Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7243/2021 22.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdehlər X4 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Cavabdehlər X4 və X1 Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyul 2021-ci il tarixli, 2(104)-1745/2021 nömrəli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətləri nəzərdən keçirilərkən məlum oldu ki, şikayətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tu tulmuş formada tərtib edilməmişlər. Belə ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə ko llegiyası QƏRARA ALDİ: Cavabdehlər X2 və X3 Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyul 2021-ci il tarixli, 2(104)-1745/2021 nömrəli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7243/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7243/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver