Məhkəmə qərarları › İş №2(102)-771/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-771/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-771/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan mənzilin açıq hərracda satılaraq əldə olunmuş pulun paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kasasiya şikayətinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)55 33/2020 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-4757/2019 nömrəli qətnaməsi ilə İddiaçı1, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan ünvan 1 saylı evin 103 saylı 5 otaqlı mənzilin açıq hərracda satılması və həmin mənzilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq pul vəsaitinin paylarına mütənasib olaraq 20/48 hissə İddiaçı1, 4/48 hissə İddiaçı2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-4757/2019 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti, mübahisələndirilən qətnamə onun üçün hər hansı bir hüquq və vəzifə yaratmadığından geri qaytarılmışdır. Maraqlı şəxs şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(011)-4757/2019 nömrəli qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(011)-4757/2019 nömrəli qərardadı ilə Maraqlı şəxs şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5533/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(011)-4757/2019 n ömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)5533/2020 nömrəli qərardadından kasasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5533/2020 nömrəli qərardadı ilə kasasiya şikayəti mübahisələndirilən qərardaddan kasasiya şikayətinin verilməsinin nəzərdə tutulmadığı əsası ilə geri qaytarılmışdır. Maraqlı şəxs və vəkili Vəkil kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5533/2020 nömrəli qərardadının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə kasasiya şikayəti icraata qəbul edi lmişdir. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericiliyində barəsində kasasiya şikayəti verilməli olan məhkəmə aktlarının məhdud dairəsi dəqiq müəyyən edilmiş və bundan hər hansı istisna, o cümlədən apelyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmin qərarların “şikayətin geri qaytarılması” adlandırılması özlüyündə onlardan şikayət v erilməsi imkanı vermir. Bu halda, qərarın hansı məsələ ilə bağlı qəbul edilməsi müəyyən olunmalıdır. Barəsində kasasiya şikayəti verilən qərar ondan kasasiya şikayəti verilməsini nəzərdə tutulmaması ilə bağlı qəbul edilmişdirsə, həmin şikayətin qaytarılması barədə qərara da kasasiya icraatında baxıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kasasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqların məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqlarla ziddiyyət təşkil etmir. Belə ki, apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadları ilkin olaraq birinci instansiya məhkəməsi qaytardığı üçün həmin qərardadlardan verilən şikayətlərə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apelyasiya inst ansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Yəni, qanunvericiliklə belə qərarların yalnız iki instansiya məhkəməsi tərəfindən yoxlanılması nəzərdə tutulmuşdur. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə vətəndaş Maraqlı şəxs Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci tarixli qərardadından verdiyi kasasiya şikayəti kasasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və Maraqlı şəxs kasasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vətəndaş Maraqlı şəxs kasasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-6230/2020 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5533/2020 nömrəli qərardadından verdiyi kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar