Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6325/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə, Cavabdeh2 və 7 saylı Dövlət notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Şamayev Elşad Yaquboviç, Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)7552/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cav abdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və 7 saylı Dövlət notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(003)-2204/2021 nömrəli qərardadı ilə Cavabdeh1 QSC-nin mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Cavabdeh1 QSC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(003)-2204/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20 21-ci il tarixli, 2(103)-7552/2021 nömrəli qərardadı ilə Cavabdeh1 QSC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(003)-2204/2021 nömrəli qərardadı ləğv edilmiş və Cavabdeh1 QSC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Bakı şəhər Xəzər Rayon Məhkəməsinə qaytarılmış və ondan kassasiya şikayətinin verilməsinin qeyrimümkünlüyü izah olunmuşdur. Buna baxmayaraq İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)-7552/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, tələbkarın kassasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətlə bağlı olmaqla, həmin məsələ üzrə v erilən apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunan qərardaddan kassasiya şikayətinin verilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericilikdə barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının məhdud dairəsi dəqiq müəyyən edilmiş və bundan hər hansı istisna nəzərdə tutulmamışdır. Məhz MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi 27 iyul 2021-ci il tarixli qərardadından şikayət verilməsinin qeyrimümkünlüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kassasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi k onstitusion hüquqları ilə ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından verilən şikayətə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən baxılmışdır. Yəni, qanunvericiliklə belə qərarların yalnız iki instansiya məhkəməsi tərəfindən yoxlanılması nəzərdə tutulmuşdur. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)-7552/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respub likası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(103)-7552/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6325/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6325/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver