Məhkəmə qərarları › İş №2(102)-737/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-737/2020

03.02.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-737/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 vəkili Feyzullayev Xəyal Yusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8281/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə cavabdehlər Cavabdeh 2 və “xxxx” MMC-ə qarşı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş ünvan 1-də inşa olunan 5 girişli, 15 mərtəbəli yaşayış binasının 4-cü girişinin 12-ci mərtəbəsində yerləşən, ümumu sahəsi 66.6 kv.m olan 279 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilin boşaldılması, Cavabdeh2 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və boşaldıldıqdan sonra mənzilin və mənzilin açarlarının ona təhvil verilməsi; mənzilin onun tərəfindən təmir olunması və ondan istifadəsinə qarşı yönəlmiş hərəkətlərin cavabdehlərə qadağan edilməsi; cavabdeh MMC-nin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi zərərinin əvəzi olaraq 7.000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq isə 15.000 manat məbləğində pulun MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandı rılmışdır ki, İddiaçı cavabdeh MMC-nin ünvan 1-də inşa etdiyi binanın 4 girişinin 15 mərtəbəsində yanbayan olan 279 və 280 nömrəli mənzilləri almışdır. Bir müddətdən sonra, iddiaçı, ona məxsus mənzili təmir etmək istəyərkən məlum olmuşdur ki, 279 nömrəli mənzilin (bundan sonra - mübahisəli mənzil) qapısı Cavabdeh2 tərəfindən dəyişdirilərək mənzil təmir olunmuşdur. Bununla bağlı, MMC-yə narazılıq bildirən iddiaçıya cavab olaraq isə bildirilmişdir ki, binanın komendantı tərəfindən mənzillərin mərtəbəsi və nömrəsi səhv salındığı üçün Cavabdeh2 mənzili öz mənzili hesab edərək, mənzili təmir etdirmişdir. Hazırda Cavabdeh2 ilə cavabdeh MMC arasında da mübahisə mövcuddur. Tərəflər arasında yaranmış narazılıq nəticəsində iddiaçı ona məxsus mənzildən nəinki istifadə edə bilmir, həmçinin həmin mənzi li təmir etdirərək öz evində yaşamaq hüququndan məhrum olmuşdur. Hazırda iddiaçı ona məxsus mənzili təmir etməyə çalışsa da, MMC ona qanunsuz maneələr yaradır, digər cavabdeh Cavabdeh2 isə mənzildən çıxmır. xx.xx.2013-cü il tarixli 64 saylı xxxxyə əsasən iddiaçı ilə MMC-nin direktoru X4 arasında razılaşma imzalanmışdır. Həmin xxxxnin 1.1-ci bəndində qeyd olunur ki, “xxxx” (iddiaçı) xxxxdə göstərilmiş məbləği “xxxx”ya (cavabdehə) tam ödəməklə mənzilin tikintisini xxxxya həvalə edir. xxxxnin şərtlərinə uyğun olaraq, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Belə ki, MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2016-cı il tarixli xxxx da görünür ki, xxxx İddiaçı MMC-yə borcu yoxdur. Bina tam inşa olunduğu üçün artıq sahiblərinin istifadəsinə verilmiş və bir çox mənzillər sahibləri tərəf indən təmir olunmuşdur. Həmçinin iddiaçı artıq iki ildən çoxdur ki, öz mənzilindən istifadə edə bilmədiyi və yaşaya bilmədiyi üçün məcbur olub icarə xxxxsi əsasında mənzillərdə yaşayır. Bununla bağlı, bu müddət ərzində iddiaçının 7.000 manat məbləğində xərci çıxmışdır ki, hesab edir bu məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, cavabdehin mənzili vaxtında ona təhvil verməməsi nəticəsində bir çox sarsıntı və iztirab keçirtdiyi üçün ona 15.000 manat məbləğində mənəvi zərər dəymişdir. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs (Cavabdeh2 qardaşı) R.Teymurov cavabdeh MMC və İddiaçı qarşı iddia ərizəsi və “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, MMC ilə onun arasında bağla nmış xx.xx.2013-cü il tarixli 144 nömrəli “xxxx” əsasında onun sifarişinə uyğun tikilmiş və MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli 78 nömrəli “Binada mənzillərin təmir olunması haqqında xxxx” əsasında onun sahibliyinə və istifadəsinə verilmiş, tərəfindən tam təmir edilmiş və hal-hazırda istifadəsində olan mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin iddiası belə əsaslandırılmışdır ki, MMC ilə aralarında bağlanmış xx.xx.2013cü il tarixli 144 nömrəli xxxx əsasında mənzil onun sifarişi əsasında tikilmişdir. xx.xx.2013-cü il tarixli 144 nömrəli xxxxdən görünür ki, xxxx “xxxx” R.Teymurov və “xxxx” MMC arasında bağlanmışdır. Həmin xxxxnin 1.1-ci bəndindən müəyyən edilir ki, “xxxx” xxxxdə göstərilmiş məbləği “xxxx”ya tam ödəməklə mənzilin tikintisini “xxxxya” həvalə edir. xxxxnin 3.1-ci bəndindən görünür ki, “xxxx” ona düşən 2 otaqlı, tam sahəsi eyvanla birlikdə 66,6 kv.m olan mənzilin sahəsinin hər kv.metri üçün 820 AZN olmaqla, cəmi 54.612 AZN ödəməyi öhdəsinə götürür. Həmin xxxxnin 3.2-ci bəndindən görünür ki, “xxxx” ümumi məbləğin ilkin payı kimi 27.440 AZN ödəyir. Eyni zamanda, MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli “xxxx” müəyyən edilir ki, MMC tərəfindən mənzilin tam dəyəri xxxx R.Teymurov tərəfindən tam ödənilmişdir. Daha sonra MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli 78 nömrəli “Binada mənzillərin təmir olunması haqqında xxxx” əsasında mənzil onun sahibliyinə və istifadəsinə verilmiş və həmin mənzilin təmirinə ona icazə verilmişdir. Bundan sonra o, 37.500 manat məbləğind ə öz şəxsi pul vəsaitini xərcləyərək, mənzili tam və əsaslı təmir etdirmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-209/2019 saylı qətnaməsi ilə (hakim A.S.Məmmədov) İddiaçı iddiasının rədd edilməsini, üçüncü şəxs R.Teymurovun iddiasının isə təmin edilməsini qət etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8281/2019 nömrəli qətnaməsi ilə (hakimlər X1, X3 və X8) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər “xxx x” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və sair tələbləri barədə” iddiası qismən təmin edilmiş, ünvan 1-də inşa olunan 5 girişli, 15 mərtəbəli yaşayış binasının 4-cü girişinin 12-ci mərtəbəsində yerləşən, ümumu sahəsi 66.6 kv.m olan 279 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzil boşaldılsın, Cavabdeh2 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzil boşaldıldıqdan sonra İddiaçı təhvil verilməsi qət edilmiş, iş üzrə İddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəsinə maneə törədilməsi cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qadağa edilmiş, iş üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz əməlləri nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat məb ləğində pul cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və sair tələbləri barədə” iddiası qalan hissədə təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı qarşı “əmlakın sahibliyinə və istifadəsinə verilməsi tələbi barədə” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8281/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2( 103)-8281/2019 nömrəli qətnaməsinin qismən, yəni iddiaçının iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, yaşayış binasına dair bütün sənədlərin, o cümlədən eskiz layihəsinin məhkəməyə təqdim edilməsinə dair vəsatət “xxxx” MMC tərəfindən tam icra edilməmişdir. Bundna əlavə, məhəməyə 2013-cü ildə tikintiyə icazə verilməsi barədə sərəncam təqdim edilməmiş, onun əvəzinə 2014-cü il tarixli sərəncam təqdim edilmişdir ki, həmin sərəncam mübahisəli mənzilin yerləşdiyi bina ilə bağlı verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştir ak edən Cavabdeh2 vəkili Feyzullayev Xəyal Yusif oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Digər cavabdeh və iddia predmeti barəsində müstəqil tələb irəli sürən şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə ləğv edib, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və sair tələbləri barədə” iddiasını qismən təmin edib, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı qarşı “əmlakın sahibliyinə və istifadəsinə verilməsi tələbi barədə” iddiasını rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi öz nəticəsini aşağıdakı kimi əsaslandırmışdır. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 64 saylı “xxxxyə” əsasən “xx xx” (iddiaçı) xxxxdə göstərilmiş məbləği “xxxx”ya (MMC-yə) tam ödəməklə mübahisəli mənzilin tikintisini xxxxya həvalə etmişdir. İddiaçı bildirir ki, mənzilin qapısı Cavabdeh2 tərəfindən dəyişilərək təmir olunmuşdur. Odur ki, iddiaçı, Cavabdeh2 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldıldıqdan sonra özünə təhvil verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC ilə “xxxx” R.Teymurov arasında bağlanmış xx.xx.2013-cü il tarixli 144 nömrəli xxxx əsasında xxxxnın tikintisini sifariş etdiyi mübahisəli mənzildə yaşayır. Habelə, MMC ilə R.Teymurov arasında bağlanmış “Binada mənzillərin təmir olunması haqqında” xx.xx.2016-cı il tarixli 78 nömrəli xxxx əsasında həmin mənzil onun sahibliyinə və istifadəsinə verilmiş, tərəfi ndən tam təmir edilmiş və hal-hazırda istifadəsindədir. Birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının 12-ci mərtəbədə yerləşən 279 saylı mənzilin Cavabdeh2 tərəfindən zəbt olunduğunu iddia etməsinə baxmayaraq, cavabdehin təmir etdirdiyi mənzilin 291 saylı olub 14-cü mərtəbədə olduğu müəyyən olunmuşdur. Bir sözlə, mənzillərin nömrələri ilə yerləşdikləri mərtəbələr səhv salınmışdır. Səbəb isə həmin binanın ilk 2 mərtəbəsinin qeyri-yaşayış sahələri olmasıdır. MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, binanın 4-cü girişi, yaşayışın 14-cü mərtəbəsində 66.6 kv.m-dən ibarət olan 2 otaqlı 291 saylı mənzili R.Teymurova, həmin girişin 12-ci mərtəbəsində 66.6 kv.m.-dən ibarət olan 2 otaqlı 279 saylı mənzili isə İddiaçı məxsusdur. Bunları nəzərə almış birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd etmişdir. Birinci instansiya məhkəməsi üçüncü şəxsin iddiası ilə bağlı belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil üzrə müvafiq xxxx ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə R.Teymurov tərəfindən ödənildiyindən, MMC-yə heç bir borcu qalmadığından, üçüncü şəxsin iddiası əsaslıdır. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, İddiaçıla cavabdeh MMC arasında bağlanmış 64 saylı xx.xx.2013-cü il tarixli “xxxxdən” görünür ki, iddiaçının aldığı mənzil ünvan 1 ünvanında inşa olunan 5 girişli, 15 mərtəbəli yaşayış evinin 4-cü giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 66,6 kv.m olan 2 otaqdan ibarət 279 saylı mənzildir. İş üzrə üçüncü şəxs R.Teym urovla MMC arasında bağlanmış 144 saylı xx.xx.2013-cü il tarixli “xxxxdən” görünür ki, üçüncü şəxsin aldığı mənzil ünvan 1 ünvanında inşa olunan 5 girişli, 15 mərtəbəli yaşayış evinin 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 66,6 kv.m olan 2 otaqdan ibarət 291 saylı mənzildir. Göründüyü kimi, binanın eyni girişində yerləşən, sahəsi və otaq sayı eyni olan mənzillərin yerləşdiyi mərtəbələr və nömrələri xxxxlərdə fərqli göstərilmişdir. İşin düzgün həlli üçün ilk növbədə Cavabdeh2 yaşadığı mənzillə iddiaçının aldığı mənzilin eyni, yaxud fərqli mənzillər olması müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, mübahisəli binada yaşayır. MMC ilə bağladığı xxxx əsasında binanın 11-ci mərtəbəsində yerləşən 274 sayl ı mənzil ona məxsusdur. İddiaçı mənzilləri isə onun mənzilinin üstündə, yəni 12-ci mərtəbədə yerləşir. Həmin mərtəbədə 6 mənzil yerləşir. O, mənzilə qalxmaq üçün liftin 13 yazılan düyməsini, İddiaçı isə 14-cü düyməsini basıb qalxır. Şahid N.Qəribovun həqiqətən qeyd etdiyi mənzilin sahibi olması işdə olan onunla MMC arasında bağlanmış 63 saylı xx.xx.2013-cü il tarixli “xxxx” ilə təsdiq olunur. Onun ifadəsindən belə anlaşılır ki, mənzillər xxxxdə göstərilən mərtəbələrindən 2 mərtəbə fərqlə daha yuxarı mərtəbədə yerləşir. Şahidin qeyd etdiyi İddiaçı məxsus 280 nömrəli mənzillə bağlı isə Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı eyni mərtəbədə mübahisəli mənzillə qonşuluqda yerləşən 1 otaqdan ibarət 56,3 kv.m sahəsi olan 280 saylı mənzili də almışdır. İddiaçı bunu təsdiq edən 65 saylı xx.xx.2013-cü il tarixli “xxxxni” də Rayon Məhkəməsinə təqdim etmişdir. İş üçün əhəmiyyətli olan hal ondan ibarətdir ki, 280 saylı mənzil İddiaçı sahibliyindədir və həmin mənzillə bağlı mübahisə yoxdur. İşin 76-77-ci vərəqlərində olan məhkəmə iclas protokolundan görünür ki, Rayon Məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşdiyi bina yerində müayinə edilmişdir. Müayinə zamanı da müəyyən olunmuşdur ki, 279 və 280 saylı mənzillər liftin göstəricisi üzrə 14-cü mərtəbədə yerləşir. Halbuki binanın yaşayış sahələri üzrə 15 mərtəbəli olduğu nəzərə alınarsa 14-cü mərtəbədə yerləşən mənzil binanın sonuncu mərtəbəsindən 1 mərtəbə aşağıda yerləşməlidir. Mübahisəli mənzilin isə sonuncu mərtəbədən 3 mərtəbə aşağıda olması mübahisə doğurmur. Beləliklə, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyy ən edilir ki, Cavabdeh2 hazırda istifadəsində olan və onun tərəfindən təmir edilən mənzil iddiaçının tələb etdiyi 279 saylı mənzildir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil iddiaçıya məxsusdur, R.Teymurov, MMC-nin düzgün təqdim etməməsi nəticəsində səhv olaraq mənzili özünə məxsus hesab etmiş və orada təmir işlərinə başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əş yanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya xxxxdə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyas iya instansiya məhkəməsi İddiaçı iddiasının “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya xxxxdə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı ona 7.000 manat maddi ziyan vurulmasını iddia etsə də, kirayə xxxxsi əsasında mənzillərdə yaşadığını təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim edə bilmədiyindən bu hissədə iddia sübuta yetmədiyi üçün əsassız hesab olunur. Mənəvi zərərlə bağlı isə apellyasiya instansiya məhkəməsi qeyd etmişd ir ki, iddiaçının uzun müddət öz mənzilindən məhrum olması, sahiblik və istifadə hüququnu həyata keçirə bilməməsi onun mənəvi sarsıntı çəkməsini deməyə əsas verir, lakin Məhkəmə bu hissədə iddianı qismən təmin edərək mənəvi zərərin əvəzinin 1.000 manat müəyyən edilməsini ağlabatan hesab edir. Apellyasiya instansiya məhkəməsi R.Teymurovun iddiası ilə bağlı isə belə qənaətə gəlmişdir ki, iş üzrə İddiaçı iddiası əsaslı hesab edildiyindən, mübahisəli mənzilin həqiqətən ona məxsus olduğu müəyyən edildiyindən, üçüncü şəxs R.Teymurovun iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçün tətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutlar ın məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2 (103)8281/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver