Məhkəmə qərarları › İş №2(102)-835/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-835/2021

08.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-835/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçılar İddiaçı1 X3qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X6 və X4 qanuni nümayəndəsi (anası) Cavabdeh qarşı ilk X6 və X4 qanuni nümayəndəsi (anası) Cavabdeh İddiaçı1 X3qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətindən imtina edilməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı3 nümayə ndəsi və vəkili X8 və cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6226/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş №2(005)-514/19) ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək miras qoyan X3 oğlunun ölümündən sonra ödənilmiş borcların məbləğini təşkil edən 342074 manat pul vəsaitindən X4 və X2 hər birinin payına düşən ayrılıqda 57012,33 manat, cəmi 114024,66 manatın X3 və X1 tutularaq ilkin iddiaçılara ödənilməsi, nömr əli ünvanda yerləşən 0,0551 ha torpaq sahəsinin, nömrəli ünvanda yerləşən 0,3529 ha torpaq sahəsinin, ünvanındakı qeyri-yaşayış sahəsində yerləşən 2828,3 kvadrat metr olan torpaq sahəsinin, Ağdaş rayonunda yerləşən 0,10 ha torpaq sahəsinin miras qoyan X3 oğluna məxsus 1/2 hissəsinin (miras kütləsinə daxil olan hissəsinin) 1/6 hissəsinə X4 və 1/6 hissəsinə X2 vərəsəlik payının müəyyən edilməsi qət edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yen i qətnamə çıxarılmış, ilkin iddia ərizəsi qismən təmin edilmiş, miras qoyan X3 oğlunun borclarına görə vərəsəsi İddiaçı3 tərəfindən ödənilmiş 10000 manat pul vəsaitindən digər vərəsələr X4 və X2 hər birinin ayrı-ayrılıqda payına düşən 1666,66 manat X3, habelə xx xxxxxx 2005-ci il təvəllüdlü X2 qanuni təmsilçisi Cavabdeh tutularaq İddiaçı3 ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, nömrəli ünvanda yerləşən 0,0551 ha torpaq sahəsinin, nömrəli ünvanda yerləşən 0,3529 ha torpaq sahəsinin, ünvanındakı qeyri-yaşayış sahəsində yerləşən 2828,3 kvadrat metr olan torpaq sahəsinin, ünvan 4 ünvanında yerləşən “Şirvan” restoranına və Ağdaş rayonunda yerləşən 0,10 ha torpaq sahəsinin miras qoyan X3 oğluna məxsus olmuş 1/2 hissəsinin (miras kütləsinə daxil olan hissəsinin) 1/6 hissəsinə X4 və 1/6 hissəsinə X2 vərəsəlik payının müəyyən edilməsi, miras qoyan X3 oğlunun borclarına görə vərəsəsi X7 tərəfindən ödənilmiş 58000,50 manat pul vəsaitindən digər vərəsə İddiaçı3 payına düşən 38667 manat pulun İddiaçı3 alınaraq X5 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xəlilov) İddiaçı3 kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbinin cavabdehlərdən müştərək qaydada 347563 manat pulun miras paylara uyğun tutulmasının rədd olunması hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov - sədrlik edən və məruzəçi, İ.Kərimli və E.Kazımov) apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddia tələbinin 337.563 manatlıq (347.563-10.000=337.563) miras passivindən (pul vəsaitindən) X4 və X2 hər birinin payına düşən 56.260,34 manat (57.927-1.666,66=56.260,34) məbləğində vəsaitin cavabdehlərdən ayrı-ayrılıqda tutulub iddiaçılara bərabər şəkildə ödənilməsi hissəsində ləğv edilmiş, ilk iddia tələbi həmin hissədə rədd edilmişdir. İddiaçı3 tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Kassasiya baxışı zamanı İddiaçı3 nümayəndəsi və vəkili X10 ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında mübahisə razılıqla həll edildiyindən kassasiya şikayətindən imtina edilməsini və bununla əlaqədar kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh və vəkili Vəkil1 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kollegiya hesab edir ki, kassasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haql ıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı3 Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-6226/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar