Məhkəmə qərarları › İş №2(102)-8108/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8108/2019

24.12.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8108/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili İlyasova Gülarə Qəzənfər qızının iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, q ətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Cavabdeh BOKT” ASC-nə və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı “əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Tağıyeva, iş № 2(006)-643/2019) iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova, iş № 2(103)-8735/2019) İddiaçı vəkili və nümayəndəsi İlyasova Gülarə Qəzənfər qızının apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(006)-643/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş ed ir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili İlyasova Gülarə Qəzənfər qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ləğv prosesində olan “Cavabdehbank”ın 26 dekabr 2016-cı il tarixli 1300- PB-İR saylı əmrinə əsasən, “Nizami” filialının xəzinədarı olan İddiaçı əmək fəaliyyətində yol verdiyi kobud hüququ pozuntusu nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyi üçün, onunla bağlanmış əmək müqaviləsinə 2016-cı il dekabrın 26-dan etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “C avabdeh” BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış 03.03.2017-ci il tarixli, 2049/PB saylı məktuba görə, İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, istifadə etmədiyi 65 məzuniyyət günü üçün pul əvəzinin ödənilməsi təmin edilərək, “xxxxx” Bankda açılmış 43050AZM**********00 saylı hesaba 02.03.2017-ci il tarixdə 1328,91 manat köçürülmüşdür. Əmək kitabçası və işdən çıxma barədə əmr məktuba əlavə olunmaqla göndərilir. Bankın daxili qaydalarına uyğun olaraq zəruri sənədlərin təhvil-təslimi ilə bağlı Banka gəlməsinin zəruriliyi vurğulanmış, gələcəkdə Bankla arasında təhvil-təslim olunmayan sənədlər ucbatından banka dəyə biləcək zərərin İddiaçı məhkəmə qaydasında tələb olunması qeyd olunmuşdur. “X6 Service” MMC-nin g öndəriş qəbzinə görə, “Cavabdeh” BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış 03.03.2017-ci il tarixli, 2049/PB saylı məktub 08.03.2017-ci ildə qapının bağlı olması ilə əlaqədar geri qaytarılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş əmək haqqı üzrə haqq-hasaba görə, 65 gün istifadə edilməmiş məzuniyyət də daxil olmaqla, son haqq-hesab üzrə İddiaçı 1328,91 manat məbləğində pul ödənilməlidir. “xxxx” ASC-nin 27 iyun 2019-cu il tarixli, 14/11-5435 saylı məktubuna görə, “Cavabdeh” BOKT ASC-dən 28.02.2017-ci il tarixində İddiaçı hesabına 1328,91 AZN vəsait köçürülmüşdür. İddiaçı tərəfindən “xxxx” ASC-yə məxsus bankomatdan 03.03.2017ci il tarixlərdə 500 AZN, 500 AZN, 328 AZN vəsait çıxartmışdır. İddiaçı tərəfindən 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanlanmış 23.11.2017-ci il tarixli əriz əyə görə, o, 01.03.2013-cü ildən 2016-cı ilin dekabr ayınadək “Cavabdeh Bank” MMC-də xəzinədar işlədiyini, 2016-cı ilin dekabr ayında, həmin vax işlədiyi Nizami filialının xəzinədarı olaraq işləri təhvil vermiş və onu işdən kənarlaşdırmışlar. Bu günə qədər Bank tərəfindən hər hansı işlə təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İnzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 000202 saylı Qərarına görə, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq, xitam verildiyinə görə X5 AR İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən ünvanlanmış 11.0 1.2018-ci il tarixli, 15 saylı məktuba görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26.12.2016-cı il tarixli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin həmin əmrdə əmrin əsası qeyd olunmamışdır. Bununla da, AR ƏM-nin 71 və 80-cı maddələrinin tələbləri gözlənilmədən əmək müqaviləsinə xitam verilmişdir. Pozulmuş hüquqların bərpası üçün müəssisəyə müraciət olunması, qane etmədiyi halda, aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının vəkili X4 Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən ünvanlanmış 07.09.2018-ci il tarixli, Ə-1312- **********8 saylı məktuba görə, iddiaçı tərəfə izah edilmişdir ki, eyni məzmunlu müraciətinə 11.01.2018-ci il tarixdə, 15 saylı məktubla cavab verilmiş, əvvəlki v erilmiş cavab yenidən təkrarlanmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 16.1, 68.1, 80.1, 80.2, 289, 300, 72, 83.1, 83.2, 290.3, 296.2, 296.3, 296.4-cü maddələrini, Mülki Məcəllənin 375.1, 375.2, 377.1-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün olmayaraq tətbiq edilməsinə və səhv təfsir edilməsinə, düzgün hüquqi qiymət verilməməsinə və bunun nəticəsində əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir. Həmçinin kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-c ı maddəsinin tətbiqini düzgün hesab etməmişdir. Məhkəmə kollegiyası kassatorun həmin mövqeyini düzgün hesab etmir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “...iddiaçı 2016-cı ilin dekabr ayında, həmin vaxt işlədiyi Nizami filialının xəzinədarı olaraq işləri təhvil verərək, işdən kənarlaşdırılmış, son haqq hesabı olan 1328,91 AZN vəsaiti “xxxx” ASC-yə məxsus bankomatdan 03.03.2017-ci il tarixlərdə 500 AZN, 500 AZN, 328 AZN olmaqla çıxartmışdır. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulduğunu bildiyi gün, 03.03.2017-ci il tarixdən hesablanmalıdır (ƏM-nin 296-cı maddəsinin 3-cü hissəsi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edil məsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Kollegiya qeyd edir ki, iddiaçı əmək mübahisəsi və pul tələbi ilə bağlı iddia ilə məhkəməyə müraciət edərkən, bir təqvim ayı və bir illik iddia müddətlərini keçirmişdir.” Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şika yəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar