Məhkəmə qərarları › İş №2(102)-6534/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-6534/2020

21.12.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər - Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6534/2020 21.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyə tində olan minik maşınına dəymiş ziyana görə 21740 manat, avtomobildn istifadə etmək imkanından məhrum olduğu üçün əldən çıxmış faydaya görə 3900 manat olmaqla, cəmi 25640 manat məbləğində maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 məhkəməyə yazılı vəsatət verərək iddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)1965/2020 nömrəli qərardadı ilə (sədrlik edən hakim S.Miriyeva) vəsatət təmin edilməmişdir. İşin halları: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağlıdır. İş üzrə cavabdeh Cavabde h1 hesab edir ki, həmin işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri - Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Bu səbəbdən iddia ərizəsi məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə verilməlidir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şikayət birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlə nilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud münasibətlərin xarakteri kommersiya münasibətləri olmadığı üçün hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə yanaşı, işdə iştirak edən şəxslərin subyektiv tərkibini də nəzərə almalıdır. Yəni, Cavabdeh2-yə görə işin aid iyyəti o halda mübahisələndirilə bilər ki, iş üzrə tərəflər hüquqi şəxs statusuna malik olmaqla, tərəflər arasında münasibətlər kommersiya fəaliyyətlərini həyata keçiriməklə bağlı olsun. “xxxx” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və yaxud digər cavabdehin adına VÖEN olması hazırkı işdə işin məhkəmə aidiyyətini dəyişən müstəqil hal kimi çıxış edə bilməz. Beləki, işdən görünür ki, iddiaçı özünə məxsus olan avtomaşını cavabdeh “xxxx” MMC-ə etibar etmiş və tərəflər arasında kommersiya fəaliyyəti ilə bağlı heç bir müqavilə münasibəti yoxdur. Cavabdehlərin özləri arasında kommersiya münasibətinin baş tutması həmin işə kommersiya məhkəməsində baxılması üçün əsas ola bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı müb ahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı işdə qarşılıqlı tərəf lərin kommersiya fəaliyyəti ilə məşğul olması faktı mövcud deyil. Elə həmin qərarda deyilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki şikayətin dəlillərini qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver