mənzilin dəyərinin kooperativə ödənilməsinin sübut edilməməsini göstərmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar ilk olaraq qeyd edir ki, iş materiallarında olan maliyyə arayışına əsasən mənzilin dəyəri olan 50000 manat məbləğində pul vəsaitinin ödənilməsi Cavabdeh MTK-nın direktoru, hazırki apellyasiya şikayətlərindən birini imzalayan X3 adından verilən arayışla təsdiq olunmuşdur. Sonuncu arayışda olan imzanın ona məxsus olmamasını göstərsə və həmin hal birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə öz təsdiqini tapsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışında möhürün MTKnın səlahiyyətli şəxsi (və ya şəxsləri) tərəfindən vurulması faktı mü bahisəsiz olduğu üçün ekspert rəyinə əsasən müqavilənin “İcraçı” Əhmədov S.R. sözünün və maliyyə arayışının Cavabdeh MTKnin direktoru sözünün qarşısında olan imzaların X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması dedikdə, bu nəticə sözügedən başqa şəxsin MTK-ya aidiyyatı olan şəxs olması anlamına gəlməsi üçün kifayət qədər hüquqi əsas yaradır. Belə ki, möhür özlüyündə icra edilmiş imzanın və son nəticədə MTK-nın rəhbərinin həmin arayışın məzmunu ilə razılaşmasının təsdiqidir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəf apellyasiya şikayətində müqavilənin və maliyyə arayışının verilməsini mübahisələndirməmiş, həmin sənədlərin MTK-nın rəhbərliyi tərəfindən “xxxx” adlı şəxsin xahişi ilə tərtib olunduğunu (hətta ilk olaraq payın dəyəri 75000 manat, sonradan 50000 manat olmaqla iki dəfə tərtib olunduğunu) bildirmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh İddiaçı adına olan müqavilə və arayışın “xxxx” adlı şəxsin xahişi ilə tərtib olunmasını və sonuncuya pul ödənilmədən verilməsini, “xxxx”in isə vəd etdiyi pul vəsaiti MTK-ya ödəməməsindən ibarət apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv üçün əsas olmamalıdır. Belə ki, bununla əlaqədar ilk olaraq qeyd olunmalıdır ki, cavabdeh tərəfindən göstərilən xüsusatlarla bağlı, yəni “xxxx” adlı şəxsin (maklerin) mövcudluğu, mübahisələndirilən mənzilin sonuncunun vasitəsi ilə satılması və mənzilin dəyərinin ödənilməməsinə dair birinci instansiya məhkəməsində hər hansı sübut təqdim olunmamışdır. Halbuki, bunun əksi, yəni mənzilin dəyərinin İddiaçı tərəfindən tam olara q ödənilməsi iş materiallarında olan müqavilə və arayışla təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qanuna uyğun olaraq müqavilə bağlanılmış və “xxxx” adlı şəxs aldığı pul vəsaiti cavabdeh MTK-ya vermədiyi halda (cavabdehin dəlillərinə uyğun olaraq) buna görə məsuliyyət məhz sonuncunun üzərinə düşür. Belə ki, apellyasiya şikayətinə görə “xxxx” Cavabdeh MTK ilə işgüzar münasibətlərdə olmuş və məhz MTK İddiaçılə bağladığı müqavilələr üzrə (şikayətdə göstərilir ki, belə müqavilə iki dəfə bağlanılmışdır) almalı olduğu pul vəsaiti “xxxx”də qalmasına şərait yaratmışdır. Belə olan halda, pul vəsaiti MTKnın hesabına mədaxil edilmədiyini qəbul etsək belə, bu hal, iddiaçının ziyanına olaraq müqavilənin bağlanmamış hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdə liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ka ssasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər apelyasiya şikayəti üzrə kassatorun dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin hallara ətraflı şəkildə hüquqi qiymətini verməklə münasibət bildirmiş və mübahisənin həllinə düzgün yanaşmışdır. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)5101/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5675/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5675/2019
08.08.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver