Məhkəmə qərarları › İş №2(102)-7137/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7137/2019

26.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzilə köçürmə - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7137/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili X1, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-3879/2018, hakim M.Q.Sadıqov) İddiaçı ca vabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddiası qismən təmin edilmiş, 70.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3696/2019, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, ünvan 1ilən 2 A saylı, binanın 5-ci mərtəbəsində yerləşən, 27 saylı mənzilə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.04.2018-ci il tarixli, 30 A saylı dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, mənzilin ilkin hüquqi vəziyyətinə qaytarılması, 25.000 manat məbləğində pulun İdd iaçı alınaraq, Cavabdeh1 qaytarılması, mənzilin boşaldılması ilə iddiaçıdan 25.000 manat pulun tutularaq cavabdehə verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli 30/A nömrəli müqaviləyə əsasən, “satıcı” “xxxx” MTK Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 46da inşa edilən 2 A saylı, binanın 5-ci mərtəbəsində yerləşən, 27 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə öz növbəsində satıcıya 39000 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK tərəfindən verilmiş arayışa əsasən İddiaçı ünvan 1ilən 2A saylı binan ın 5-ci mərtəbəsində yerləşən, sahəsi 65,0 kv.m olan, 1 otaqlı, 27 saylı mənzilin tam dəyərini kooperativə ödəmişdir. “xxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli 30/A nömrəli müqaviləyə edilən 02 aprel 2018-ci il tarixli dəyişmə müqaviləsinə əsasən, “satıcı” “xxxx” MTK ünvan 1ilən 2 A saylı, binanın 5-ci mərtəbəsində yerləşən, 27 saylı mənzili “alıcı”ya təhvil verməyi, alıcı isə öz növbəsində mənzilin ümumi məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK tərəfindən verilmiş 02 aprel 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1ilən 2 A saylı, binanın 5-ci mərtəbəsində yerləşən, 27 saylı mənzilin tam dəyərini ödəmişdir. İddiaçı 02 aprel 2018-ci il tarixli “xxxx” MTK-ya ünvanlanmış ərizəsindən görünür ki, ünvan 1ilən 2 A saylı, binanın 5-ci mərtəbəsində yerləşən, 27 saylı mənzildən və pay hüququndan imtina edir və həmin mənzilin Cavabdeh1 satılmasına etiraz etmir 20 sentyabr 2018-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və "Cavabdeh2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 46-da inşa edilən 2A saylı binanın 5-ci mərtəbəsində yerləşən, sahəsi 65,0 kv.m olan, 1 otaqlı, 27 saylı mənzilinə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2018-ci il tarixli 30A saylı dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 70.000 manat məbləğində pulun alınaraq ona verilməsi, onun həmin mənzilə köçürülməsi, Cavabdeh1 mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzilin ilkin vəziyyətə qaytarılaraq adına olan müqavilənin ona ger i qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçı isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndiirlməyən halları ilə müəyyən edilir ki, ünvan 1ilən 2A saylı binanın 5-ci mərtəbəsində yerləşən, sahəsi 65,0 kv.m olan, 1 otaqlı, 27 saylı mənzil iddiaçıya məxsus olmuşdur. O, həmin mənzili 03 oktyabr 2012-ci il tarixdə “xxxx” MTK ilə 30/A saylı müqavilə bağlamaqla dəyərini tam ödəyib almışdır. 2018-ci ildə iddiaçı mənzili satmaq qərarına gəlir və uzun illərin tanışı old uqlan Cavabdeh1 ilə mənzilin 95 000 manata ona satılması barədə razılığa gəlirlər. Alıcı mənzilin dəyərini ilkin olaraq 40.000 manat, qalan məbləği isə hissə-hissə 2018- ci ilin oktyabr ayının axıranadək ödəməli idi. İddiaçı kooperativə ərizə yazaraq payından və mənzildən imtina etmiş və “xxxx” MTK ilə Cavabdeh1 arasında 02 aprel 2018-ci il tarixli müqavilə bağlanmışdır. Ofelya mənzilə görə ilkin olaraq 25.000 manat ödəniş etmiş, bundan sonra Samirə mənzili faktiki olaraq Ofelyaya təhvil vermişdir. Keçən müddət ərzində cavabdeh mənzilə görə iddiaçıya pul ödəməmişdir. Tərəflər arasında hansı əqdin bağlanması və onun etibarlılığı işin mübahisələndirilən hallarıdır. İddiaçı, “xxxx” MTK ilə Cavabdeh1 arasında 02 aprel 2018-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığını və tərəflərin əvv əlki vəziyyətə qaytarılmasını tələb edir. “xxxx” MTK ilə Cavabdeh1 arasında 02 aprel 2018-ci il tarixdə bağlanmış müqavilənin mətni mübahisəli mənzilin kooperativ tərəfindən Cavabdeh1 satılması barədədir. Həmin müqaviləyə görə kooperativ mənzili alıcıya satır, alıcı isə mənzilin razılaşdırılmış dəyərini satıcıya, yəni kooperativə ödəyir. Həmin müqavilə bağlanan tarixdə MTK, Cavabdeh1 qızma eyni tarixli arayış verir ki, Cavabdeh1 mənzilin dəyərini kooperativə tam ödəmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan müqavilə və maliyyə arayışı işin mübahisəsiz halları ilə tam təkzib olunur. Tərəflər arasında baş vermiş münasibətlər həmin müqavilənin həqiqiliyini və maliyyə arayışını heçə endirir. Çünki nə MTK Cavabdeh1 mənzil satmış və nə də Cavabdeh1 kooperativə pay haqq ı ödəmişdir. Mənzilə dair münasibətlər iddiaçı ilə Ofelya arasında baş tutmuşdur. Samirə kooperativə pay haqqını ödəyərək aldığı mənzili Ofelyaya satmaq barədə razılığa gəlmişdir. Kooperativ qeyd olunan müqavilə formasını tərtib etməklə tərəflər arasında razılaşdırılmış alqı-satqını rəsmiləşdirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MTK ilə Cavabdeh1 arasında 02 aprel 2018-ci il tarixdə bağlanmış müqavilə etibarlı müqavilə deyil. Əvvəla, “xxxx” MTK-nın həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlamağa subyektiv hüququ olmamışdır. MTK o halda həmin mənzillə bağlı alqı- satqı müqaviləsi bağlaya bilərdi ki, İddiaçı həqiqətən də həmin mənzildən imtina etsin və pay MTK-ya qaytarılsın. Lakin İddiaçı pay haqqından imtina etməsi barədə ərizəsi əslində Cavabdeh1 ilə Samirə arasında həmin mənzilin alqı-satqısı barədə tərəflərin razılaşmasını pərdələyən əqddir. Əslində iddiaçı həmin mənzildən imtina etməmiş, həmin əqdlə iddiaçı öz mənzilini, ona yaranmış payını cavabdehə nisyə olaraq satmışdır. İddiaçının payından imtina etməsi barədə birtərəfli əqd etibarsızdır. Çünki həmin əqd başqa əqdi, yəni Samirə ilə Ofelya arasında olan alqı-satqını pərdələmək üçün bağlanmış yalan əqddir. Bunun nəticəsi olaraq Ofelya ilə MTK arasında bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqdd ir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İkincisi, MTK-nın bağlamış olduğu müqavilənin alqı-satqı müqaviləsi ilə əlaqəsi yoxdur. Həmin əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. MTK həmin müqaviləni bağlamaqla tərəflər (Ofelya və Samirə) arasında baş tutmuş alqı-satqı müqaviləsini rəsmiləşdirmək istəmişdir. Guya iddiaçı payından imtina etmiş, bunun əsasmda MTK həmin mənzili cavabdehə satmış, cavabdeh isə mənzilin dəyərini kooperativə ödəmişdir. Hansı ki, hər iki tərəf bu faktı təkzib edirlər. İddiaçı mənzilin ona qaytarılmasını tələb edir. Bunun üçün iddiaçı ilə cavabdeh arasında olan alqı-sa tqı münasibətlərinə qiymət vermək lazımdır. Çünki MTK ilə cavabdeh və MTK ilə iddiaçı arasında olan əqdlərin etibarsızlığı ilə bağlı heç bir nəticə baş verməmişdir. Nə Samirə payından imtina etmiş, nə Ofelya MTK-ya pul ödəmiş, nə də MTK Ofelyaya mənzil satmışdır. “xxxx” MTK ilə Cavabdeh1 arasında 02 aprel 2018-ci il tarixdə bağlanmış müqavilənin etibarlılığını heçə endirən paydan imtina barədə əqd Samirə ilə Ofelya arasında alqı-satqını pərdələyən yalan əqddir. Ona görə tərəflər arasındakı münasibətlərə alqı-satqı münasibətlərini nizama salan normalar tətbiq olunmalıdır. Mülki Məcəllənin 340.2. maddəsinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunur. Bu halda tərəflər arasında həqiqi alqı-sa tqı müqaviləsinin baş tutması və hər bir tərəfin müqavilə şərtlərinə riayət etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Tərəflər arasında mənzilin nisyə alqı-satqısı müqaviləsi bağlanılmışdır. Mülki Məcəllənin 646.1-ci maddəsinə görə, daşınmaz əşyaların alğı-satqısı müqaviləsin ə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Tərəflərin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə uyğun hərəkət etmiş olsalar, onda belə qənaətə gəlmək olar ki, onlar nisyə alqı-satqı barədə razılığa gəlmişlər. Alıcı ilkin olaraq 40.000 manat pul ödəməli, satıcı mənzili alıcının istifadəsinə verməli, mənzili onun adına rəsmiləşdirməli, alıcı isə 2018-ci ilin oktyabr ayınadək razılaşdıqları məbləği satıcıya ödəməli idi. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddalar tətbiq edilir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalar ın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh razılaşdıqları məbləği nəinki razılaşdıqları müddət ərzində ödəməmiş, eyni zamanda qanunun istinad etdiyi 427-ci maddədə nəzərdə tutulan ağlabatan müddət ərzində də ödəmək istəmir. Razılaşmadan bir ildən də artıq vaxt keçməsinə baxmayaraq alıcı mənzilin dəyərini ödəməmişdir. Razılaşdıqları 95.000 manat vəsaitdən cəmi 25.000 manat ilkin olaraq ödəniş etdikdən sonra heç bir məbləğ ödəməmiş, mənzilə sahiblik edərək ondan istifadə edir. Mənzilin dəyərinin cavabdeh tərəfindən nə vaxtsa ödənilməsini qəbul etmək iddiaçının mənafeyinə ziddir və iddiaçının bunu əvv əlcədən biləcəyi təqdirdə belə müqavilə bağlayacağı ağlabatan deyil. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçı mənzilin ona qaytarılmasını tələb edir. İddiaçının eyni zamanda 70.000 manatın ona ödənilməsi tələbi mövcud olsa da, həmin məbləği tələb etmədiyini, bunu ərizədə vəkilinin yazdığını bildirir. Apellyasiya icraatı zamanı da, iddiaçı pul tələb etmədiyini, mənzilin ona qaytarılması və qarşı tərəfin pulunun ondan tutulmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilənin etibarsız hesab olunaraq mənzilin geri qaytarılmasını tələb edən iddiaçının eyni zam anda 70.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməsi məntiqsizdir və biri-digərini istisna edir. Ona görə iddiaçının əqdin etibarsız hesab olunması ilə yanaşı, mənzilin geri qaytarılması tələbi də əsaslıdır. Həmçinin mənzil iddiaçıya geri qaytarıldığı halda iddiaçının cavabdehdən mənzilə görə aldığı 25.000 manat pul da tutularaq cavabdehə qaytarılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver