Məhkəmə qərarları › İş №2(102)-670/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-670/2019

08.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-670/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İŞ№2(102) 670 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının İddiaçı, vəkili X2, cavabdeh X10, vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X10 Ghazaleh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə ic lasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, ******************** saylı mənzilə dair icarə müqaviləsinin ləğv edilməsi, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh İddiaçı xeyrinə icarə haqqı borcu üzrə 2880 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov) Yasamal Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN D ƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, **************************** saylı mənzilinə dair İddiaçılə onun arasında 5 oktyabr 2017-ci ildə icarə müqaviləsi bağanmışdır. Müqavilədə aylıq icarə haqqı 300 manat göstərilsə də, əslində 1.000 manat təşkil etmişdir. 14 ay ərzində hər ay iddiaçıya 1.000 manat icarə haqqı ödəmişdir. Bundan başqa, icarə obyektindəki təmir iddiaçının razılığı ilə aparılmış, hətta iddiaçı özü şəxsən mənzilə gələrək təmirin gedişatını izləmişdir. Apellyasiya məhkəməsi bu hallara lazımı hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 5 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün həmin məhkəməy ə qaytarılması haqqında qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərərflər arasında Bakı şəhəri, ****************************** saylı mənzilinə dair bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə bağlandığı 5 oktyabr 2017-ci il tarixdən müqavilə ləğv edilənədək hər ay üçün 300 manat hesablanmaqla icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyi b, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, 5 oktyabr 2017-ci ildə tərəflər arasında Bakı şəhəri, ************************************* saylı mənzilinə dair notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsi bağlanmışdır. İcarə müddəti 5 oktyabr 2022-ci ilədək, icarə haqqı 300 manat müəyyən edilmişdir. Eyni zamanda, tərəflər arasında 1 dekabr 2017-ci ildə Daşınmaz əmlakın icarəyə verilməsi haqqında sadə yazılı formada Müqavilə bağlanmışdır. İcarə haqqının aylıq 1.000 manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən icarə obyektində əsaslı təmir işləri aparılmışdı r. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında notarial təsdiqli icarə müqaviləsi bağlansa da, cavabdeh aylıq icarə haqqını ödəməməklə müqavilə şərtlərini pozmuşdur. Ona görə də, icarə müqaviləsi ləğv olunmalı və cavabdehdən iddiaçının xeyrinə 9 ay 18 gün üçün hesablanmış icarə haqqı (2.880 manat) tutulmalıdır. 1 dekabr 2017-ci il tarixli Daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləyə münasibətdə isə, apellyasiya məhkəməsi göstərmişdir ki, həmin müqavilə adi surətdir, yəni qanunla nəzərdə tutulmuş qaydada təsdiqlənməmişdir. Eyni zamanda, həmin müqavilədəki icarə obyektnin 120 kv.m. sahəsi olan əmlak olduğu qeyd edilmişdir, halbuki iddiaçıya məxsus mənzilin sahəsi 84 kv.m. təşkil edir. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsini gəldiyi nəti cəni qanuni və əsaslı hesab etmir. İddiaçı M6 hazırkı iddia tələbi ilə çıxış etməsinin əsasında iki hal dayanmışdır: cavabdehin aylıq 300 manat icarə haqqını ödəməməsi və iddiaçının razılığı olmadan təmir işləri aparması. 5 oktyabr 2017-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinə görə, aylıq icarə haqqı 300 manat müəyyən edilmişdir. Lakin müqavilənin bu bəndinin həqiqəti əks etdirməməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, iddiaçı M6 apellyasiya məhkəməsində verdiyi izahatnda 5 oktyabr 2017-ci il tarixli icarə müqaviləsində 300 manat icrə haqqını müvəqqəti yazdıqlarını, lakin mənzili aylıq 2.200 manata icarəyə verdiyini bildirmişdir. Eyni zamanda, sadə yazılı formada bağlanmış 1 dekabr 2017-ci il tarixli Daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilədə isə aylıq icarə haq qının 1.000 manat olması öz əksini tapmışdır. Göründüyü kimi, apellysiya məhkəməsi iddiaçı M6 iddia ərizəsində ifadə etdiyi dəlillərlə apellyasiya məhkəməsində verdiyi izahatı arasındakı ziddiyyətə hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, icarə haqqının ən azı 1.000 manat (iddiaçı izahatında 2.200 manat, cavabdeh isə 1.000 manat olmasını bildirdiyindən) təşkil etməsinə baxmayaraq iddiaçının aylıq 300 manat icarə haqqı tələb etməsinə də lazımı hüquqi qiymət verilməmişdir. Halbuki bu hala lazımı hüquqi qiymət verilməsi icarə haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilib-ödənilməməsi ilə bağlı məsələnin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 5 oktyabr 2017-ci il tarixli icarə müqaviləsində icarə haqqının hansı şəkildə (nağd, yoxsa köçürmə) ödənilməsi i lə bağlı şərt yoxdur. Cavabdeh icarə haqqının ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, icarə haqqını nağd şəkildə ödədiyini bildirmişdir. Bu halda, əgər aylıq icarə haqqının ən azı 1.000 manat təşkil etməsi və iddiaçıya da iddia etdiyi kimi heç bir icarə haqqı ödənilmədiyi ehtimalı nəzərə alınarsa, onda iddiaçının hansı səbəbdən aylıq 1.000 manat deyil, cəmi 300 manat icarə haqqı tələb etməsinə aydınlıq gətirilməli idi. Digər tərəfdən, apellyasiya məhkəməsinin 1 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləyə dair qiymətləndirməsi də haqlı deyildir. Belə ki, iddiaçı həmin müqavilənin bağlanmasını mübahisələndirməmişdir. Əksinə, iddiaçının apellyasiya məhkəməsində verdiyi izahatında icarə haqqı ilə bağlı mövqeyi qismən həmin müqavilədəki ica rə haqqı miqdarı ilə üst-üstə düşür. Başqa sözlə, icarə haqqı məbləğinin 300 manat təşkil etmədiyi öz təsdiqini tapır. Eyni zamanda, həmin müqavilə surət olsa da, işin ədalətli həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyindən apellyasiya məhkəməsi sözügedən müqavilənin əslinin və ya lazımı qaydada təsdiqlənmiş surətinin təqdim olunmasını tərəflərə təklf etməli idi. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nətic ələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bundan başqa, 1 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilədə icarə obyektnin sahəsinin 120 kv.m. olmasının qeyd edilməsi, həmin müqaviləin başqa daşınmaz əmlaka münasibətdə bağlandığını təsdiq etmir. Çünki tərəflər arasında fərqli icarə obyektinə dair müqavilə münasibətlərinin mövcud olması müəyyən edilmir. Bu mənada, hər iki icarə müqaviləsinin eyni icarə predmetinə dair bağlandığı nəticəsinə gəlməyi istisna edən hər hansı əsas yoxdur; odur ki, apellyasiya məhkəməsi bu icarə müqavilələrinin fərqli icarə predmetlərinə dair bağlandığı qənaətini ifadə etməsi haqlı olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin icarə obyektindəki təmir işlərinin iddiaçının razılığı ilə aparılmaması hissəsində ifadə etdiyi mövqe ilə razılaşmır. Belə ki, 5 oktyabr 2017-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə görə, icarəçi/cavabdeh icarəyə verənin/iddiaçının razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Cavabdeh aparılan təmir işləri barəsində iddiaçının məlumatlı olduğunu bildirmişdir. İddiaçı M6 apellyasiya məhkəməsində verdiyi izahatında icarə obyektindəki təmirin 2-ci ayda qurtardığını bildirmişdir. Göründüyü kimi, M6 təmir barədə məlumatlı olmuşdur, əks halda, təmirin bitmə tarixi barəsində konkret fikir bildirməzdi. Bu mənada, təmirin baş ladığı və bitdiyi tarixlər barəsində məlumatlı olmasına baxmayaraq aparılan təmir işlərinə heç bir etiraz bildirməyən iddiaçı M6 təmirin bitməsindən bir neçə ay keçdikdən sonra təmir barədə onun razılığının alınmamasına dair dəlillə çıxış etməsi hüquqdan sui-istifadə təşkil edir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Adı çəkilən məcəllənin 560.3.4-cü maddəsinə görə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquq dan sui-istifadə təşkil edir. Beləliklə, apellyasiya məhkəməsi həmin dəlilə hüquqdan sui-istifadəni qadağan edən normalar çərçivəsində qiymət verməməklə maddi hüquq pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X10 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: İlqar Xələfov Vəfaddin İbayev Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Ələsgər Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver