Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-796/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1, cavabdeh Mirəhmədova–X8 vəkili Qasımov Samir Saday oğlunun iştirakları ilə, İddiaçı1 və vəkili Cavadov Əjdər Əmrah oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(103)-9004/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1 22/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) İddiaçı1 cavabdehlər Mirəhmədova–X10 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, adlarına bank əmanətlərində olan pul vəsaitlərinin geri qaytarılması, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(103)9004/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.F.Babayev, X.A.Mərdanova, E.Y.Şamayev) İddiaçı1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-122/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, adlarına bank əmanətlərində olan pul vəsaitlərinin geri qaytarılması, maddi və mənəvi ziyanın tutulması tələblərinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 14 saylı evin 32 saylı mənzilinə dair Cavabdeh1 adına 01.08.2008-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-1-2-219 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında göstəri lən mənzilə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 05.05.2017-ci il tarixdə bağlanmış və 5 saylı DNK tərəfindən təsdiq edilmiş 4Ə-80 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və göstərilən bağışlama müqaviləsi əsasında həmin mənzilə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 14 saylı evin 31 saylı mənzilinə dair Cavabdeh1 adına 01.08.2008-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-1-2-218 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsı z hesab edilməsi, həmin şəhadətnamə əsasında göstərilən mənzilə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 5 saylı DNK tərəfindən 05.05.2017-ci il tarixdə təsdiq edilmiş 4Ə-79 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və göstərilən bağışlama müqaviləsi əsasında həmin mənzilə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməs, Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti, 14/70 saylı evin, 26 saylı mənzilinə dair Cavabdeh1 adına 01.08.2008-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-1-2-217 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında göstərilən mənzilin Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında 5 saylı DNK tərəfindən 06.02.2016-cı il tarixdə təsdiq edilmiş 4Ə-11 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və göstərilən bağışlama müqaviləsi əsasında həmin mənzilə dair Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və 5 saylı DNK tərəfindən 06.02.2016-cı il tarixdə 4Ə12 reyestr nömrəli təsdiq edilmiş bağı şlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 38 saylı evin 5 saylı mənzilinə dair Cavabdeh1 ilə X6 arasında bağlanmış və 13 saylı DNK tərəfindən 01.09.2010-cu il tarixdə təsdiq edilmiş 4Ə/2-194 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında göstərilən mənzilə dair X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi,ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında 5 saylı DNK tərəfindan 05.10.2017-ci il tarixdə təsdiq edilmiş 4Ə-214 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən mənzilə dair Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi,ünvan 9 saylı evin 56 saylı mənzilinə dair Cavabdeh1 adına 12 saylı DNK tərəfindən verilmiş 2V-1-220 reyestr nömrəli 01.08.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında göstərilən mənzilə dair D.Mirəhmədovanın-Əlizadənin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 4 saylı evin 5 saylı mənzilinə dair 24 may 2014-cü il tarixdə Cavabdeh1 ilə X23 arasında bağlanmış və həmin tarixdə 46 saylı DN K tərəfindən təsdiq edilmiş 4Ə-332 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair göstərilən alqı-satqı müqaviləsi əsasında X14 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi,Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər, M.Mansurov küçəsi, 70 saylı evin Cavabdeh2 bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsi, 32 saylı evə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair D.Mirəhmədovanın-Əlizadənin adına verilmiş hüquqların dövlət qeydiyya tı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi,Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,13 ha torpaq sahəsində yerləşən 1684 nömrəli bağ evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 12 saylı DNK tərəfindən 01.08.2008-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında göstərilən bağ evi və torpaq sahəsinə dair 27.08.2008-ci il tarixdə Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bilgəh qəsəbəsi 1684 nömrəli bağ evinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında 05.10.2017-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən 4Ə-215 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən göstərilən evə dair Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi,Bilgəh qəsəbəsi 1684 nömrəli ünvanda yerləşən 0,13 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 05.10.2017-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən 4Ə-216 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən göstərilən evə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 14 saylı evin 32 saylı mənzilinin, Bakı şəhəri, Səbail rayonu, Zəri fə Əliyeva küçəsi, 14 saylı evin 31 saylı mənzilinin, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 14/70 saylı evin 26 saylı mənzilinin, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 saylı evin 14 saylı mənzilinin; Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 38 saylı evin 5 saylı mənzilinin; ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin; Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 27 saylı evin 56 saylı mənzilinin; Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 4 saylı evin 5 saylı mənzilinin, Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər, M.Mansurov küçəsi, 70 saylı evin, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsi 32 saylı evin, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1684 ünvanda yerləşən bağ evinin və 0,13 ha torpaq sahəsinin, ünvan 3in 26 saylı mənzilinin, Bakı şəhəri, İçəri Şəhər Kiçik Qala 30 ünvanda yerləşən 3 mərtəbəli evin, ünvan 5X31” adı ilə fəaliyyət göstərən binanın, ünvan 6 ünvanda yerləşən qarajların hissəsi üzərində özünün (İddiaçı1) vərəsəlik hüququnun tanınması, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1684 b ünvanda yerləşən bağ evi və 0,13 ha torpaq sahəsi, Şamaxı şəhəri, Əziz Əliyev küçəsində olan 0.10773 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 70,2 kv.m., ümumi sahəsi 97,3 kv.m. köməkçi sahədən ibarət 2b saylı fərdi yaşayış evinin,həmçinin atası Əlizadə Sənan Əliəşrəf oğlu tərəfindən «xxxx» ASC-də 19.11.2007ci il tarixdə 33.564 manatın, həmçinin atası Əlizadə Sənan Əliəşrəf oğlu tərəfindən «xxxx» ASC-də 07.01.2008-ci il tarixdə 30.000 manatın, anası Cavabdeh1 adına «xxxx» ASC-də 13.02.2008-ci il tarixdə 121.000 manatın, anası Cavabdeh1 adına «xxxx» ASC-də 01.10.2008-ci il tarixdə 100.000 ABŞ dollarının, anası Cavabdeh1 adına «xxxx» ASC-nin Bayıl Filialında 30.03.2008-ci il tarixdə 80.000 manatın, həmçinin atası Əlizadə Sənan Əliəşrəf oğlu tərəfindən «X19» ASC-nin Mərkəzi filialı - VİP ayrı-ayrı hesablarda olan 12.000 ABŞ dollarının və 50.000 ABŞ dollarının hissəsi üzərində onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Əlizadə Sənan Əliəşrəf oglu ilə anası X7 1972-ci ildə rəsmi nikaha girmişlər. Onların birgə nikahlarından 26 oktyabr 1974-cü il tarixdə Fərid, 11 iyul 1976-cı il tarixdə Xaqan və 17 mart 1980-ci il tarixdə Əziz adlı uşaqları anadan olmuşdur. Atası Əlizadə Sənan Əliəşrəf oglu ilə anası Mirəhmədova-X9 birgə nikah müddətində aşagıdakı əmlaklar əldə olunmuşdur: 1.Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 14 saylı evin, 32/33 saylı mənzili (18 iyul 2008-ci il tarixdə) atası S.Əlizadənin adına; 2.Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 14saylı evin, 31 saylı mənzili atası S.Əlizadənin adına;
3. Bakı şəhəri Səbail rayonu Bülbül prospekti, 14/70 saylı evin, 26 saylı mənzili (18 yanvar 2008-ci il tarixdə) atası S.Əlizadənin adına;
4. Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, 67 saylı evin, 14 saylı mənzili;
5. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 38 saylı evin 5 saylı mənzili; 6. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi; 7. ünvan 9 saylı evin, 56 saylı mənzili;
8. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 4 saylı evin, 5 saylı mənzili;
9. Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər M.Mansurov küçəsi 70 saylı ev; 10.Bakı şəhəri Səbail rayonu 8-ci Kiçik Qala döngəsi,32 saylı ev; 11.Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran 1684 a unvanda yerləşən bag evi və 0,13 ha torpaq sahəsi; 12.Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1684 b ünvanda yerləşən bag evi və 0.24 ha torpaq sahəsi; 13.ünvan 11erləşən bag evi və 0,10 ha torpaq sahəsi; 14.Şamaxı şəhəri Cuxuryurd qəsəbəsi Naxalovka küçəsi 1240; 15.ünvan 12 ünvanda yerləşən «X31» (Buta Qonaq evi) adı ilə fəaliyyət göstərən 4 mərtəbəli bina; 16. ünvan 13 ünvanda yerləşən qarajlar; 17. ünvan 14anda yerləşən 2 mərtəbəlti bag evi və 0,40 ha torpaq sahəsi;
18. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Makaron fabrikinin yaxınlıgında 0,12 ha torpaq sahəsi S.Əlizadənin adına daşınmaz əmlakın dövlət reyestrində atasının və anasının adlarına qeydə alınmışdır. Onun tərəfindən «xxxx» ASC-nin Mərkəzi filialında 165000 ABŞ dolları və «xxxx» ASC-nin Azneft filialında 60000 ABŞ dolları məbləgində pul vəsaiti depozitə qoyulmuşdur. Şamaxı şəhəri, Cuxuryurd qəsəbəsi, Naxalovka 1240 saylı bağ evinin və Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala döngəsi, 30 saylı evin onun şəxsi mülkü kimi mirasla heç bir əlaqəsi olmayan əmlakları və pulları dələduz yollar ilə Cavabdeh2 mənimsəmişdir. Atası Əlizadə Sənan Əliəşrəf oğlu 31 yanvar 2008-ci il tarixdə ölmüşdür. Atası S.Əlizadənin ölüm məqamı və onun ölümündən sonra miras əmlakı kütləsinə daxil olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 56 saylı mənzilində qeydiyyatda olmaqla Səbail r ayonu, Neftçilər prospekti, 67 saylı evin 14 saylı mənzilində yaşamışdır. Göstərilənlərə əsasən atası S.Əlizadənin 31.01.2008-ci il tarixdə ölməsi ilə göstərilən əmlaklara dair miras açılmış və o, onun oğlu olmaqla göstərilən mənzillərdə, bağ evlərində yaşamaqla və faktiki idarə etməklə qanun üzrə birinci növbəli vərəsə kimi mirası qəbul etmişdir. Atası S.Əlizadənin 31.01.2008-ci il tarixdə ölməsi ilə göstərilən əmlaklara dair miras açılmış və o, miras qoyan S.Əlizadənin oğlu olmaqla göstərilən mənzillərdə və bağ evlərində yaşamaqla və faktiki idarə etməklə qanun üzrə birinci növbəli vərəsə kimi mirası qəbul etmişdir. Atası S.Əlizadənin 31.01.2008-ci il tarixdə öldükdən sonra və miras əmlakı kütləsinə daxil olan mənzillərdə və bağ evlərində yaşamaqla mirası qəbul etdikdən sonra 2008-ci ili n fevral ayında qardaşı Cavabdeh2 ona müraciət edərək bildirmişdi ki, miras payın vərəsələrin adına sənədləşdirilməsi məsələsi ilə məşğul olur, hər bir vərəsənin mirasdan almalı olduğu payı hər bir vərəsənin öz adına keçirmək niyyətindədir və bu işlərin yerinə yetirilməsi ilə məşğul olur. Buna görə də onun da payının öz adına sənədləşdirilməsi üçün ona Fəridin adına etibarnamə verməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirdi ki, digər vərəsələr olan anası Dilarə və qardaşı Xaqan da ona bu məqsədlə etibanamə vermişlər. Mirasın nümayəndə vasitəsi ilə də qəbuluna (rəsmiləşdirilməsinə-sənədləşdirilməsinə) yol verilir. O, qəbul etdiyi mirasın rəsmiləşdirilməsi üçün etibarnamə versə də, sonralar ona məlum olmuşdur ki, Cavabdeh2 onu aldadaraq, etibarından sui-istifadə edərək, ataların mir asına daxil olmayan, onun adına olan Şamaxı şəhəri, Cuxuryurd qəsəbəsi, Naxalovka 1240 saylı bağ evini sataraq, «xxxx» ASC-nin Mərkəzi filialına 115.000 ABŞ dolları və «xxxx» ASC-nin Azneft filialında 60.000 ABŞ dolları məbləğində pul vəsaiti mənimsəmişdir. Digər Cavabdeh1 isə miras əmlaklara dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alaraq miras əmlakları öz adına rəsmiləşdirmişdir. Sonradan isə miras əmlakların bir hissəsini öz adında saxlamaqla, digər miras əmlaklarını hazırki iddia tələbi üzrə cavabdehlərin adlarına özgəninkiləşdirmişdir. Belə ki, 18.07.2007-ci il tarixdə atası S.Əlizadənin adına qeydə alınmış Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 14 saylı evin, 32/33 saylı mənzilinə dair Cavabdeh1 adına 01.08.2008-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən 2V-1-2-219 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında göstərilən mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmiş və 5 saylı DNK tərəfindən 05.05.2017-ci il tarixdə təsdiq edilmiş, 4Ə- 80 saylı bağışlama müqaviləsinə əsasən həmin mənzili Cavabdeh2 bağışlamışdır. Göstərilən bağışlama müqaviləsi əsasında həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınaraq Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin 22.08.2007-ci il tarixdə atası S.Əlizadənin adına qeydə alınmış Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 14 saylı evin, 31 saylı mənzilinə dair Cavabdeh1 adına 01.08.2008-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən 2V-1- 2-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında göstərilən mənzil Cavabdeh1 adına qeydiyyatda keçmiş və 5 saylı DNK tərəfindən 05.05.2017-ci il tarixdə təsdiq edilmiş, 4Ə79 saylı bağışlama müqaviləsinə əsasən həmin mənzili Cavabdeh2 bağışlamışdır. Göstərilən bağışlama müqaviləsi əsasında həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınaraq Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin 18.01.2008-ci il tarixdə atası S.Əlizadənin adına qeydə alınmış Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 14/70 saylı evin, 26 saylı mənzilinə dair Cavabdeh1 adına 01.08.2008-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən 2V-1-2-217 reyestr nömrəli qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında göstərilən mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmiş və 5 saylı DNK tərəfindən 06.02.2016-cı tarixdə təsdiq edilmiş, 4Ə11 saylı bağışlama müqaviləsinə əsasən həmin mənzili Cavabdeh3 bağışlamışdır. Göstərilən bağışlama müqaviləsi əsasında həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydə alınaraq Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 saylı evin, 14 saylı mənzili 5 saylı DNK-nun 4Ə-12 reyestr nömrəli 06.02.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 38 saylı evin 5 saylı mənzili 13 saylı DNKnun 4Ə/2-194 reyestr nömr əli 01.09.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir. ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evi 5 saylı DNKnun 4Ə-214 reyestr nömrəli 05.10.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 56 saylı mənzili 12 saylı DNK-nun 2V-1-220 reyestr nömrəli 01.08.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 4 saylı evin, 5 saylı mənzili 46 saylı DNK-nun 4Ə-332 reyestr nömrəli 24.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər, M.Mansurov küçəsi, 70 saylı ev 46 say lı DNK-nun 4Ə/4-601 reyestr nömrəli 13.08.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsi, 32 saylı ev 5 saylı DNK-nun 4Ə-4-605 reyestr nömrəli 28.10.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,13 ha torpaq sahəsində yerləşən 1684 nömrəli bağ evi 12 saylı DNK-nun 2V-1-223 reyestr nömrəli 01.08.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnaməyə əsasən 27.08.2008-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı notariat kontorunda 05.10.2017-ci il tarixdə 4Ə-215 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsinə əsasən Bilgəh qəsəbəsi 1684 nömrəli bağ evi Cavabdeh3, Bilgəh qəsəbəsi 1684 nömrəli ünvanda yerləşən 0,13 ha torpaq sahəsi isə həmin notariat kontorunda 05.10.2017- ci il tarixdə 4Ə-216 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adlarına 11.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, miras əmlaklara dair Cavabdeh1 qanunsuz olaraq yalnız öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış, həmin şəhadətnamələr almış, həmin şəhadətnamələr əsasında öz adına qeydə aldıraraq sonradan vərəsələr dairəsinə daxil olan cavabdehlərə satmaq və bağışlamaq yolu ilə özgəninkiləşdirmişdir. Göstərilənlərə əsasən o, Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti, 14/70 saylı evin 26 saylı mənzildə qeydiyyatda olmaqla yaşadığından, həmçinin miras əmlakı kütləsinə daxi l olan digər əmlaklara faktiki yiyələndiyindən, mirasın nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası tamamilə qəbul etmişdir və qanuna əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Lakin miras əmlaklara dair Cavabdeh1 qanunsuz olaraq yalnız öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alması, həmin şəhadətnamələr əsasında öz adına qeydə aldıraraq sonradan vərəsələr dairəsinə daxil olan cavabdehlərə satmaq və bağışlama yolu ilə özgəninkiləşdirilməsi nəticəsində, əslində onun mirası qəbul etmə nəticəsində mülkiyyəti hesab edilən əmlaklar (ona mirasdan çatan əmlaklar) üzərində qanunsuz sərəncamlar verməklə onun birinci vərəsəlik hüquqlarını pozmuşlar. Buna görə də göstərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətn amələr və əqdlər etibarsız hesab edilərək, şəhadətnamələr və əqdlər əsasında verilmiş çıxarışlar ləğv edilərək, mirasda payının müəyyən edilməsi ilə pozulmuş hüquqları bərpa olunmalıdır. Əlavə olaraq, Cavabdeh2, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər vərəsənin İddiaçı1 miras payın vərəsələrin adına sənədləşdirilməsi məsələsi ilə məşğul olmağı və böyük qardaş olduğuna görə nümayəndəsi kimi çıxış edərək, etibarını qazanmış, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, əvvəlcədən qaytarmaq niyyəti olmayaraq, özgənin əmlakını ələ keçirərək mənimsəmək məqsədilə atanın mirasına aid olmayan, onun Şamaxı şəhərində, Cuxuryurd qəsəbəsi, Naxalovka 1240 saylı bağ evi 80.000 ABŞ dollara sataraq, «xxxx» ASC-nin mərkəzi filia lında 115.000 ABŞ dolları və «xxxx» ASC-nin Azneft filialında 60.000 ABŞ dolları məbləğində pul vəsaitini mənimsəmişdir, ümumilikdə 305.000 ABŞ dolları külli miqdarda pulunu ələ keçirib, zərərçəkmiş iddiaçıya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin əlavə olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər, 8-ci Kiçik Qala küçəsi, 30 saylı evindən, ondan xəbərsiz, evin 7 ədəd kondisionerin, 16 ədəd radiatoru, 5 ədəd yeni televizoru, 3 ədəd paltaryuyan maşını, bütün otaqlarında olan mebelləri, aksessuarları, santexnik və mətbəx avadanlıqları və digər əşyaları pəncərə qəfəsini sındıraraq oğurlanmasını bildirmişdir. Müraciət etdiyi ərizə 27.07.2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9 saylı polis bölməsinin 1 saylı HK-da 1029 nömrəsi ilə qeydiyyata alınmışdır. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı X11 «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarında göstərmişdir ki, onun mülkiyyətində olan əmlakların oğurlanmasını həyata keçirən Cavabdeh2 onun əmlakının idarə edilməsi üçün etibarnamə təqdim etmişdir. Həmin etibarnamənin müddəti 09.02.2018-ci il tarixdə bitib və oğurluq hadisəsi etibarnamənin hüquqi qüvvəsi bitəndən sonra baş vermişdir. Bu səbəbdən Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Bəhram Qasımzadənin «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 06.08.2018-ci il tarixli qərarı ləğv olunmalıdır. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassa siya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı İddiaçı1 və vəkili Cavadov Əjdər Əmrah oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, miras əmlakın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsinə dair işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Mirəhmədova–X8 vəkili Qasımov Samir Saday oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri 46 saylı və 13 saylı Notariat Kontorları məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Mirəhmədova–X8 vəkili Qasımov Samir Saday oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən m üəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən 09.04.1997-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, 1686b №-li bağ evi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş 05.02.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Əlizadə Sənan Əliəşrəf oğlu 31.01.2008-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər 12 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 7E5/2144 reyestr üzrə qeydə alınmış 09.02.2008-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı1 tərəfindən Cavabdeh2 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 09.02.2018-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının kserosurətinə əsasən Şamaxı şəhəri, Əziz Əliyev küçəsində mülkiyyətində olan 0.10773 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 70,2 kv.m. yaşayış, 97,3 kv.m. köməkçi sahədən ibarə t 2b nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 03.10.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.06.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, 14 saylı mənzil 5 saylı DNK-nın 4Ə-12 reyestr nömrəli, 06.02.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 38, 5 saylı mənzil 13 saylı DNKnın 4Ə/2-194 reyestr nömrəli 01.09.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçə si ünvanında yerləşən 62 saylı fərdi yaşayış evi 5 saylı DNK-nın 4Ə-214 reyestr nömrəli, 05.10.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 27, 56 saylı mənzil 12 saylı DNK-nın 2V-1-220 reyestr nömrəli, 01.08.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 4, 5 saylı mənzil 46 saylı DNK-nın 4Ə-332 reyestr nömrəli 24.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, İçəri şəhəri, M.Mansurov küçəsi, 70 nömrəli ev 46 saylı DNK-nın 4Ə-4 /601 reyestr nömrəli, 13.08.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsi, 32 nömrəli evi 5 saylı DNK-nın 4Ə-4-605 reyestr nömrəli, 28.10.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlizadə Sənan Əliəşrəf oğlunun mülkiyyətində olmuş Sabunçu rayonu, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,13 hektar torpaq sahəsində yerləşən 1684 nömrəli bağ evi Bakı şəhəri 12 saylı Notariat Kontorunda 01.08.2008-ci il tarixdə 2V-1-223 reyestr nömrəsi ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 27.08.2008-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 5 saylı Notariat Kontorunda 05.10.2017-ci il tarixdə 4Ə-215 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsinə əsasən Bilgəh qəsəbəsi, 1684 nömrəli bağ evi Cavabdeh3, Bilgəh qəsəbəsi, 1684 ünvanında yerləşən 0,13 hektar torpaq sahəsi isə həmin notariat kontorunda bağlanılmış 4Ə-216 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adlarına 11.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Əlizadə Sənan Əliəşrəf oğlunun adına Buzovna qəsəbəsi, Dostluq küçəsi və Mərdəkan qəsəbəsində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.07.2018-ci il tarixli məktubu ndan görünür ki, Əlizadə Sənan Əliəşrəf oğlunun adına 18.07.2007-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 14, mənzil 32 qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nun 01.08.2008-ci il tarixli, 2V-1-219 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən əmlak Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nun 05.05.2017-ci il tarixli, 4Ə-80 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlizadə Sənan Əliəşrəf oğlunun adına 22.08.2007ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 14, mənzil 31 qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 01.08.2008-ci il tarixli, 2V-1-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətna məsinə əsasən sözügedən əmlak Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 05.05.2017-ci il tarixli, 4Ə-79 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlizadə Sənan Əliəşrəf oğlunun adına 18.01.2008-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 26 qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 01.08.2008-ci il tarixli, 2V-1-217 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən əmlak Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 06.02.2016cı il tarixli 4Ə-11 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.11.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 16 ünvanda yerləşən 4 mərtəbəli bina - faktiki ünvan: Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 16 - 1 saylı mənzilin 1/2 hissəsi Cavabdeh3, 1/2 hissəsi Cavabdeh2; ünvan 19 ünvanda yerləşən qaraj 46 saylı DNK-nın 16.06.2003-cü il tarixli 4Ə-3/436 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X22 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. ünvan 20 ünvanda yerləşən bağ evi və 0,13 ha torpaq sahəsi, ünvan 21 ünvanda yerləşən bağ evi və 0,24ha torpaq sahəsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. ünvan 22 ünvanda yerləşən 2 mərtəbəli bağ evinin və 0,040 ha torpaq sahəsinin dövlət reyestrind ə qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. ünvan 23 ünvanda yerləşən qarajın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər 12 saylı notariat kontoru tərəfindən verilmiş sənədlərdən görünür ki, 12.02.2008-ci il tarixli 2V-1-33, 2V-1-34, 2V-1-35 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 31.01.2008-ci ildə vəfat etmiş Əlizadə Sənan Əliəşrəf oğlunun vərəsəsi - Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 27 saylı binanın 56 saylı mənzilində yaşayan həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Miras əmlak “xxxx” ASC-də, “xxxx” ASC-də, “xxxx” İKB-da mərhumun adına hesabda olan məbləğdən ibarətdir; - 01.08.2008-ci il tarixli 2V-1-217 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş Əlizadə Sənan Əli Əşrəf oğlunun vərəsəsi - həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Miras əmlak mərhuma məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 14/70 nömrəli binada yerləşən 26 nömrəli mənzildən ibarətdir; - 01.08.2008-ci il tarixli 2V-1-218 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş Əlizadə Sənan Əli Əşrəf oğlunun vərəsəsi - həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Miras əmlak mərhuma məxsus Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti,14 nömrəli binada yerləşən 31 nömrəli mənzildən ibarətdir; 01.08.2008-ci il tarixli 2V-1-219 saylı reyestr nömrəli qanun üzrə vərəsə lik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş Əlizadə Sənan Əli Əşrəf oğlunun vərəsəsi həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Miras əmlak mərhuma məxsus Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 14 nömrəli binada yerləşən 32 nömrəli mənzildən ibarətdir; - 01.08.2008-ci il tarixli 2V-1-220 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş Əlizadə Sənan Əli Əşrəf oğlunun vərəsəsi - həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Ümumi birgə əmlak mərhuma məxsus Bakı şəhəri, Səbail rayonu, Üz.Hacıbəyov küçəsi, 27 nömrəli binanın 56 nömrəli mənzilindən ibarətdir; - 01.08.2008-ci il tarixli 2V-1-221 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş Əlizadə Sənan Əli Əşrəf oğlunun vərəsəsi - həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Ümumi birgə əmlak mərhuma məxsus Şamaxı şəhəri, Əziz Əliyev küçəsində yerləşən beş otaqlı 2b nömrəli fərdi yaşayış evin, həyatyanı tikililər - təsərrüfat damı, qaraj və hüquq müəyyənedici sənəd üzrə 0,10773 ha torpaq sahəsindən ibarətdir; 01.08.2008-ci il tarixli 2V-1-222 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş Əlizadə Sənan Əli Əşrəf oğlunun vərəsəsi həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Ümumi birgə əmlak mərhuma məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 4 nömrəli binanın 5 nömrəli mənzilindən ibarətdir; - 01.08.2008-ci il tarixli 2V-1-223 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş Əlizadə Sənan Əli Əşrəf oğlunun vərəsəsi - həyat yoldaşı Cavabdeh1dır və o, miras əmlaka irs almalıdır. Miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1684 nömrəli bağ evi və hüquq müəyyənedici sənəd üzrə 0,13 ha torpaq sahəsindən ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, 13.08.2003-cü il tarixli, 4Ə-4/601 reyestr nömrəli ilə 46 saylı dövlət notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən X13 adından etibarnamə əsasında çıxış edən Əlizadə Sənan Əliəşrəf oğlu Bakı şəhəri, Mirzə Mənsur küçəsində yerləşən 70 saylı evi nəvəsi Cavabdeh2 bağışlamışdır; - 28.10.2008-ci il tarixli, 4Ə-4-605 reyestr nömrəli ilə 5 saylı notariat kontorunda bağlanmış mənz ilin bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, 8-ci K.Qala döngəsində yerləşən 32 saylı binanın 4 otaqdan ibarət olan mənzili anası Cavabdeh1 bağışlamışdır; -01.09.2010-cu il tarixli, 4Ə/2-194 reyestr nömrəli 13 saylı notariat kontorunda bağlanmış mənzilin bağışlanması müqaviləsinə əsasən X24 Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində yerləşən 38 saylı binanın 5 saylı mənzili anası X5 bağışlamışdır; - MA№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 38 saylı evin 5 saylı mənzil 30.09.2010cu il tarixdə X3 adına qeydiyyata alınmışdır; -24.05.2014-cü il tarixli, 4Ə-332 reyestr nömrəli 46 saylı notariat kontorunda bağla nmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 4 saylı evin 5 saylı mənzili X1; - RX№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 4 saylı evin 5 saylı mənzil 26.10.2015-ci il tarixdə X14 adına qeydiyyata alınmışdır; - 06.02.2016-cı il tarixli, 4Ə-11 reyestr nömrəli 5 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən 14/70 saylı binanın 26 saylı mənzili oğlu Cavabdeh3 bağışlamışdır; - RX№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən 14/70 saylı evin 26 saylı mən zil 12.02.2016-cı il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır; - 06.02.2016-cı il tarixli, 4Ə-11 reyestr nömrəli 5 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 14 saylı mənzili oğlu Cavabdeh2 bağışlamışdır; - RX№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 56 saylı evin 14 saylı mənzil 12.02.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır; - 05.05.2017-ci il tarixli, 4Ə-79 reyestr nömrəli 5 saylı Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 14 saylı evin 31 saylı mənzili oğlu Cavabdeh2 bağışlamışdır; - RX№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 14 saylı evin 31 saylı mənzil 08.05.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır; - 05.05.2017-ci il tarixli, 4Ə-80 reyestr nömrəli 5 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 14 saylı evin 32 saylı mənzili oğlu Cavabdeh2 bağışlamışdır; - RX№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 14 saylı evin 32 saylı mənzil 08.05.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır; - 05.10.2017-ci il tarixli, 4Ə-214 reyestr nömrəli 5 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 62 saylı fərdi yaşayış evini oğlu Cavabdeh3 bağışlamışdır; - RX№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 62 saylı ev 11.10.2017-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır; - 05.10.2017ci il tarixli, 4Ə-216 reyestr nömrəli 5 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1684 ünvanında yerləşən 0,13 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır; - 05.10.2017-ci il tarixli, 4Ə-216 reyestr nömrəli 5 saylı notariat kontorunda ba ğlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1684 ünvanında yerləşən 0,13 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır; - 05.10.2017-ci il tarixli, 4Ə-215 reyestr nömrəli 5 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1684 ünvanında yerləşən yaşayış sahəsi 187 kv.m. olan 6 otaqlı bağ evini oğlu Cavabdeh3 bağışlamışdır; - RX№ ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1684 saylı bağ evi Cavabdeh3 və həmin ünvanda yerləşən 0,13 ha torpaq sahəsi Cavabdeh2 adlarına 11.10.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə 22.03.2004-cü il tarixl i, 4Ə/02-231 reyestr nömrəli ilə 46 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində yerləşən 38 saylı binanın 5 saylı mənzili X2. İş üzrə Bakı şəhər 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 12.05.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 31.01.2008-ci ildə vəfat etmiş Əlizadə Sənan Əliəşrəf oğlunun vərəsəsi – Cavabdeh1 “xxxx” ASC-nin 01A-2011 №-li 15.04.2011-ci il tarixli məktubuna əsasən cəri ABŞ dolları və əmanət hesablarından irs almışdır. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış 02.11.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına “xxxx” ASC-də açılmış bank hesabları və apardığı əməliyyatların aşağ ıdakı kimidir: 26.07.2013-cü il tarixdə açılmış kart hesabına 31.07.2013-cü il tarixdə 3000 USD, 19.08.2013-cü il tarixdə 1500 USD məbləğində vəsait Cavabdeh1 qızının cari hesabından köçürülmüşdür. Hesabdan 63,60 USD məbləğində vəsait 14.07.2014-cü il tarixdə AZ17JBBK******************** nömrəli cari hesaba köçürülmüş, qalan vəsait onlayn qaydada istifadə olunmuşdur. Hazırda hesabda qalıq 0,00 USD təşkil edir; 05.09.2013-cü il tarixdə açılmış cari hesab üzrə qalıq 0,00 USD təşkil edir; 05.09.2013-cü il tarixdə açılmış AZ79JBBK**********0000127322 nömrəli cari hesab üzrə qalıq 0,00 USD təşkil edir; 03.12.2013-cü il tarixdə açılmış hesab üzrə qalıq 6,94 USD təşkil edir; 14.07.2014-cü il tarixdə açılmış hesab üzrə qalıq 3,98 USD təşkil edir. Bankda həmin şəxsin adında depozitə olan 60.000 ABŞ dolları məbləğində vəsaitin olması və həmin vəsaitin məxaric edilməsi faktı aşkar edilmədi. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış 05.11.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 banka eyniləşdirmə məlumatlarını təsdiqləyən sənəd təqdim olunduqdan sonra müştəriyə məxsus **********9889190304 saylı hesab üzrə 23.03.2007-ci il tarixdə 115.000 ABŞ dolları məbləğində vəsaiti əmanətə (30436F********** REF) yerləşdirildiyi və 30.03.2010-cu il tarixdən bu vəsaitin məxaric olunduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində sadlanan daşınmaz əmlaklara verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin əmlaklara dair bağlanılmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin əmlaklara, eyni zamanda bank əmanətlərində olan pul vəsaitlərinin ona çatası hissələri üzərinə onun vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras qoyan Sənan Əlizadənin vəfatından sonra mirasın predmeti olmuş iddia tələbində göstərilən daşınmaz əmlaklarla dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən notariat işi açılmışdır. Həmin notariat işlərində olan sənədlərə əsasən, iş üzrə İddiaçı1 adından etibarnamə əsasında onun qardaşı Cavabdeh2 notariat orqanına ərizə verərək atasından miras qalmış əmlaklardan imtina etmişdir. Aydın olur ki, İddiaçı1 miras əmlak dan etibarnamə əsasında nümayəndəsi olan qardaşı vasitəsi ilə imtina etmişdir. Habelə, iddiaçı atasının vəfatından sonra miras əmlakın qəbulu ilə bağlı qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, onun tərəfindən mirasın qəbul edilməsi üçün müddət ötürülmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsi müəyyən edilməmişdir. İşdə olan notariat kontoru tərəfindən verilmiş 01.08.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr heç bir qanun pozuntusu olmadan rəsmiləşdirilmişdir. Belə ki, notariat tərəfindən vərəsələrin dairəsi düzgün müəyyən edilmiş, miras əmlaka dair bütün vərəsələrin iradə ifadələri nəzərə alınmış və bundan sonra müvafiq şəhadətnamələr verilmişdir. Bu səbəbdən həmin şəhadətnamələrin etibarsızlığı ilə bağlı hər hansı hal müəy yən olunmamışdır. Habelə iddiaçının məhkəməyə təqdim etdiyi vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Digər tərəfdən iddiaçının özü də həmin vəsiyyətnaməyə atasının son arzusu kimi yanaşaraq onu hüquqi qüvvəli olmamasını qəbul etmişdir. Habelə miras qoyan Sənan Əlizadənin “xxxx” ASC, “xxxx” ASC, “xxxx” İKB ASC və “xxxx” ASCdə olan hesbalarda pul vəsaitləri olmuşdur. Həmin hesablarda olan pul vəsaitlərinə də S.Əlizadənin ölümündən sonra Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı tərəfindən isə həmin hesablara vərəsəlik hüququnun tanınması ilə bağlı qanunda nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət olunmamış və iddiaçı həmin miras əmlakın da qəbul edilməsinə dair iradə ifadəsini bildirməmişdir. İddiaçı miras əmlakdan ona düşən paydan imtina etdiyindən, eyni zamanda onun miras açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddət ərzində miras əmlakın qəbul edilməsinə hər hansı iradə ifadəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. -334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. -334.2-ci maddəsinə görə əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. -339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. -1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya n ümayəndə vasitəsilə qəbul edə bilər. -1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. -1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü və iş materiallarındakı sübutlarla (vərəsəlik şəhadətnamələri, bağışlama müqaviləsi, etibarnamə, alqı-satqı müqavilələri) təsdiq edilən yuxarıda qeyd olunan arqumentlərin təkzib olunması il ə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşmüş və məhz o, iddia ərizəsində sadlanan daşınmaz əmlaklara verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin əmlaklara dair bağlanılmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin əmlaklara, eyni zamanda bank əmanətlərində olan pul vəsaitlərinin ona çatası hissələri üzərinə vərəsəlik hüquqlarının tanınması ilə bağlı halları sübut etməli olmuşdur. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbi və şikayətində qeyd olunanları biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1271-ci maddəsinə əsasən mirasdan nümayəndə vasitəsi ilə imtina etibarnamədə xüsusi nəzərdə tutulduğu hallarda mümkündür. İddiaçı1 adından 09 fevral 2008-ci il tarixində verilmiş etibarnamədə mirasdan nümayəndə vasitəsi ilə imtina edilməsi səlahiyyəti göstərilmişdir. Bundan əlavə iddiaçının mirasa aid mənzildə faktiki yaşamaqla mirasın bir hissəsini faktiki qəbul etməsi ilə bağlı iddia tələbinin və kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən mənzillə bağlı qanunla müəyyən olunmuş müddətdə mirasdan imtina edildiyindən, mənzildə yaşama mirasın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, müba hisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(103)9004/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.