Məhkəmə qərarları › İş №2(102)-593/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-593/2020

27.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-593/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh "Cavabdeh1" ASC”-nin 1 nömrəli “Əcəmi filialı”nın vəkili Məmmədov Arifin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9525/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh1" ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə ə lavə ilə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin, xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin, xx.xx.2014-cü il tarixli 120721-1-13017 saylı “Girovlu istehlak krediti müqaviləsinin” və ona əlavə edilmiş xx xxxx 2015-ci il tarixli 01 saylı Razılaşmanın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 iddiaçının həyat yoldaşıdır. X6 xx.xx.1957-ci ildə anadan olmuşdur. xx xxx 1981-ci ildə nikaha girməklə ailə həyatı qurmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-1159/2018 saylı qətnaməsi ilə iddiaçının həyat yoldaşı X6 fəaliyyət qabiliyyətsiz hesab olunmuşdur. Sumqayıt şəhər İcra Ha kimiyyəti Başçısının xx xxxxxxxx 2018-ci il tarixli, 211 saylı sərəncamı ilə İddiaçı (iddiaçı) xx.xx.1957-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. D.Əzizov "Psixofiq epizodlarla gedən baş-beyin travmatik” xəstəliyindən əziyyət çəkir. O, psixi xəstə kimi 4 saylı Sumqayıt şəhər Poliklinikasında 2002-ci ildən hazıradək qeydiyyatdadır. İddiaçının həyat yoldaşı qeyd edilən xəstəlikdən 16 ildən artıqdır ki, əziyyət çəkir. İddiaçının qəyyumu olduğu D.A.Əzizov xx.xx.2014- cü ildə Cavabdeh1 ASC ilə kredit müqaviləsi bağlamışdır. xx xxxx 2015-ci ildə həmin müqaviləyə 1 saylı Razılaşma ilə əlavə və dəyişiklik edilmişdir. Həmin müqaviləyə əsasən D.Əzizova illik 25% dərəcəsi ilə 15 600,76 ABŞ dolları kredit verilmişdir. Kredit borcunun təminatı kimi D.Əzizovun mülkiyyətində olan Sumqayıt ş əhəri, 13-cü mikrorayon ünvanında yerləşən 5 saylı evin, 1A saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda müqavilə öhdəlikləri D.Əzizov tərəfindən pozulduğuna görə “Cavabdeh1“ ASC məhkəməyə müraciət etməli olmuşdur. İddiaçını həyat yoldaşı 16 ildən artıqdır ki, psixi xəstədir. Götürülən kreditin nə məqsədlə götürüldüyünü xatırlamır və pulların hara xərclənməsini bilmir. İddiaçının həyat yoldaşı "Cavabdeh1” ASC ilə müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını bilməmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh "Cavabdeh1" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9525/2019 nömrəli qətnaməsi ilə (hakimlər X2, X3 və X7) apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9525/2019 nömrəli qətnaməsindan İddiaçı kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9525/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının razılığı yalnız ilkin xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin bağlanmasına olmuş, sorakı girovlu istehlak krediti və mənzilə dair ipoteka müqavilələrindən, 2015-ci il tarixli həmin müqaviləyə 1 nömrəli razılaşmadan və 15600 ABŞ dollar kredit götürülməsindən iddiaçının məlumatı olmamışdır. İddiaçının həyat yoldaşı 2002ci il tarixdən psixi xəstə kimi poliklinakada qeydiyyatdadır. Lakin qeyd olunan bu hallar apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən "Cavabdeh1" ASC”-nin 1 nömrəli “Əcəmi filialı”nın v əkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı və"Cavabdeh1 ASC” işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "Cavabdeh1" ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120721-1-10164 saylı girovlu istehlak krediti müqaviləsinin surətinə əsasən X1 36 ay müddətinə, illik 25 faiz olmaqla, 15.000 manat məbləğində kredit vermişdir. "Cavabdeh1" ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120721-NEDVİJ-2188 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X6 ona məxsus Sumqayıt şəhəri, 13c ü mikrorayon ünvanında yerləşən 5 saylı evin, 1A saylı mənzilini banka ipoteka kimi təqdim etmişdir. "Cavabdeh1" ASC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 120721-NEDVİJ-2188 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X6 ona məxsus Sumqayıt şəhəri, 13cü mikrorayon ünvanında yerləşən 5 saylı evin, 1A saylı mənzilini banka ipoteka kimi təqdim etmişdir. "Cavabdeh1" ASC ilə X6 arasında bağlanmış 120721-1-13017 №-li kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı, xx.xx.2015-ci il tarixli razılaşmadan görünür ki, kredit alanın banka xx xxxx 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 15600,76 ABŞ dolları məbləğində, habelə müqavilənin müd dəti xx.xx.2017-ci il tarixədək, illik 25 faiz olmaqla müəyyən edilmişdir. Həmçinin, həmin razılaşma ilə bağlı tərəflər arasında xx.xx.2015-ci il tarixdə xx.xx.2013-cü il tarixli 120721- NEDVİJ-2188 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı razılaşma bağlanmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 211 saylı, xx.xx.2018- ci il tarixli sərəncamından görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlü həyat yoldaşı X4 üzərində qəyyum təyin edilmişdir. İddiaçı Notariat Kontorunda verdiyi ərizəsinin surətindən görünür ki, o, X5 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən 5 saylı evin, 1A saylı mənzilini ipotekaya qoyulmasına etiraz etməmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apell yasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqları nın məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yo lu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək ba rədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, hazırda iddiaçı tələbində - həyat yoldaşının mülki hüquq fəaliyyət qabiliyyəti olmadan Bank ilə kredit və ipoteka müqavilələnin bağlanmasına istinad etmişdir. Halbuki İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxxxxx 2018-ci il tarixli, 211 saylı sərəncamı ilə X4 üzərində qəyyum təyin edilmişdir. Göründüyü kimi qəyyum yalnız tərəflər, yəni Bank ilə kredit alan arasında müqavilə bağlandıqdan 3 il sonra təyin edilmişdir. Belə olan halda işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının həyat yoldaşı D.Əzizov müvafiq müqavilələri bağlayarkən mülki hüquq fəaliyyət qabiliyyəti olmuş və həmin an onun üzərində qəyyum təyin edilməmişdir. Qeyd olunanlara əsasən, hazırda mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzil Banka ipotekaya qoyularkən iddiaçının razılıq ərizəsi alınmışdır. Həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 375-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi iddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən 5 saylı evin, 1A saylı mənzilinin ipoteka qoyulmasına razılıq ərizəsini xx.xx.2014-cü il tarixdə verdiyi, yəni bu barədə 2014-cü ildə məlumatı olduğu halda, hazırki iddi a tələbi ilə MM-nin 354-cü maddəsində göstərilən iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Göründüyü kimi İddiaçı "Cavabdeh1" ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbi»nə dair iddiasının təmin edilməsi üçün əsaslar olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və ə saslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9525/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver