Məhkəmə qərarları › İş №2(102)-6644/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6644/2019

21.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6644/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X2 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh ***in vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(103)3260/2019 nömrəli qətnaməsindən Cavabdeh ***in kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ***dən 65.000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödənilmə vaxtında Azərbaycan manatının məzənnəsilə hesablanmaqla) alınaraq İddiaçı verilməsi; iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh ***dən alınaraqİddiaçı verilməsi; iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) 02.05.2019-cu il tarixli, 2(103)-3260/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti ve rmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ***ə qarşı“pul tələbi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkCavabdeh ***dən 71965 ABŞ dolları məbləğində borc pulun (ödənilmə vaxtında Azərbaycan manatının məzənnəsilə hesablanmaqla), 200.000 manat maddi, 100.000 manat mənəvi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İran İslam Respublikasının vətəndaşıdır, İranda şüşə ticarətilə məşğuldur. 2018-ci ilin fevral ayında Bakıda yaşayan qohumu X1 zəng edib bir nəfər *** adlı şəxs İrana gəlib onunla söhbət edəcəyini bildirmiş, onunla iş birliyi qurma biləcəyini soruşmuşdur. İki gündən sonra *** İrana gəlib onunla onun evində 5 gün qalmışdır. Söhbət zamanı *** ona demişdir ki, hazırda Rusiyada kivi meyvəsini satıb yaxşı qazanc əldə etmək olar və həmçinin bildirmişdir ki, onun maddi imkanı buna yol vermir. O demişdir ki, onun da imkanı yoxdur, o ancaq yaxın tanışlarından malı nisyə ala bilər, satılandan sonra pulunu qaytarar. Belə razılaşmışlar ki, o nisyə mal götürsün, onu Leninqrada aparsınlar, malın mayasını çıxarandan sonra qazanca şərik olsunlar. Bundan sonra *** Leninqrada getmiş, o İrandan 19-20 tona yaxın bir TİR maşınla Leninqrada kivi göndərmiş, özü də təyyarə ilə Moskvaya və oradan Leninqada uçmuşdur. Orada malı satmışlar, pulu *** yığmış, malın pulundan 3000 dollar ona vermiş, malın dəyəri isə təxminən 16.000 ABŞ dollar təşkil etmişdir. Onun xaricdə qalma müddəti qurtardığı üçün İrana qayıtmışdır. Bundan sonra 6 ay ərzində o İrandan ***ə 11 TİR kivi və bir maşın kələm göndərmişdir. Göndərdiyi malın satışından hissə-hissə ona çatdımaq üçün Natiqin adına göndərmişdir. Həmin vaxt bir dəfə pulun dalınca özü də Leninqrada getmişdir. Həmin vaxt *** ona demişdir ki, guya malın pulu Şirkətlərin hesabındadır, pulu alıb ona göndərəcəkdir. Söhbət zamanı *** ona demişdir ki, Şirkətdən ona İrana pul göndərilsə, o heç nədən əlavə xərc (faiz) itirəcəkdir. Ona təklif etmişdir ki, ən sərfəli variant Rusiyadan taxta alıb İrana göndərməkdir. O, istər-istəməz razılaşmış. *** onu inandırmaq üçün onun yanında X3 beh kimi 400.000 rus rublu vermişdir ki, İrana onun adına bir vaqon taxta göndərəcəkdir. Tariyel ***lə onu inandırmışlar ki, tezliklə uzağı 15-20 günə ***dan gəmi ilə ına taxt a göndərəcəkdir. Söhbət zamanı *** demişdir ki, Tariyelin ***da ofisi var, ticarətlə məşğul olur. Həmin vaxtdan bu günə kimi *** ona taxta göndərməmişdir. O iradını bildirəndə 2 ay sonra həyat yoldaşı ilə İrana gəlmiş, onlar ümumi malın haqq-hesabını etmişlər, onun yalnız malın mayasının qalığının 76.000 ABŞ dolları qalıq olduğu müəyyən olunmuşdur. *** yenə də narahat olmamasını Şirkət pulun qalığını göndərəcəyini demişdir. Həmin puldan *** cəmi -2300 ABŞ dolları və 3000 AZN ona vermişdir. Bütün bunlardan sonra o dəfələrlə Bakıya gəlmiş, hər dəfə *** onu aldatmış, o hər dəfə 15-20 gün Bakıda qalıb pul gözləmiş, lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra o məcbur olub İran Səfirliyinə müraciət etmiş, son nəticədə onun ərizəsini AR DİN-nin BMCMİ-nə göndərmişlər. Həmin İdarədə müstəntiq *** araşdırma aparmış, *** həqiqətən ona hazırda 71.950 ABŞ dolları borcu olduğunu etiraf etmiş və müstəntiqin yanında (800+800+1300) 2900 AZN vermişdir. Cavabdehin təqsiri üzündən nisyə mal sahibləri İranda məhkəməyə müraciət etmiş və malın pulunu tələb edirlər. Cavabdehin təqsiri nəticəsində ona külli miqdarda maddi zərərlə yanaşı həm də mənəvi zərər dəymişdir. Belə ki, o müntəzəm olaraq dəfələrlə Bakıya gəlmiş, hər dəfə 1500-2000 AZN pul xərcləmiş, həmçinin nisyə mal sahibləri malın pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmişlər. Nəticədə o və ailə üzvlərim bu günə kimi uzun müddətdir ki, stress və sarsıntı keçiririk, yeganə yaşayış sahələri və avtomaşını borc hesabına satılmaq ərəfəsindədir. Faktiki olaraq ona 200.000 AZN maddi zərər dəymiş, mənəvi zərəri isə o, 100.000 AZN məblə ğində dəyərləndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya məhkəməsində də, iddiaçının AR DİN-in Baş MCMİ-ə verdiyi ərizə üzrə araşdırma materiallarında olan onun ***ə 65.000 dollar borcunun olması barədə qəbzə münasibətdə bildirmişdir ki, bu, heç də onun ona borclu olduğunun etirafı deyildir, iddiaçı ona aldadaraq, İranda ondan pul t ələb edənlərə göstərəcəyi adı ilə onu aldadaraq həmin qəbzi ondan almışdır. Bunu həmin qəbzin aşağısında imza etmiş şahidlərin məhkəmədə təsdiq edə biləcəyini göstərsə də, apellyasiya məhkəməsində həmin şahidlərin dindirilməsindən əsassız olaraq imtina etmişlər. Bununla da iddiaçı ilə onun qarşılıqlı üzrə işin həqiqi və obyektiv halları araşdırılmamış qalmışdır.Bundan başqa, qətnamədə guya onun iddianı 65000 dollar həcmində qəbul etdiyi qeyd olunması da tamamilə əsassıdır.Belə ki, o, məhkəmədə ***ə 65000 dollar borcu olduğunu etiraf etməmiş birgə işbirliyindən təxminən həmin məbləğ qədər ziyanları olduğunu bildirmişdir.Qətnamədə isə əsassız olaraq,bunu onun iddianı 65000 dollar hissədə qəbul etdiyi kimi göstərilmişdir və apellyasiya şikayətinə baxan Apellyasiya Məhkəməsi isə şikayət olun an qətnaməni qəbul edərkən bunu əsassız olaraq nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh ***in vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 02.05.2019-cu il tarixl i qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tələb edilmiş materiallarına əsasən, İran İslam Respublikasının vətəndaşı İddiaçı Cavabdeh ***in qanunazidd hərəkətləri ilə bağlı müraciəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma materialı toplanmışdır. Materiala əlavə edilmiş əlyazmada qeyd olunur “Mən Cavabdeh *** İddiaçı 65.000 ABŞ dolları borcum var. Borcumu 5 ay ərzində qaytarmağa razıyam”.Həminəlyazmanın (qəbzin)sonundacavabdehin və 2 nəfər şahidin adından imzalarqeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Kollegiya cavabdehin yuxarıda qeyd olunan əlyazmasında iddia tələbini qismən etiraf etməsini və onun ziddiyətli izahatlarını da nəzərə alaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Apellya siya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh hazırki işlə birbaşa bağlı olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində toplanmış araşdırma materialında iddiaçıya olan borcunu qismən etiraf etmiş, bu barədə əlyazma hazırki mülki iş materiallarına da əlavə edilmişdir. Cavabdeh ərizəni onun iradəsinə zidd yazdığı barədə hər hansı dəlilə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə həmin əlyazmada-ərizədə ona heç kimin təzyiq etmədiyini qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kred itorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası qeyd edir ki, qəbzdə qeyd edilən məbləğin hətta cavabdeh tərəfin istinad etdiyi kimi borcun verilməsini deyil, aralarında olmuş biznes münasibətlərindən irəli gələn zərərdən ib arət olduğunun müəyyən edildiyi halda belə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etira z irəli sürülə bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ***in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(103)-3260/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver