Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı (Bakı Şəhəri 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı C avabdeh qarşı “fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı (Bakı Şəhəri 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil X17) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşınmaz əmlakın alğı-satqısı barədə 8 iyun 2022-ci il tarixli, AN-İ № ******* nömrəli müqaviləyə əsasən, satıcı Nəsibov X9 rayonu, Novxanı kəndi, Əliağa Vahid küçəsi, Ev 16A ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m. olan fərdi yaşayış evini və həmin evə aid olan 0,06 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı isə qeyd edilən əmlakların ümumi dəyəri olan 120.000 manat məbləğində pul vəsatini ödəməyi öhdəsinə götürmüşdür. X5 yerinə onun etibarnamə üzrə nümayəndəsi, oğlu – X18 imzalamışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m. olan fərdi yaşayış evi və həmi n evə aid olan 0,06 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-15/2025 nömrəli, xx.xx.2025ci il tarixli hökmünə əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Rüstəm Ağamalıyevin ibtidai istintaq zamanı barəsində seçilmiş həbs qətimkan tədbiri və ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, cəza çəkməsinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablanmaqla onun üzərində qəti olaraq 2 il, 1 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
4. Həmin hökmə əsasən X3 təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh müəyyən məbləğdə pul müqabilində Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində işləyən tanışları vasitəsilə torpaq sahəsinə çıxarış almaq imkanının olmasına inandıraraq, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə sonuncuya ayrılmış ünvan 2 ünvanda yerləşən 0,6 ha torpaq sahəsini pul müqabilində onun adına xüsusi mülkiyyət kimi ilkin qeydiyyatdan keçirəcəyinə dair yalan vədlər verməklə Cavabdeh aldadıb, etibarından sui-istifadə edərək, sonuncunun nağd pulu olmaması səbəbindən onun ünvan 3 ünvanındakı fərdi yaşayış evini həmin evin yerləşdiyi 0,6 ha torpaq sahəsi ilə birlikdə özünün tanışı olan X12 verəcəyi 48.000 manat faktiki borcun təminatı kimi müvəqqəti olaraq Təyyar Rəhimova satmaqla pul əldə etməyə razı salaraq, bu məqsədlə 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən ünvan 5ındakı razılaşmaya əsasən borcun təminatı kimi müvəqqəti olaraq Təyyar Rəhimova satılmasına nail olduqdan sonra 8 iyun 2022-ci il tarixdə, saat 17 radələrində sözügedən notariat ofisinin qaşısında sonuncudan 48.000 manat pulu alıb, ələ keçirərək, zərər çəkmiş şəxs Cavabdeh verdiyi vədə əməl etməyib, sonuncuya xeyli miqdar təşkil edən 48.000 manat məbləğində maddi ziyan vurm aqla dələduzluq etmişdir.
5. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, 2001-ci ildən 2021-ci il tarixədək Daxili İşlər Nazirliyində çalışmış, polis nəfəri, polis serjantı rütbəsində olmuşdur. DİO-dan öz istəyi ilə təqaüdə çıxdıqdan sonra evlərin alğı-satqısı ilə məşğul olur. Belə ki, nisbətən bazar qiymətindən aşağı olan, təcili satılan ev və yaxud da mənzil olan zaman onları alıb daha sonra satır. Buna görə də Abşeron rayon ərazisində işləyən evlərin alğı-satqısı ilə məşğul olan maklerlər onu tanıyırlar. 6 iyun 2022-ci il tarixdə bir nəfər əvvəllər tanımadığı, sonradan adını Rüstəm Ağamalıyev kimi bildiyi şəxs mobil telefon vasitəsi ilə ona zəng vuraraq özünü Rüstəm kimi təqdim etmiş və qeyd etmişdir ki, onun mobil nömrəsi Abşeron rayo nu ərazisində işləyən maklerlərdən alıb. Rüstəm demişdir ki, ünvan 6 ünvanında yerləşən öz adına olan evi satır. Lakin, evin neçəyə satılması barədə bir söz deməmişdir. Rüstəmlə razılaşaraq ünvan 7 ünvanda yerləşən evə baxmağa getmişlər. Evin həyətinə daxil olduqda orada bir nəfər adını sonradan bildiyi Cavabdeh görmüş, sonuncu ağacları sulayırmış. Rüstəm Təvəkülü ona öz dayısı kimi təqdim etmiş, Təvəkül də Rüstəmin dediklərini təsdiqləmişdir. Sonra Rüstəmlə birlikdə evə baxmışlar, Təvəkül də yanlarında olmuşdur. Orada Rüstəmlə evi 120.000 manata almağı razılaşmışdır. Növbəti gün Rüstəm və Təvəküllə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən səhv etmirsə notariat kontorunda görüşmüşlər. Notariat kontorunda sənədləşmə işləri aparılan zaman sona yaxın Sərdar adlı şəxsi də Rüstəmin yanınd a görmüşdür. Notariat kontorunda sənədləşmə işləri aparıldıqdan sonra 120.000 manat pulu banka köçürmüş və sonradan notariat kontorundan çıxıb getmişdir. Sonradan bankdan pulu kimin götürməsindən məlumatı olmamışdır. Notariat kontorundan çıxan zaman Rüstəm evi 3 aya boşaldıb təhvil verəcəyini demiş və sənədləri götürüb çıxıb getmişdir. 3 aydan sonra Rüstəmlə əlaqə saxladıqda və evi nə zaman boşaldacağını soruşduqda, demişdir ki, yası düşüb, rayondadır, gələndə onunla görüşəcək. Rüstəm bu minvalla təxminən 2 ay vaxtı uzatmışdır. 2 aydan sonra ünvan 8 ünvanda yerləşən evə getmiş və orada Cavabdehla görüşdükdə, sonuncu ona Rüstəmin onun bacısı oğlu olmadığını, Rüstəmin onu aldadıb, ona məxsus olan hazırkı evi satdığını bildirmişdir. Orada Cavabdeh demişdir ki, Rüstəmin onu aldatması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsin və evi boşaltsın, bu evə görə banka 120.000 manat pul köçürmüşdür. Təxminən 10 gün gözlədikdən sonra evin Cavabdeh alınaraq ona verilməsi ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət etmiş və orada bir müddət gedən baxışlardan sonra Cavabdeh xeyrinə qətnamə qəbul edilmiş, hazırda həmin qətnamə ilə bağlı aplellyasiya məhkəməsinə müraciət etmişdir.
6. Qeyd olunan hökmdən zərərçəkmiş şəxs Cavabdeh və zərərçəkmiş X7 nümayəndəsi X19 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1000/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-15/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Baxılan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1167/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 1(005)-97/2024 nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərardadı ilə 2(102)-6/2025 nömrəli mülki iş üzrə icraat təzələnmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı nümayəndəsi və vəkili X13 Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m. olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evin ə aid olan torpaq sahəsindən Cavabdeh çıxarılması, fərdi yaşayış evinin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, müqavilə üzrə iddiaçı tərəfindən tam şəkildə icra edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin dəyəri olan 110.000 manat və fərdi yaşayış sahəsinə aid olan 0,06 ha torpaq sahəsinin dəyəri olan 10.000 manat məbləğində ümumlikdə isə 120.000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən satıcıya ödənilmişdir. Qeyd edilən alğı-satqı müqaviləsi Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş və 8 iyun 2022-ci il tarixdə 4Ə-836 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Cavabdehlə aralarında bağlanmış olan “daşınmaz əmlakın alğı-satqısı haqqında” müqavilə əsasında göstərilən fərdi yaşayış evinə və ona aid olan torpaq sahəsinə mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyata nömrəsi dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı olaraq iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu günədək satıcı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, tərəflər arasındakı mövcud alğı-satqı müqaviləsi olmasına, həmçinin əmlakların dəyərinin tam şəkildə iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq sonuncu həmin əmlakları iddiaçının istifadəsinə və sahibliyinə verməmişdir. Cavabdeh tərəfindən dəfələrlə xəbardar edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərin ə davam etmiş və əmlakları tam şəkildə boşaldaraq iddiaçıya təhvil verməmişdir. Göründüyü kimi cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur.
11. Məhkəmə iclasında Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı (Bakı Şəhəri 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı ilə onun arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlan mış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli evi xüsusi mülkiyyətində olmuşdur. Bundan başqa Bakı şəhəri, Nərimanov rayonu “Montin” deyilən yerdə 0,06 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin ona məxsus olması barədə Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı olsa da torpağın çıxarışı olmadığına görə torpaq sahəsini sata bilmirdi. 2022-ci ilin may ayında ev alğı-satqısı ilə məşğul olan X8 ilə tanış olub. O, “Montin” deyilən yerdəki 0,06 ha torpaq sahəsini satmaq istədiyini biləndə ona dedi ki, həmin torpaq sahəsinə çıxarış ala bilər, bu işi görməyə onun adamı var, bu məsələni həll edə bilər, bunun üçün təxminən 60.000 manat pul lazımdır, həmin pulu aparıb dövlətin reyestr xidmətinin kassasına köçürəcəkdir. Ona vəsiqə göstərib özünün polis əməkdaşı olduğunu dedi. Həmin şəxsə inanmış, lakin həmin pulu verməyə maddi imkanı yox idi. Rüstəm təklif etdi ki, ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 177,7 kv.m. olan fərdi yaşayış evini kiminsə adına keçirib pul götürsünlər, “Montin” deyilən yerdəki 0,06 ha torpaq sahəsinin sənədlərini aldıqdan sonra oranı satıb pulu götürdüyü şəxsə faizləri və əsas məbləği qaytarar, evi yenidən adına keçirər. Rüstəm sonradan X18 adında bir nəfər şəxsi onun yanına gətirərək evi onun adına sənədləşdirəcəyini bildirdi və notariat kontoruna getməyi təklif etdilər. 8 iyun 2022-ci il tarixdə 14 saylı notari at ofisinə getmiş, Notariat ofisinə Sərdarla Rüstəm sonradan adını bildiyi X18 ilə gəlmişdilər. Rüstəm müqaviləni imzalamağı ona təklif etdi, dedi ki, “müqaviləni oxuyub, hər şey qaydasındadır, imzala.” Latın qrafikası ilə yazıb oxuya bilmədiyi üçün müqavilənin mətnindən xəbərsiz olmuş, lakin Rüstəmə inandığından müqaviləni imzalamışdır. Müqaviləni həmçinin Təyyar Rəhimov imzaladı. Notariusun hesabına ödənilmiş ona məlum olmayan məbləği Rüstəm özü almış, pulu almağı barədə sənədə isə ona imza etdirmişdir. Sonra notariat ofisindən çıxmışlar. Rüstəm demişdir ki, Təyyardan 60.000 manat faizə pul götürüb, həmin pulun 12.000 manatını faiz kimi Təyyara qaytarmışdır. Təyyar özü faizə pul verəndir və 6 ay müddətində pulu qaytarıb evi geri almalıdır. Həmin vaxtdan sonra o, Rüstəmi görə bilməmiş, on dan qaçmışdır. Rüstəmlə Təyyar əlbir olub onu aldadıblar, evi və torpağına 120.000 manat qiymət qoyaraq Dilarə Mahmudovanın adından onunla müqavilə bağlayıblar. Halbuki ev ilə torpağın qiyməti 200.000 manatdan yuxarıdır, evi, torpağı satmaq niyyəti olmamışdır.
13. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, Təvəkülü 2021-ci ildən tanıyır. Təvəkülün Nərimanovda yeri olmuş və oranı satmaq istəmişdir. Bir xanım ona torpağın sahibinin Təvəkül olduğunu və onunla gedib danışmaqlarını bildirmişdir. Təvəkül mübahisəli ev və ona aid olan 0,06 ha torpaq sahəsini satmamış, faizə qoyub pul götürmüşdür. O, Təyyarı görmüşdür. O, bilir ki, Təyyar pulu 5 %-lə verilmişdir. Rüstəm tərəfindən 3 ay vaxt ərzində pul qaytarılmalı idi. Notariusda evi 60.000 manata alğı-satqı etmək mümkün deyildi. 1 20.000 pul qoyulmuşdur. Həmin alğı-satqı müqaviləsindən Cavabdeh hər hansı bir məbləğ verilməmişdir. Pulun yarısını Rüstəm Təyyara qaytarmış, əlavə olaraq 12.000 manat da Təyyara pul verilmişdir. Qalan 48.000 manat pula X6 torpağına sənəd düzəltməli idi. Alğı-satqı prossesi təxminən 2 saat çəkmişdir.
14. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(012)-1260/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi qət olunmuşdur. 1
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış yalan əqddir, əslində tərəflər eyni anda iki ayrı əqd bağlamış, görünən alğı-satqı müqaviləsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməmiş, tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmamış və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq tərəflər əslində başqa bir müqavilə (faizə pul vermək, faizə pul götürmək) barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələmişlər. Cavabdeh mübahisəli daşınmaz əmlakı satmaq niyyəti olmamış, alğı-satqı müqaviləsinin bağlanmasının səbəbi Təvəkülün N ərimanov rayonundakı torpağının sənədləşdirilməsi üçün pula ehtiyac olduğundan faizə pul götürməsi olmuşdur. 8 iyun 2022-ci il tarixli alğısatqı müqaviləsində mübahisəli evin 110.000 manat qiymətləndirildiyi halda, həmin fərdi yaşayış sahəsinə aid olan 0,06 ha torpaq sahəsinin isə 10.000 manata qiymətləndirilərək satılması, məhkəmədə həmin müqavilənin alğı-satqı niyyəti ilə bağlanmasını şübhə altına almasına məhkəməyə kifayət qədər əsas verir və bu xüsusatı da Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında xüsusi ilə qeyd etmişlər.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, bundan başqa 8 iyun 2022-ci il tarixli alğısatqı müqaviləsindən görünür ki, həmin müqavilənin 11-ci bəndinə görə satıcı Cavabdeh satdığı mübahisəli ev və ona aid olan 0,06 ha torpaq sahəsini xx.xx.2022-ci tarixinədək, yəni həmin müqavilənin bağlanmasından bir gün sonra alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, lakin İddiaçı və İddiaçı adından alğı-satqıda iştirak etmiş oğlu X12 müqavilənin bağlanmasından sonra 5 ay ərzində hərəkətsiz qalmaları Cavabdeh göstərdiklərinin həqiqət olmasına daxili inam yaradır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 404-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X10 apellyasiya şikayəti verərək, birinci instan siya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi, qarşılqılı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti ilk iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qanunvericilik normaları mübahisəyə düzgün tətbiq edilməmiş, iş üzrə bütün mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən heç bir mötəbər dəlilə və sübuta istinad edilmədən tərəflər arasında bağlanmış əqd və həmin əqd əsasında verilmiş reyestrdən çıxarış əsassız və qanunsuz olaraq etibarsız hesab edilmişdir. Dilarə Mahmudova qanunvericilikdə nəzərdə tutulmuş qaydada və formada mülkiyyət hüquqları ona məxsus olan daşınmaz əmlakların boşaldılaraq təhvil verilməsi və hazırkı iş üzrə cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan mötəbər dəlillərdən göründüyü kimi tərəflər arasında daşınmaz əmlaka dair müqavilə bağlanmış və həmin müqavilə notarial qaydada təsdiq olunmuş daha sonra alıcının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin məhkəmə tərəfindən iş üzrə yekun nəticəyə gəlinərkən qeyd edilən hallar nəzərə alınmamış, tərəflərin həqiqi niyyət və iradə ifadəsi müəyyən edilməmiş, iş üzrə bütün faktiki hallar araşdırılmamış və bununla da qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh daşınmaz əmlakın alğı-satqısı həyata keçirilərkən lazımi subyekt (səlahiyyətli şəxs) olaraq şəxsən iştirak etm iş və müqavilədə öz iradə ifadəsini bildirmiş, həmçinin əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur (yazılı notarial qaydada müqavilə bağlanmış, daha sonra alıcının hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır). Qeyd edilməlidir ki, hətta tərəflər arasında bağlanmış olan müqavilə əsl müqaviləni pərdələmək üçün bağlanmış olsaydı belə, pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Lakin qeyd edilən bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə əgər məhkəmə tərəfindən tərəflər arasında bağlanmış əq yalan əqd olduğu qənatinə gəlinirdisə bu zaman əqd in etibarsız sayıldıqdan sonra tərəflər arasında əqd bağlanılan anadək mövcud olan münasibətlərlə bağlı da yekun nəticəyə gəlinməli idi. İşin mübahsizəsiz halıdır ki, Dilarə Mahmudova tərəfindən əmlakların ümumi dəyəri olaraq 120.000 (yüz iyirmi min) manat məbləğində pul vəsaiti notariusun depozit hesabına qoyulmaqla alıcı Cavabdeh ödənilmişdir. Lakin məhkəmə əqdi etibarsız hesab edərkən tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduqlarını nəzərə almamış ümumiyyətlə bu hala qiymət verməmişdir. Məhkəmə tərəfindən iş üzrə heç bir mötəbər sübut olmadığına görə əsassız və mötəbər olmayan şahid ifadəsinə istinad edilmiş və qətnamə şəxsin özü tərəfindən bilavasitə iştirakçısı olmadığı və görmədiyi halla bağlı olaraq verilmiş şahid ifadəsi ilə əsasland ırılmışdır. Belə ki, şikayət olunan məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “Cavabdeh və onun nümayəndəsinin qarşılıqlı iddia ərizəsində göstərdikləri və məhkəmədə verdiyi izahatları, məhkəmədə şahid qismində dindirilən X4 (halbuki məhkəmə iclasında şahid dindirilməmişdir, dindirilsəydi məhkəmə iclası audi-video yazı ilə aparılmalı və bu qeydə alınmalı idi) ifadəsi ilə tam təstiqini tapmış, belə ki, alğı-satqı müqaviləsinin iştirakçısı olmuş şahid tərəddüdsüz olaraq təsdiq etmişdir ki, Cavabdeh mübahisəli daşınmaz əmlakı satmaq niyyəti olmamış, alğı-satqı müqaviləsinin bağlanmasının səbəbi Təvəkülün Nərimanov rayonundakı torpağının sənədləşdirilməsi üçün pula ehtiyac olduğundan faizə pul götürməsi olmuşdur. Göründüyü kimi şahidin Cavabdeh həqiqi niyyəti barəsində vermis olduğu ifadə heç b ir halda mötəbər sübut kimi qəbul edilməməli idi. Çünki bir şəxsin digər şəxsin niyyət və düşüncəsi kimi abstrakt təxəyyülünün məhsulu barəsində heç bir halda şahidlik edə bilməz. Lakin məhkəmə tərəfindən nədənsə qeyd edilən bu hal da nəzərə alınmamış, şəxsin niyyəti ilə bağlı verilmiş şahid ifadəsinə sübut kimi yanaşılmışdır. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, ilkin iddia üzrə iddiaçı tərəfindən Cavabdeh dəfələrlə əmlakın boşaldılaraq ona təhvil verilməsi barəsində xəbardarlıqlar edilməsinə baxmayaraq, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək evi boşaldaraq təhvil verməmiş və Dilarə Mahmudova məcbur qalaraq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bir hissədə daxili inamın yaranması halına istinad etsə də bu halı yalnız qarşılıqlı iddia üzrə iddiaçının i ddia tələbi üzrə tətbiq edir. Belə ki, maraqlı olan haldır ki, əgər həqiqətən də Cavabdeh iddia etdiyi kimi aldadılmış idisə artıq indiyə kimi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olardı və təsadüfi deyildir ki, bu hal yalnız Dilarə Mahmudovanın əmlakın boşaldılaraq soncuya təhvil verilməsi barədə iddia tələbinin irəli sürülməsindən sonra bildirilmiş və bu da Cavabdeh əqdin etibarsızlığından sui-istifadə etdiyini bir daha təsdiq etmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m. olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən Cavabdeh çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq Dilarə Mahmudavaya təhvil verilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət olunmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hala dair (müqavilə bağlanarkən Rüstəmin müqaviləni imzalamağı ona təklif etməsi, “müqaviləni oxuyub, hər şey qaydasındadır, imzala” deməsi, latın qrafikası ilə yazıb oxuya bilmədiyi üçün müqavilənin mətnindən xəbərsiz olub, lakin Rüstəmə inandığından müqaviləni imzalaması barədə) iddiaçı sübut təqdim etməmiş, birinci instansiya mə hkəməsi tərəfindən bu fakt müəyyən edilməmişdir. Həmçinin iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslı hesab edilə bilməz. Çünki əqdin etibarsız hesab edilməsi üçün o Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmalıdır.
22. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etməzdən əvvəl onun məzmununu, doğuracağı nətic ələri tərəflərə izah edir. İşin hallarından görünür ki, tərəflər öz iradə ifadələri nəticəsində müqavilə bağlamış, onlar heç bir məcburetmə halına məruz qalmamışlar. Cavabdeh müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq formal xarakterli alğı-satqı müqaviləsi bağlanmasını göstərmiş, bunu təsdiq edəcək sübutlar təqdim etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh digər dəlillərinə, yəni alğı-satqı müqaviləsinin bağlanması zamanı notariusun hesabına ödənilmiş ona məlum olmayan məbləği Rüstəmin alması, pulu almağı barədə sənədə isə ona imza etdirməsi, Rüstəmin ona Təyyardan 60.000 manat faizə pul götürməsi, həmin pulun 12.000 manatını faiz kimi Təyyara qaytarmasını bildirməsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında qeyd edilən məbləğdə pulun bölüşdürülərək 60.000 manatın və faiz qismində 12.000 manatın Təyyara verilməsi şahidin iştirakı ilə baş tutmamış, bu halların Rüstəm tərəfindən ona deyilməsi bildirilmişdir. Belə olan halda pulun bölüşdürülərək 60.000 manat və 12.000 manat pulun ilkin iddiaçının oğlu Təyyara verilməsini barədə həmin şahidin verdiyi ifadələr əsaslı hesab edilə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinin alğı-satıqısından əldə olunmuş pulun 60.000 manat hissəsinin X3 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə başlanmış ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu isə alğı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmasını, evin satılmasından əldə olunmuş məbləğin ona verilməsini bir daha təsdiq edir. Belə ki, Cavabdeh fərdi yaşayış evinin və torpaq sahəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etməklə yanaşı həmin evin alğı-satıqısından əldə edilmiş və cavabdeh tərəfindən notariat ofisinin depozitinə ödənilmiş pulun dələduzluq yolu ilə mənimsənilməsinə dair cinayət işində zərərçəkmiş şəxs qismində tanınması ağlabatan hesab edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehin iddiaçıya məxsus evdə yaşaması iddiaçının evə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaratdığından cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilm əlidir.
26. Apellyasiya instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 337.1, 337.2, 337.3, 337.4, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkə mə işin faktiki hallarına düzgün qiymət verməmiş, işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, həmin alğı-satqı müqaviləsinin bağlanmasının səbəbi Cavabdeh Nərimanov rayonundakı torpağının sənədləşdirilməsi üçün pula ehtiyacı olması ilə əlaqədar faizə (borca) pul götürməsi olmuş və təminat üçün evə dair Dilarə Mahmudova və onun nümayəndəsi ilə alğı-satqı müqaviləsi bağlamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən tərəflərin müqaviləyə qədərki davranış və danışıqlarını (faiz ödənilməsi şərtilə borc alınması), o cümlədən sonrakı hərəkətlərini (müqaviləyə görə, ev müqavilənin bağlanmasından bir gün sonra alıcı Dilarə Mahmudovanın faktiki sahibliyinə verilməli olsa da, lakin Dilarə Mahmudov a və onun nümayəndəsi X18 müqavilənin bağlanmasından sonra 5 ay ərzində hərəkətsiz qalmışlar) nəzərə almamış, işdə olan sübutlara (şahid ifadəsi, müstəntiqin qərarı və s.) deyil, yalnız iddiaçı Dilarə Mahmudovanın nümayəndəsinin izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
30. Həmçinin pellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işdə olan sübutlara (şahid ifadəsi, müstəntiqin qərarı və s.) deyil, yalnız iddiaçı Dilarə Mahmudovanın nümayəndəsinin izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri:
31. Kassasiya şikayətinə qarşı iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi X11 tərəfindən etiraz daxil olmuş, etirazda kassasiya şikayətinin dəlillərinin əsassız olması qeyd edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılması xahiş edilmşidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 35..Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
39. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
42. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
45. Maddə 339.1 Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
46. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin a şkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
47. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərə k əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
48. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanu na zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
49. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
50. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
51. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
52. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən m üəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
53. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
70. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində, əqdin aldadılmaqla bağlanmasının hüquqi əsası isə Mülki Məcəllənin 339.2ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
71. İşə baxmış apellyasiy a məhkəməsi də işin hallarını həmin maddi hüquq norması və işə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yoxlamış, qarşılıqlı iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
72. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 21-25-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, Cavabdeh istinad etdiyi hala dair (müqavilə bağlanarkən Rüstəmin müqaviləni imzalamağı ona təklif etməsi, “müqaviləni oxuyub, hər şey qaydasındadır, imzala” deməsi, latın qrafikası ilə yazıb oxuya bilmədiyi üçün müqavilənin mətnindən xəbərsiz olub, lakin Rüst əmə inandığından müqaviləni imzalaması barədə) sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən bu fakt müəyyən edilməmişdir. Həmçinin Cavabdeh istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslı hesab edilə bilməz. Çünki əqdin etibarsız hesab edilməsi üçün o Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmalıdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etməzdən əvvəl onun məzmununu, doğuracağı nəticələri tərəflərə izah edir. İşin hallarından görünür ki, tərəflər öz iradə ifadələri nəticəsində müqavilə bağlamış, onlar heç bir məcburetmə halına məruz qalmamışlar. Cavabdeh müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq formal xarakterli alğı-satqı müqaviləsi bağlanmasını göstərmiş, bunu təsdiq edəcək sübutlar təqdim etməmişdir. Cavabdeh digər dəlillərinə, yəni alğı-satqı müqaviləsinin bağlanması zamanı notariusun hesabına ödənilmiş ona məlum olmayan məbləği Rüstəmin alması, pulu almağı barədə sənədə isə ona imza etdirməsi, Rüstəmin ona Təyyardan 60.000 manat faizə pul götürməsi, həmin pulun 12.000 manatını faiz kimi Təyyara qaytarmasını bildirməsinə münasibətdə qeyd olunmuşdur ki, tərəflər arasında qeyd edilən məbləğdə pulun bölüşdürülərək 60.000 manatın və faiz qismində 12.000 manatın Təyyara verilməsi şahidin iştirakı ilə baş tutmamış, bu halların Rüstəm tərəfindən ona deyilməsi bildirilmişdir. Belə olan halda pulun bölüşdürülərək 60.000 manat və 12.000 manat pulun ilkin iddiaçının oğlu Təyyara verilməsini barədə həmin şahidin verdiyi ifadələr əsaslı hesab edilə bilməz. Cavabdeh mübahisəli fərdi yaşayış evinin alğı-satıqısından əldə olunmuş pulun 60.000 manat hissəsinin X3 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə başlanmış ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu isə alğı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmasını, evin satılmasından əldə olunmuş məbləğin ona verilməsini bir daha təsdiq edir. Belə ki, Cavabdeh fərdi yaşayış evinin və torpaq sahəsinin alğı-satqı müqavil əsinin etibarsız hesab edilməsini xahiş etməklə yanaşı həmin evin alğı-satıqısından əldə edilmiş və cavabdeh tərəfindən notariat ofisinin depozitinə ödənilmiş pulun dələduzluq yolu ilə mənimsənilməsinə dair cinayət işində zərərçəkmiş şəxs qismində tanınması ağlabatan hesab edilə bilməz. Mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, Cavabdeh İddiaçı məxsus evdə yaşaması İddiaçı evə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaratdığından Cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
73. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qe yd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
74. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
75. Mülki Məcəllənin aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığını müəyyən edən 339.2-ci maddəsinə əsasən isə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. B arəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
76. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, müqavilənin aldadılmaqla bağlanmasına dair dəlillər əsassızdır.
77. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müqavilə bağlandıqdan sonra satıcı kimi mənzilin qiymətinin alıcı tərəfindən ona tam və vaxtında ödəmədiyini iddia edirsə, alıcıdan qiymətin ona tam ödənilməsini tələb edə və bununla bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə alıcıya qarşı iddia qaldıra bilər.
78. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
79. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 41 6-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 80. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü b əndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
81. Məhkəmə kollegiyası onu da qeyd edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təsirli bilinərək məhkum edilməsi haqqında cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-15/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş hallar da, apellyasiya instansiya məhkəməsinin qətn aməsinin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
83. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820 /2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.