Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6375/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT MMC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, apelyasiya instansiyası tərəfindən mümkünlüyün yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(107)1340/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şik ayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 (bundan sonra cavabdeh) iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli (hakim İ.Hüseynov, iş № 2(037)-274/2021) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən Cavabdeh3 istif adə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh3 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(037)-274/2021 nömrəli qətnaməsinin müəyyən etdi hissəsindəki yanlışlığın düzəldilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(037)-274/2021 nömrəli qətnaməsinin müəyyən etdi hissəsində yol verilmiş yanlışlıq düzəldilməsi, qətnamənin müəyyən etdi hissəsinin birinci abzasında qeyd edilmiş İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh3 iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüquq unun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması hissəsi” sözləri, “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılması” kimi yazılması və İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(037)-274 nömrəli qətnaməsinin müəyyən etdi hissəsinin ikinci abzası “İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə iddia tələbinin həcmin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh3 iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılmas ı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir” kimi qeyd olunması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli (sədrlik edən və məruzəçi A.Mahmudov, hakimlər Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-1340/2021) qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(037)-274/2021 nömrəli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(107)- 1340/2021 nömrəli qətnaməsinin ləğv edərək, işin yenidən apelyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. 408.2-ci maddəsi nə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlər lə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehlərin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh2 apelyasiya şikayəti vermədən, kassasiya şikayəti vermiş və bununla da, Azərbaycan Respublikası MPM-in 408.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassa siya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün icraata qəbul edilə bilməz. Odur ki, Cavabdeh2 münasibətdə kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(107)1340/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti icraata qəbul edilməsin. Cavabdeh2 münasibətdə kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6375/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6375/2021
18.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver