Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8160/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Bayramzadə Xanlar Ələsgər oğlunun, cavabdehin vəkili Yadigarov Vüsal Alxan oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(103)7193/2019 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh MTK ilə onun arasında 13.05.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ona verilməli olan və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinin (bundan sonra - birinci qeyri-yaşayış sahəsi), həmçinin həmin tarixdə, həmin ünvanda, lakin yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m. olan digər qeyri-yaşayış sahəsinin (bundan sonra - ikinci qeyri-yaşayış sahəsi) cavabdeh MTK tərəfindən ona təhvil verilməsi, o cümlədən, dəymiş ziyanı n əvəzi olaraq 100.000 manat məbləğində pulun MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə, iddiaçı, qeyri-yaşayış sahəsi almaq məqsədi ilə cavabdeh MTK-ya müraciət etmişdir. Cavabdeh MTK ilə onun arasında 13.05.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı, hər kv.m üçün 1.500 ABŞ dolları, ümumilikdə 300.000 ABŞ dolları müqavilə qiymətini ödəməklə birinci qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmçinin həmin tarixdə, ikinci qeyri-yaşayış sahəsini əldə etmək üçün müqavilə bağlanmış, hər kv.m. üçün 1.500 ABŞ dolları olmaqla 300.000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Hazırda həmin yaşayış evi tikilib istifadəyə verilmiş, sakinlər binaya köçmüşlər. Lakin indiyə kimi MTK ilə iddiaçı aras ında bağlanmış 13.05.2008-ci il tarixli müqavilələr üzrə MTK- nın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, qeyri-yaşayış sahələri müxtəlif bəhanələrlə iddiaçının istifadəsinə verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədən və MTK-nın iddiaçıya təqdim etdiyi arayışdan görünür ki, hər iki qeyri- yaşayış sahəsinin ümumi dəyərini təşkil edən 600.000 ABŞ dolları məbləğində vəsait iddiaçı tərəfindən tam şəkildə cavabdeh MTK-ya ödənilmişdir. MTK isə müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetiməkdən məqsədli şəkildə yayınmışdır. Bu da iddiaçının sözügedən qeyri-yaşayış sahələri üzərində qanunla müəyyən olunmuş hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, MTK müqavilə şərtlərini icra etməməklə iddiaçının mülkiyyət, sahiblik, sərəncam hüquqlarını pozmuş dur. Bakı şəhəri Suraxanı rayon rayon Məhkəməsinin 2(010)-279/2019 saylı, 11.03.2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(103)7193/2019 nömrəli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon rayon Məhkəməsinin 2(010)-279/2019 saylı, 11.03.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 13.05.2008-ci il tarixdə bağlanmış müqavilədə qeyd edilmiş- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.metr olan qeyri-y aşayış sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MTK Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(103)-7193/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh MTK və vəkili Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(103)-7193/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalandığı iddia edilən müqavilələr cavabdehin qanuni nümayəndəsi Cəfər İsmayılov tərəfindən imzalanmamışdır. Bu hal ekspert rəyi ilə sübut olunmuşdur. Bundan əlavə, iddiaçıda məxaric or deri yoxdur. İddiaçı ödənişlə bağlı hər hansı qəbz də təqdim etməmişdir. Həmçinin iddiaçıda qeyriyaşayış sahəsinin cizgisi də yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Bayramzadə Xanlar Ələsgər oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 21 iyun 2019-cu il tarixli qətnamə ilə iddia tələbini qismən təmin edib, iddiaçı i lə cavabdeh arasında 13.05.2008-ci il tarixdə bağlanmış müqavilədə qeyd edilmiş- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsini qət edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05.04.2004-cü il tarixdən dövlət qeydiyyatına alınmış cavabdeh MTK-nın qanuni təmsilçisi X1r. Reyestr məlumatlarına son dəyişiklik tarixi 20.07.2009-cu il tarixidir. Cavabdeh MTK-nın direktoru C.İsmayılov ilə İddiaçı arasında 13.05.2008-ci il tarixdə bağla nmış müqavilədən görünür ki, MTK birinci qeyri-yaşayış sahəsini iddiaçıya bir pay kimi verir. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin bir kv.m,- nin dəyəri 1.500 ABŞ dolları təyin edilir. Qeyri-yaşayış sahəsinin cəmi 200 kv.m. sahəsi üçün ödəniləcək məbləğ isə 300.000 ABŞ təşkil edir. MTK-nın 13.05.2008-ci il tarixli arayışından görünür ki, İddiaçı birinci qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya tam ödəmişdir. MTK-nın 13.05.2008-ci il tarixli digər arayışından görünür ki, İddiaçı ikinci qeyriyaşayış sahəsinin dəyərini MTK-ya tam ödəmişdir. Rayon Məhkəməsində şahid qismində ifadə vermiş X2 öz izahatında göstərmişdi ki, o, İddiaçı və Rauf Əliyev adlı şəxslə 1992- ci ildən dostluq edir. İddiaçı beton zavodunda sahibkardır. Məhz o, özü iddiaçı X5 vaxtilə tanış etmişdir. Belə ki, 2008-ci ildə o nların aralarında “Təfəkkür” universitetinin yanındakı ofisdə danışıqlar olmuşdur. O, Firudin ilə Rauf sənədləri rəsmiləşdirərkən orada olmuş, onun yanında Firudin və Rauf hansısa sənədlərə imza etmişlər. Lakin həmin sənədin nə olduğunu o, dəqiq bilmir. O, Rauf Əliyevi həmin vaxtı aparılan tikintilərin sahibi kimi tanıyırdı, Firudin həmin vaxtı Raufgilə beton verirdi. Belə ki, Firudin ilə Rauf arasında betonun verilməsi ilə bağlı əvvəl borc pul söhbəti var idi, Firudin Raufa betonu verib pul alacaqdır. Xatırlayır ki, sənəd imzalanan vaxtı Rauf Əliyevin 170.000 ABŞ dolları məbləğində Firudinə borcu var idi. Firudin və Rauf oturub razılaşmışlar ki, Yasamalda ev və Qaraçuxurda 200 kv.m. obyekt pulun əvəzi olaraq Firudinə veriləcəkdir. Ona görə də Yasamaldakı bir evi və Qaraçuxurdakı obyektlər Firudinin adına sənədləşdirildi. Qaraçuxurdakı obyektlərin sənədləri 2008-ci ildə Firudinə verilmişdir. Sonradan onlar bilmişlər ki, Yasamaldakı ev 2-3 nəfərə satılmışdır. Bundan sonra Raufla Firudin arasında mübahisə düşmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 23.01.2019-cu il tarixli 33912 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mülki işin 45-ci vərəqəsində İddiaçı adına olan 13.05.2008-ci il tarixli arayışın aşağı hissəsində “MTK-nın direktoru:” qrafasında ‘İsmayılov C.H.” yazılarının qarşısındakı imza - X3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqəsində MTK ilə İddiaçı adlarından olan 13.05.2008-ci il tarixli müqavilənin arxa tərəfinin aşağı sol hissəsində “İcraçı” qrafasında “İsmayılov C.H.” yazılarının qarşısındakı imza və mülki işin 44-cü vərəqəsində İddiaçı adına olan 13.05.2008-ci il tarixli arayışın aşağı hissəsində “MTK-nin direktoru:” qrafasında “İsmayılov C.H.” yazılarının qarşısındakı imza - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hazırda iddiaçı, cavabdeh MTK ilə onun arasında bağlanmış müqavilə üzrə öz öhdəliklərini tam həcmdə icra etdiyini, yəni qeyri-yaşayış sahələrinin dəyərini təşkil edən pul məbləğlərini MTK-ya tam həcmdə ödədiyini, lakin qeyri-yaşayış sahələrinin MTK tərəfindən ona təhvil verilməliyini iddia edir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə görə, öz hüquqlarını həya ta keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiya məhkəməsi iddianın birinci hissəsinə, yəni birinci qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə hissəsi ilə bağlı qeyd etmişdir ki, həm tərəflər arasında bağlanmış 13.05.2008-ci il tarixli müqavilədə, həm də birinci qeyriyaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənildiyi əks olunan 13.05.2008-ci il tarixli arayışda cavabdeh MTK-nın möhürü öz əksini tapmışdır. Cavabdeh MTK-nın apellyasiya baxışı iclasında iştirak edən vəkili də etiraf etmişdir ki, MTK-nın möhürü daimi olaraq direktor C.İsmayılovda olur və kənar şəxslərin möhürdən istifadəsinə yol verilmir. Mübahisəli sənədlərdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxsin - MTK-nın rəhbəri kimi adı göstərilmiş şəxs tərəfindən imzalanmaması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəx slərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsu l olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Tərəflər arasında bağlanmış 13.05.2008-ci il tarixli müqavilədə, o cümlədən qeyri-yaşayış sahələrinin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənildiyi əks olunan 13.05.2008-ci il tarixli “Maliyyə arayışlarında” olan möhür əksinin mötəbərliyi öz mübahisələndirilməmişdir. Belə olan halda, mübahisələndirilən sənədlərdə olan möhürün cavabdeh MTK- nın səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə sənədlərdəki imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsil çisi müqaviləni bəyənmişdir. Belə ki, Mülki Məcəllənin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfidən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə, Məhkəmə 13.05.2008-ci il tarixli müqaviləni tərəflər arasında bağlanmış hesab edir və bu müqavilənin cavabdeh MTK üçün öhdəlik yaratdığını müəyyən edir. Bu səbəbdən MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməli və birinci qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını həmin hissədə tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin hə lli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kollegiya apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşaraq qeyd edir ki, mübahisəli sənəddə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxsin - MTK-nın rəhbəri kimi adı göstərilmiş şəxs tərəfindən imzalanmaması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Eyni zamanda qeyd edilməlidir ki, kassa məxaric orderinin olmaması da iddiamının hüquqi şəxsə ödəni ş etməməsi anlamına gəlmir. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi və möhürlə təsdiq etdiyi maliyyə arayışı həmin sahəyə görə ödənişin edildiyini təsdiq edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(103)7193/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8160/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8160/2019
30.12.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver