Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7215/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh oğlu və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7773/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Anar Rzayev) 11 sentya br 2017-ci il tarixli 2(008)-184/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və Cavabdeh oğlu arasında ünvan 1 ünvanında yerləşən evin alqı-satqısı ilə bağlı 01 iyul 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 6244 manat məbləğində təmir xərci və 300 manat mənəvi zərərin əvəzinin Cavabdeh oğlundan tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, geri qalan 10 manatın isə iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cəmi 100 manat ekspertiza xərcinin 60 manat ının Cavabdeh oğlundan və 40 manatın İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş və qismən, yəni təmir xərcinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, 108000 ABŞ dolları pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) Cavabdeh oğlu tərəfindən İddiaçı ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən evin Cavabdeh oğlunun faktiki sahib liyinə qaytarılması qət edilmiş, qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında razılaşdıqları və sadə formada alqı-satqı müqaviləsi ilə satdığı evə dair əqdin etibarsız sayılması və 108000 ABŞ dollarını, evin təmiri üçün ödədiyi 20000 manat pulun, 425 manat işıqdan sərfiyyat üçün, hüquq xidmətlərinə görə 2000 manat pulun və cavabdeh aldatma yolu ilə vurduğu mənəvi ziyana görə 10000 manat pulun alınaraq birdəfəlik ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Əvvəla qətnamədən görünür ki, apellyasiya instansiyasında məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən fərqli olaraq vəsitin iddiaçıya ödənildikdən sonra mübahisə predmeti olan evin cavabdehə qaytarılmasını qət etsə də, tərəfləri mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam və lazımı qaydada əvvəlki vəziyyətə qaytarmamışdır. Ona görə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı tərəflər arasında rəsmiləşdirilmiş müqavilə üzrə evin dəyəri olan pulu vermişdir və pulun verilməsi ilə eyni vaxtda ev iddiaçının sahibliyinə verilmiş, iddiaçı həmin evə mülkiyyət hüququ əldə etməsə də faktiki olaraq sahiblik və evdən istifadə etmişdir. Həmin dövrdə isə tərəflər evin yekun dəyərini 85000 manat kimi müəyyən etmiş və razılaşdırmışlar. Ödənişin edilməsinə gəldikdə isə iddiaçı ödənişi ABŞ dolları ilə etməsini cavabdehə təklif etmişdir. Cavabdeh ilkin olaraq buna etiraz etsə də, iddiaçı ona verdiyi vəsaitin onsuz da 85000 manat təşkil etməsini, arzu etdiyi halda istənilən valyuta dəyişmə məntəqəsində asanlıqla ödənişi manata çevirə biləcəyini bildirmişdir. Beləliklə cavabdeh iddiaçının təkidi ilə həmin dövrdə evin dəyəri olan (85000 manat) məbləği ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə qəbul etmişdir (həmin dövrdə 1 AZN-nin maksimum yuvarlaq olaraq 0,79 ABŞ dollarına bərabər olm asını nəzərə alsaq, iddiaçının cavabdehə 85000 manat ödəməsi aydın olar 108000x79=85320). Cavabdeh pulu aldıqdan sonra təxirə salmadan həmin məbləği manata çevirmiş və borclarının ödənilməsinə, şəxsi ehtiyaclarının qarşılanmasına yönəltmişdir. Başqa sözlə desək cavabdeh iddiaçıdan müqavilədə şərtləşdirilmiş vəsaiti əldə etməklə ondan hər hansı əlavə bəhər və ya fayda götürməmişdir ki, iddiaçının ona təqdim etdiyi vəsaitin hesabına varlanmış olsun.Məhkəmələr isə müqaviləni etibarsız hesab etsələr də, ədaləti bərqərar etmək əvəzinə, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini tam şəkildə tətbiq etməmiş, ABŞ dollarının manata olan dəyərinin yüksəlməsini nəzərə almamaqla, hazırda cavabdehin iddiaçıya ödəniş gününün məzənnəsi ilə 108000 ABŞ dollarını-yəni 183600 manat məbləğini geri qaytar malı olmasını qət etməklə iddiaçının əsassız olaraq varlanmasına şərait yaratmışlar. Tərəflərin izahatları: Cavabdeh oğlu və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı, onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni iş ə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi, cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,tərəflər arasında 01 iyul 2011-ci il tarixli sadə yazılı formada ev alqı-satqısı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı Cavabdeh oğlu ünvan 1 ünvanında yerləşən evi alıcı İddiaçı satmağı öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən evin dəyəri 108000 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğ alıcı tərəfindən tam olaraq ödənilmiş və ev alıcıya təhvil verilmişdir. Həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı bildirir ki, cavabdeh öz ailə üzvləri ilə birgə ona satılmış evdən pasport qeydiyyatından çıxacağına öhdəsinə götürmüşdür. Lakin bir müddət sonra cavabdehin keçmiş gəlini - X2 övladı ilə birlikd ə məhkəmə qaydasında iddia qaldıraraq cavabdehin ona satdığı evə köçürülmüşdür. Beləliklə də, o, müxtəlif məhkəmə proseslərində iştirak etməli olmuşdur. Cavabdeh isə həmin vaxt məhkəmədə ona heç bir köməklik etməmişdir. Hazırkı vaxtda kimi o, həmin evi əsaslı təmir etmiş, məhkəmədə onun keçmiş gəlininin qeydiyyatdan çıxarmaq üçün hüquq xidmət xərcləri ödəmişdir. O, cavabdehdən ona evə görə ödədiyi pulu istəsə də, cavabdeh bundan imtina edir. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, evin alqı-satqısından sonra aldığı məbləği borclarına ödədiyi üçün həmin pulu iddiaçıya qaytarmağa maddi imkanı yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddiaçı iddia tələbinin rədd edilən hissəsindən apellyasiya şikayəti verməmi şdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələblərinin birinci hissəsi, yəni tərəflər arasında sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsaslıdır. Belə ki, mübahisə predmeti olan yaşayış evi Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikili hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Mülki Məcəllənin 180.2-ci maddəsində isə təsbit olunmuşdur ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu baxımdan Cavabdeh oğlu həmin evə mülkiyyət hüququ əldə etmədiyindən həmin əmlakı satmağa da hüququ olmamışdır. Ona görə də, həmin əmlak barəsində bağlanmış alqısatqı müqaviləsi Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən özü-özlüyündə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Həmçinin işin mübahisəsiz hallarına görə tərəflər arasında faktiki olaraq evin alqısatqısı həyata keçirilmiş və iddiaçı tərəfindən cavabdehə 108000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilə etibarsız olduğundan tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, yəni ödənilmiş 108000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddi açıya qaytarılmalı və pul qaytarıldıqdan sonra həmin ev cavabdehin faktiki sahibliyinə qaytarılmalıdır. İddia tələbininevin təmir işlərinə çəkilmiş xərclərin ödənilməsi hissədə rədd edilməsi iddiaçı təərfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qeyd edilən hissədə kassasiya qaydasında yoxlamır. Mənəvi zərərin ödənilməsi tələbləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisad i məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəv i zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələ nməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İşin hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki cavabdehin hərəkətlərinin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə onun mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Lakin bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edili r. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin əvəzi kimi 300 manatı ağlabatan məbləğ kimi müəyyənləşdirilmişdir. İddia müddətinin t ətbiq edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə qədər cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir. Çünki bununla bağlı ərizə işə əlavə edilməmiş və məhkəmə iclas protokollarında qeydlər aparılmamışdır. Apellyasiya şikayətinə həmin ərizənin əlavə edilməsi isə iddia müddətinin tətbiq edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Lakin cavabdeh birinci instansiy a məhkəməsində iştirak etsə də, iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Ona görə də, hazırda həmin ərizənin verilməsi heç bir hüquqi nəticəyə səbəb ola və iddia müddətinin tətbiqi əsası kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, tərəflər ar asında mənzilin qiyməti 108000 ABŞ dolları razılaşdırılmış və qeyd edilən məbləği iddiaçı cavabdehə ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsini tədbiq etməklə tərəfləri əvvəlki vəziyyətə qaytararkən müqavilədə qeyd edilən və 2011-ci ildə iddiaçı tərəfindən cavabdehə ödənilən pulun, yəni 108000 ABŞ dollarının qaytarılmasını qət etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7773/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7215/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7215/2019
02.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver