Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-892/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “LG” markalı televizorun və ya 833 manat pul məbləğinin alınıb ona qaytarılması, mənəvi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6144/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən “LG” markalı televizorun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilm əməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4313/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilməməli və mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Normanın məzmununa görə qiyməti 2000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə yuxarıda qeyd olunduğu kimi əmlak xarakterli iddianın qiyməti cəmi 833 manat təşkil edir ki, bu da əmlak xarakterli iddialar üçün qanunda müəyyən olunmuş 2000 manatdan azdır. Lakin iddiaçı tərəfindən MMC-yə qarşı eyni zamanda əmlak xarakteri daşımayan, yəni 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qeyri-əmlak xarakterli tələb irəli sürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətini baxılması üçün göndərərkən işin həmin hallarını araşdırmamış və onlara müvafiq hüquqi qiymət verməmişdir. Belə olduqda, əsas iddia ilə birlikdə irəli sürülmüş qeyri əmlak xarakterli idd ianın (törəmə iddia) qiymətinin 5000 manat təşkil etdiyi vəziyyətdə qətnamədən kassasiya şikayətinin verilməsinin qanuniliyinə qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4313/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apelyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-892/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-892/2021
26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver