Məhkəmə qərarları › İş №2(102)-6857/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6857/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6857/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Cavabdeh vəkili X2 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(103)4102/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.Həsənov) 28.11.2018-ci il tаrixli, 2(008)-350/2018 saylı qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 14085.83 ABŞ dolları əsas, 5491,01 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 19626,84 ABŞ dolları borc məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla və 31 manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 82 saylı evin 02 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən e dilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 82 saylı evin 02 saylı mənzili tutmaya yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılması, mənzilin boşaldılması iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 20 manatının İddiaçı-dən, 100 manatının Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, Ş.Məmmədova, V.Həsənov) 03.04.2019-cu il tarixli, 2(103)-4102/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.11.2018-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı-nin xeyrinə əsas borc üzrə 14 202,53 ABŞ dolları, faiz borcuna görə 5491,01 ABŞ dolları, cərimə borcuna görə 5205 ABŞ dolları, borcun cəmi məbləği 24898,54 ABŞ dollarının və dövlət rüsumu kimi 31 manat pulun tutulması, tələbin cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin əsas borc üzrə 14 202,53 ABŞ dolları, faiz borcuna görə 5491,01 ABŞ dolları, cərim ə borcuna görə 5205 ABŞ dolları, borcun cəmi məbləği 24898,54 ABŞ dollarının və dövlət rüsumu kimi 31 manat məbləğində pulun iddiaçı “xxxx” BOKT ASC-yə ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 82 saylı evin 02 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və onun vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, qaldırılmış iddiada göstərilən məbləğ şişirdilmiş, məhkəmə işin faktiki hallarını araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Hal-hazırda həmin ünvanda Kəlbəcər rayonundan məcburi köçkün olan qardaşı X1 və onun ailə üzvləri yaşayırlar. Göstərilənlərə əsasən onlar i ş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu qənaəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317,319, 425, 427, 439 və 739-cu, “İpotekа hаqqındа” Qаnunun 33 və 34-cü maddələri ilə əsaslandırmış və qeyd etmişdir ki, borc alan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qanunvericiliyin göstərişlərinə uyğundur. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı yoxlama apararkən maddi və prosessual hüquq normalarının pozuntusu halını müəyyən etməmişdir. Kassasiya şikayətində ape llyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə biləcək hər hansı dəlilə istinad edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(103)-4102/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar