Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-877/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11991/2019 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov, iş № 2(004)-2924/2019) İddiaçı cavabdehlər Cavabdeh1 MTK, X3, Cavabdeh3, Cavabdeh 4 və Cavabdeh5 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, müqavilələrin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib İddiaçı N küçəsində Cavabdeh1 MTK tərəfindən inşa edilən çöxmərtəbəli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində yerləşən iki otaqlı 54 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmaqla həmin mənzilin MTK tərəfindən iddiaçıya təhvil verilməsi, həmin mənzilə dair MTK ilə X3 arasında bağlanmış xx xxx 2010-cu il tarixli “ xxxx” müqavilənin, MTK ilə Cavabdeh4 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli “xxxx” müqavilənin, MTK ilə Cavabdeh5 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli “xxxx” müqavilənin, MTK ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2014-cü il tarixli “xxxx” müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 və onun ailə üzvlərinin N küçəsində yerləşən MTK tərəfindən inşa edilmiş binanın 1-ci girişinin 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 54 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. İşin halları: Cavabdeh1 MTK tərəfindən N küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində yerləşən iki otaqlı 54 saylı mənzilə dair MTK ilə İddiaçı arasında xx xxxxxx 2008-ci il tarixdə “xxxx” müqavilə bağlanmış və mənzilin tam dəyəri İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Bundan sonra MTK tərəfindən həmin mənzilə dair xx xxx 2010-cu il tarixdə X3, xx xxxx 2013-cü il tarixdə Cavabdeh4, xx xxxxx 2014-cü il tarixdə Cavabdeh5 və xx xxx 2014-cü il tarixdə Cavabdeh3 ilə “xxxx” müqavilələr bağlanmışdır. 2019-cu ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzili MTK-dan dəyərini ödəməklə xx xxxxxx 2008-ci il tarixdə almasını, lakin həmin mənzilin ondan sonra daha 4 nəfərə satılmasını, lakin bu faktın ona MTK-nın sədri X2 və qeyrisinin haqqında olan cinayət işinin istintaqı zamanı aşkara çıxdıqdan sonra məlum olmasını əsas göstərməklə onun mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi və eləcə də N, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3la bağlanmış “xxxx” müqavilələrin etibarsız hesab edilməsi və Cavabdeh4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh4 kassasiya şikayəti verərək onunla bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilənin etibarsız sayılması üçün qanuni əsasların olmamasını, qətnamədə Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtin pozulmasının əqdin etibarsız sayılması üçün əsas kimi qəbul edilməsinin göstərilməməsini, mübahisəli mənzili dəyərini ödəməklə alıb orada təmir işlərini görməsini, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin hallarına düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmaqla işə baxılmasını əsas göstərməklə qə tnamənin ona aid hissədə ləğv edilib iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh4 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdı qdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından göründüyü kimi mübahisəli mənzil ilk dəfə iddiaçıya satılmış və iddiaçı tərəfindən mənzilin tam dəyəri MTK-ya ödənilmişdir. İddiaçı ilə bağladığı “xxxx” müqavilədə MTK mübahisəli mənzili alıcıya vermək barədə üzərinə öhdəlik götürsə də, işdən göründüyü kimi həmin mənzil Cavabdeh4 satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzin də müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İddiaçı müqavilə öhdəliyinə əməl edərək mənzilin tam dəyərini ödəsə də, MTK mənzili iddiaçıya təhvil vermək barədə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hü ququnu əldə edirlər. Qanunun göstərilən normasının tələbinə görə iddiaçı mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etdiyindən həmin mənzil başqasına satıla bilməzdi. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin Lakin müəyyən olunduğu kimi MTK Cavabdeh4 iddiaçının sahiblik və istifadəsində olan mənzili satmaqla qanunun yuxarıda göstərilən normasında müəyyən olunmuş şərtləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mübahisəli mənzilin cavabdehə satılması zamanı Mülki Məcəllənin 572.1-ci maddəsində müəyyənləşdirilmiş şərt pozulduğundan, kollegiya hesab edir ki, müqavilənin etibarsız sayılması əsaslı olmuşdur. MTK mənzili iddiaçının sahiblik və istifadəsinə verməməklə isə Mülki Məcəllənin 567, 568.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə olduqda, iddiaçı mübahisəli mənzilin onun sahiblik və istifadəsinə verilməsini tələb etməkdə də haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəl illəri qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-877/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-877/2020
05.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver