Məhkəmə qərarları › İş №2(102)-745/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-745/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-745/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-745/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7609/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət ed ərək 475.346 manat əsas borcun, 347.000 manat dəbbə pulunun, pul vəsaitinin qanunsuz saxlanıldığına görə əsas borcun 5%-i miqdarında hesablanmış 23.767 manat faiz borcunun, habelə borcun ödənilmədiyi dövr ərzində baş vermiş 4% həcmində inflyasiya nəticəsində ödənilməli olan borc məbləğinin itirdiyi dəyərinin əvəzi olaraq 19.013 manatın, cəmi isə 865.126 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 24 aprel 2017-ci il tarixli, 2(006)-1573/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsini, əsas borcun ödənilməsi məqsədi ilə 475.346 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 23.767 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cər imənin ödənilməsi məqsədi ilə 40.000 manat, cəmi isə 539.113 manat məbləğində pulun cavabdeh X2dən alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Məmməd Məmmədov, hakimlər Vüsalə Baxışova, Xəyal Sarıyev) 2(103)-7507/2017 saylı, 15 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi Məmməd Məmmədov, hakimlər Vüsalə Baxışova, Xəyal Sarıyev) 24 aprel 2017-ci il tarixli, 2(006)-1573/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Əsəd Mirzəliyev, hakimlər Tatyana Qoldman, Gündüz Quliyev) 19 aprel 2018-ci il tarixli, 2(102)-2558/18 sa ylı qərarına əsasən İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2017-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər V.Həsənov, N.Cəfərov və E.Kazımov) 04.09.2018-ci il tarixli 2(103)-7609/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1573/2017 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2dan və Cavabdeh1 475.346 manat əsas borc, 40.000 manat dəbbə pulu, 23.767 manat faiz məbləği, cəmi 539.113 (beş yüz otuz doqquz min yüz on üç) manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Əliyev Elçin Behbut oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli 2(103)-7609/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1lə MMC arasında müqavilə bağlanan günə kimi, onun MMC ilə heç bir tanışlıq əlaqəsi olmayıb. MMC-nin direktoru ilə Cavabdeh2 oğlu arşında dostluq münasibəti olmuş, ona görə də MMC-nin direktoru Azərbaycanda iş görmək istəyərkən dostu kimi onu dəvət etmiş, Cavabdeh2 oğlu da onu satıcı kimi yanına işə götürmüş, bütün müqavilə və danışıql ar da onların arasında olmuş, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsində irəli sürdüyü tələblərlə bağlı tam və hərtərəfli, əsaslı araşdırma aparmadan iş üzrə əsassız qətnamə çıxarmış, qüvvədə olan qanunvericiliyə görə iddiaçı öz iddia tələblərini əsaslandırmalı və sübut etməli olduğu halda bunları etməmiş, işə baxan məhkəmələr isə mübahisənin düzgün həll edilməsi və yekunda iş üzrə düzgün nəticəyə gəlmək üçün işin bütün hallarını üzrə tam və hərtərəfli araşdırmalar aparmamış, tərəflərdən hər hansı birinin öz təşəbbüsü ilə əldə edə bilmədiyi sübutların əldə edilməsi üçün tərəfin vəsatəti əsasında həmin sübutların tələb edilməsi üçün müvafiq tədbirlər görməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh1 və zamin X2 arasında bağlanmış 01 fevral 2014-cü il tarixli malların nisyə alqı-satqısı müqaviləsinə əsasən İddiaçı MMC müqavilədə göstərilmiş malları Cavabdeh1 satmağı öz üzərinə götürmüş, Cavabdeh1 alınmış malların əvəzinə bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğinin 15 gün müddətinə ödəməyi öhdəsinə götürmüş, zamin X2 Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı MMC ilə zamin X2 arasında bağlanmış razılaşma protokoluna əsasən malların nisyə alqı-satqısına dair müqaviləyə görə yaranan borcun məbləği 31.10.2014-cü il tarixə 480880 manat təşkil edir və bu borc 47 gün ərzində yüklənmiş mallara görə yaranan borcdur. Borcun 20 gün ərzində ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda tərtib olunmuş qaimə fakturaların surətlərinə əsasən MMC tərəfindən istehsal olunan toyuq yumurtaları X2nin adına göndərilirdi. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, müqavilə məhz Cavabdeh1lə bağlanmış və iddiaçıya məxsus malların satışını məhz o həyata keçirmiş, malın dəyərini satıcının bank hesabına dəfələrlə ödəməklə öhdəliyin əsas subyekti (Alıcı) olmasını hüquqi hərəkətləri ilə təsdiq etmişdir. T.Pirbazari isə yalnız Zamin olmuşdur. Sübut olunmuşdur ki, alıcı Cavabdeh1 satdığı yumurtaların məhz satıcı İddiaçı MMC-yə məxsus olduğunu əvvəlcədən bilirdi və öz iradəsi ilə onun dəyərinin bir hissəsini aralar ında bağlanmış müqaviləyə əsasən birbaşa ona ödəmişdir. Bu isə onun alıcı olmasını öz iradəsi ilə təsdiq etdiyi hallardan daha biridir. O, Şəmkir Polis İdarəsində verdiyi izahatında yumurtaları Taceri Pirbazari ilə birlikdə İddiaçı MMC-dən aldıqlarını, buna görə onların İddiaçı MMC-yə pul borcunun yaranmasını və bu borcun artıb-azalması və s. faktları təsdiq etmişdir. Taceri Pirbazari isə öhdəliyin lazımınca icra ediləcəyini, bunun əksi olduqda isə əsas borclu ilə birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Əsas borclu tərəfindən öhdəlik pozulmuşdur ki, bu da zaminin əsas borclu ilə müştərək məsuliyyət daşıması üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi borcun etiraf edilməsinə dair sənədlə 31.10.2014-cü il tarixə 480880 manat təşkil etdiyinin müəyyən olunduğunu, iddiaçının möv qeyinə görə onun bir hissəsinin ödənildiyini, ödənilməyən borc məbləğinin 475.346 manat olmasını, həmin məbləğin cavabdehlər tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən hər hansı bir sübut mövcud olmadığını nəzərə alaraq, həmin məbləğ həddində əsas borcun cavabdehlərdən müştərək qaydada tutulması qənaətinə gəlmiş, həmçinin cavabdehlər pul məbləğini özlərində saxlamaqla istifadə etdiklərindən və bu baxımdan iddiaçının illik beş faiz olmaqla faiz tələb etməkdə haqlı olduğu qənaətinə gələrək 23.767 manat məbləğində faiz borcunun tutulmasını işin halları baxımından ağlabatan və ədalətli hesab etmiş, tələb edilən 347.000 manat məbləğində dəbbə pulunu isə yüksək məbləğ kimi qiymətləndirərək, dəbbə pulunun məbləğinin 40000 manat müəyyən olunmasını mümkün saymışdır. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ö dəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Burada borc öhdəliyi əsas borclu, yəni Cavabdeh1 tərəfindən icra edilməli, kreditorun İddiaçı isə həmin borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı i lə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kassasiya şikayətində iddianın ona münasibətdə təmin edilməsini mübahisələndirmiş və onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə alıcının əslində T.E.Pirbazari olduğunu, borcun ondan tutulmasının əs assız olduğunu göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassızdır. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.04.2018-ci il tarixli 2(102)-2558/18 saylı qərarında da qeyd edildiyi kimi, Cavabdeh1 müqavilə üzrə əsas borclu və müqavilə üzrə borc öhdəliyini birbaşa icra etməli olan şəxsdir (cavabdehdir) və iddia tələbi ona da aid edilməlidir. Müqavilə məhz Cavabdeh1lə bağlanmış və iddiaçıya məxsus malların satışını məhz o həyata keçirmiş, malın dəyərini satıcının bank hesabına dəfələrlə ödəməklə öhdəliyin əsas subyekti (alıcı) olmasını hüquqi hərəkətləri ilə təsdiq etmişdir. X2 isə yalnız zamin olmuşdur. Alıcı Cavabdeh1 satdığı yumurtaların məhz satıcı İddiaçı MMC-yə məxsus olduğunu əvvəlcədən bilirdi və öz iradəsi ilə onun dəyəri nin bir hissəsini aralarında bağlanmış müqaviləyə əsasən birbaşa ona ödəmişdir. Bu isə onun alıcı olmasını öz iradəsi ilə təsdiq etdiyi hallardan daha biridir. O, Şəmkir Polis İdarəsində verdiyi izahatında yumurtaları X2 ilə birlikdə İddiaçı MMC-dən aldıqlarını, buna görə onların İddiaçı MMC-yə pul borcunun yaranmasını və bu borcun artıb-azalması və s. faktları təsdiq etmişdir. İzahatda hər iki cavabdehin İddiaçı MMC qarşısında birlikdə hərəkət etmələrinə dair digər sübutlar da mövcuddur. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən həm də iş üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(102)2558/18 saylı qərarının göstərişlərini nəzərə almışdır. Göstərilənlərə əsasən, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişikl ik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli 2(103)-7609/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin E.R.Vəliyeva hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver