Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6789/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili Rzayev Anar Nurəddin oğlunun və cavabdeh Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli, 2(103)6780/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.M.Əhmədova) 13 mart 2019-cu il tarixli, 2(007)-10 87/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.N.Sadıqov, A.QHüseynov və A.N.İmanov) 08.07.2019-cu il tarixli, 2(103)-6780/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 13 saylı evin torpaq sahəsinin girişində olan dəmir darvazaya cavabdeh tərəfindən vurulmuş qıfılın açılması və onun həmin darvazadan avtomobillə sərbəst şəkildə giriş-çıxışı üçün cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmaqla cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində istifadədə olan 0,07038 ha torpaq sahəsində yerləşən 1-(5), 2-(1) mərtəbəli, 21 otaqlı, 324,2 kv.m yaşayış, 231,9 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə B tikilinin 1, 2, 3, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15 saylı otaqları ona, evin digər otaqları digər payçılar Cavabdeh və digərlərinə məxsusdur. Mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 42 nömrəli reyestr kitabının 3854 nömrəli vərəqində 21.04.2009-cu il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində Çıxarışla rəsmiləşdirilmişdir. Hazırda mülkiyyətində olan sözügedən fərdi yaşayış evi və eyni zamanda cavabdehə məxsus fərdi yaşayış evi ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Uzun müddətdir ki, sözügedən torpaq sahəsinin girişində olan dəmir darvazaya Cavabdeh tərəfindən qıfıl vurulmuşdur. Dəfələrlə cavabdehə həmin qıfılın açılması barədə xahiş edilsə də heç bir nəticəsi olmamışdır. Hətta qıfılın açarının bir nüsxəsinin ona verilməsini xahiş etsə də xeyri olmamışdır. Sonuncu dəfə cavabdehdən dəmir darvazaya vurulmuş qıfılı açmasını xahiş etsə də cavabdeh təkidlə he ç vaxt qıfılı açmayacağını bildirmişdir. Cavabdeh tərəfindən dəmir darvazaya vurulmuş qıfıl nəticəsində bir mülkiyyətçi kimi onan ümumi istifadə olan torpaq sahəsindən sərbəst isfadə etmək hüququ məhdudlaşmışdır. Belə ki, darvazada qıfıl olduğu üçün o, öz avtomobili ilə həyətə daxil ola bilmir. Hətda gələcəkdə yanğın hadisəsi olduqda da həyətə yanğınsöndürən avtomaşınların, yük avtomaşının girişi mümkün deyildir. Onun mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulduğu üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, darvazadan böyük tutumlu avtomobilin keçə bilməməsi ilə bağlı mütəxəssis rəyi almalı olduğu halda məhkəmə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Rzayev Anar Nurəddin oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.07.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsini ləğv edib,yeni qətnamə çıxarılmaqla iddia tələbini təmin etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları ndan göründüyü kimi,Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21.04.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seryalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində istifadədə olan 0,07038 ha torpaq sahəsində yerləşən 1-(5), 2-(1) mərtəbəli, 21 otaqlı, 324,2 kv.m yaşayış, 231,9 kv.m köfttöfcçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı B tikilinin 1,2, 3, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15 saylı otaqları, X3 V, Q, D, E, B tikililərdə 4, 5, 6 saylı otaqlar və A tikilidə 2 mərtəbə 4 və 3 saylı otaqdan 1/5 hissə, Cavabdeh V,Q,D,E,B tikililərdə 4, 5,6 saylı otaqlar və A tikilidə 2 mərtəbədə 4 və 3 saylı otaqlardan 1/5 hissə və A tikililər 1 mərtəbədə 2, 4 və 1 saylı otaqlar, 14,7 kv.m; 26,9 kv.m; 14,9 kv.m köməkçi sahəsi, X4 V, Q, D, E, B tikililərdə 4, 5, 6 saylı otaqlar və A tikilidə 2 mərtəbədə 4 və 3 saylı otaqdan İ/5 hissə, X2 V, Q, D, E, B tikililərdə 4, 5, 6 saylı otaqlar və A tikilidə 2 mərtəbədə 4 və 3 saylı otaqdan İ/5 hissə, X1 V, Q, D, E, B tikililərdə 4, 5 və 6 saylı otaqlar və A tikilidə 2 mərtəbədə 4 və 3 saylı otaqdan İ/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3854 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 13 saylı fərdi evin 15.04.2009-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunun surət indən görünür ki, həmin texniki pasportun baş planında baxış keçirilən sahə əks olunmuşdur. Planda yaşayış korpusları ilə yanaşı hazırda qıfılın açılması tələb olunan darvaza, həyət və eyni zamanda iddiaçının da istifadəsində olan evinin önündəki həyət, darvaza və digər tikililər əks olunmuşdur. Ali Məhkəmənin 25.06.2009-cu il tarixli 2(102)-1928/09 saylı Qərarının surətindən görünür ki, iddiaçı X6 Cavabdeh və başqalarına qarşı yeni texniki pasportun və ilkin texniki pasportun ləğv edilməsi İlə bağlı aktın etibarsız hesab olunması, 1963-cü il tarixli texniki pasportun bərpası, torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi və qanunsuz tikintinin sökülməsi tələbi barədə iddiası Nizami Rayon Məhkəməsinin 31.07.2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellasiya məhkə məsinin MİÜMK-nın 04.12.2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.07.2008ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş şikayət Ali Məhkəmənin adıçəkilən qərarı ilə təmin olunmamışdır. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsinin düzgün olaraq Bakı şəhəri, Nizami rayonunun Keşlə qəsəbəsində olan Nizami küçəsindəki 13 saylı evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatından keçmədiyindən, F.Quliyev həmin torpaq sahəsindən istifadə qaydasının müəyyən olunmasını tələb etməkdə haqlı olmadığından bu hissədə də iddianın rədd olunması qənaətinə gəlmiş, eyni zamanda Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonunun Keşlə qəsəbəsində olan Nizami küçəsindəki 13 s aylı evin bir hissəsində inşa edilmiş 30 kv.m. “B” tikilisinin bir hissəsinin mülkiyyətçisi olan F.Quliyevin mülkiyyət hüquqlarını həyata keçirməsinə maeçilik törətməməsini nəzərə alaraq iddia tələbinin qanunsuz tikilinin sökülməsinə dair hissəsinin də rədd edilməsində düzgün nəticəyə gəlməsi müəyyən olunmuşdur. Maddi hüquq normaları yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, uzun müddət bərqərar olunmuş adətə görə həmin darvaza və həyət cavabdeh tərəfin istifadəsində olmuş, lakin sonradan iddiaçı tərəfindən mülkiyyətə dair texniki pasportun baş planında əks olunmayan bu sahəyə piyada keçidi və qapı açmaqla həmin darvazadan fərdi qaydada, zəruri olduqda isə iri həcmli yüklərinin daşınması üçün istifadə o lunmağa başlanmışdır. Cavabdehin darvazanın qıfılının açılması və həmin həyətdə onun tərəfindən avtomobilinin saxlanması, maşının səs-küyü, havaya qazın buraxılması, iddiaçının tək qadın kimi ümumi narahatçılığına və onlar arasında yeni mübahisələrin yaranmasına səbəb yaradır. Həmçinin iddiaçının iri və minik avtomobilinin evinin önünə daxil olması və saxlanması üçün digər darvazadan istifadə etmək üçün kifayət qədər imkanı vardır. Belə ki, məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1,158.4, 157.8, 170.2-ci maddələrini və Torpaq Məcəlləsinin 82-ci maddəsini tətbiq edərək, hesab etmişdir ki. cavabdeh mülkiyyətçi olmasa da, uzun müddət həmin torpaq sahəsinin istifadəçisi kimi iddianın təmin təmin olunması onun mənaflərinə pozar. Azərbaycan Respublikası Mülki Məcəllənin: 158.1 -ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı, həmin Məcəllənin 158.1.2-cici maddəsi ilə müəyyən olunmuş əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənm iş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qonşular arasında uzun müddət bərqərar olmuş adətə əsasən həmin darvazadan istifadə qaydası formalaşmışdır. Hazırda iddiaçı qonşusunun narahatçılığına baxmayaraq öz istifadə imkanlarını genişləndirilməsi üçün məhkəməyə müraciət etmişdir. Dəmir darvazaya cavabdeh tərəfindən vurulmuş qıfılın açılması həmin darvazadan iddiaçının avtomobillə sərbəst şə kildə giriş-çıxışı halında digər qonşunun narahatçılığını və iddiaçının öz mülkiyyətindən istifadə edə bilmək və avtomobil saxlamaq üçün öz evinin önündə kifayət qədər imkanlarının olmasını nəzərə alaraq, iddianın rədd olunması yanlışdır. Apellyasiya baxışı zamanı mübahisəli sahəyə baxış keçirilmişdir. Yerli baxış zamanı baxış keçirilən sahədə köhnə darvaza və onun üstündə köhnə qıfılın mövcud olması müəyyən edildi. Həmçinin yerli baxışla həmin darvazadan həyətə daxil olarkən sağ tərəfdə cavabdehə məxsus tikili, ondan sonra iddiaçıya məxsus “B" tikilisi və ondan sonra cavabdehə məxsus “A” tikilisinin, həmçinin cavabdehə məxsus “D”, “V”, “Q” və “E” tikililərinin olması, eyni zamanda, iddiaçı tərəfindən daşınmaz əmlakın texniki pasportunda əks olunmamış ona məxsus “B” tikilisinin həmin həyət ə baxan arxa tərəfindən yeni qapı və piyada keçid yolunun açılması müşahidə edilmişdir. Bundan əlavə “B” tikilisinin ön sahəsindəki əraziyə baxış keçirilərkən iddiaçının istifadə edə bilməsi üçün ümumi həyət və küçəyə açılan eni 2,2 metr olan dəmir darvazanın mövcud olması müəyyən olundu ki, həmin darvazadan da iri qabaritli yük maşınının həyətə giriş-çıxışı mümkün deyildir, yalnız üstündə qıfıl olan darvazadan həyətə yük maşınlarının giriş-çıxışı mümkündür. Beləliklə, apellyasiya instaniyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evləri xüsusi mülkiyyətdə olsa da, torpaq sahəsi xüsusi mülkiyyətdə deyildir. Həmin torpaq sahəsi iddiaçı və cavabdehin ümumi istifadəsindədir, torpaq sahəsindən istifadə qaydası müəyyən edilməmişdir. Həyəty anı torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatından keçmədiyindən iddiaçının torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsini tələb etməsində haqlı olmamasına dair iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Belə olan halda hər iki tərəf torpaq sahəsi üzərində bərabər hüquqlara malikdir, bir tərəfin digər tərəfə nisbətdə torpaq sahəsinə üstünlük hüququ mövcud deyildir. Məhkəmənin də istinad etdiyi Torpaq Məcəlləsinin 82-ci maddəsinin tələbinə gorə isə torpaq istifadəçiləri başqa torpaq istifadəçilərinin hüquqlarını pozmamalıdırlar. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilm əliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin mütəxəssis rəyinin alınmaması ilə bağlı dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, darvazanın eninin ölçülməsi, habelə boyük tutumlu avtomobillərin eninin öyrənilməsi xüsusi bilik tələb edən məsələ deyildir. Bu baxımdan bu məsələnin aydınlaşdırılması üçün ekspertizanın təyin edilməməsi prosessual pozuntu hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli, 2(103)-6780/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6789/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6789/2019
28.10.2019 · Sair mülki iş - Digər - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver