Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7264/2021 01.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5679/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 408.1.1-ci və 408.1.7-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qa ydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırkı işdə Cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən bu qaydalara riayət edilməmişdir. MPM-nin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5679/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-7264/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7264/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver