Məhkəmə qərarları › İş №2(102)-957/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-957/2019

08.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-957/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İş № 2(102)-957/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsgərov Qürbət Ağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qət naməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini,İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı pul məbləğinin və lizinq obyektinin geri qaytarılması tələbinə dair ilkin iddia ərizəsi ilə; qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Misirzadə, iş 2(011)-1133/2017) ilkin iddia qismən təmin edilmiş, 4850,46 (dörd min səkkiz yüz əlli manat 46 qəpik) manat məbləğində sığorta haqqının və 15 (on beş) manat məbləğində dövlət rüsumunun X1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmişdir; qarşılıqlı iddia qismən təmin edilmiş, 2979,50 (iki min doqquz yüz yetmiş doqquz manat 50 qəpik) məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq X2 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və H.Həmidov, iş № 2(103)9475/2017)Bakı şəhəri, Xətai rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublika sı Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev, iş № 2(102)3233/2018) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski, iş № 2(103)7859/2018) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdi rilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməm işlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,iddiaçı ASC ilə cavabdeh arasında 06 may 2016-cı il tarixdə bağlanmış 140-İM/16 №-li “xxxx” ilkin müqaviləyə əsasən ASC tərəfindən 62 baş “xxxx” cinsli damazlıq heyvanlar cavabdehə 3 il müddətinə lizinqə verilmişdir. Cavabdeh damazlıq heyvanların satış dəyərindən 43.400 manat məbləği avans olaraq ASC-yə ə vvəlcədən ödəmişdir. Qeyd edilən heyvanlar 04 iyun 2016-cı il tarixdə ASC tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin vaxt 62 baş “xxxx” cinsli damazlıq heyvanların cəmi çəkisi 34.724 kq olmuşdur. ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə 31/14 №-li müqaviləyə əsasən cavabdehə 6 baş, ASCyə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə 06/15 №-li müqaviləyə əsasən isə 56 baş heyvan verilmişdir. “İlkin müqavilədə” lizinq müqaviləsinin hansı müddətə bağlanacağı dəqiq göstərilməmişdir. ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə 31/14 №-li müqaviləyə əsasən, 7.100 baş iri buynuzlu cins damazlıq heyvanların sığorta olunmuş ümumi məbləği 20.392.200 manatdır (20.392.200/7100=) 2.872,14 manat. Həmi n müqavilə üzrə cavabdehə 6 baş heyvan verilmişdir (2.872,14 x 6 =) 17.232,84 manat. 17.232,84 manatın 50% güzəşt qiyməti 8.616,42 manat (17.232,84 / 100 x 50 =) 8.616,42 manat Təşkil edir. Həmin məbləğin 50%-i, yəni (8.616,42 / 100 x 50 =) 4.308,21 manat isə əvvəlcədən alınır. ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə 06/15 №-li müqaviləyə əsasən 4.006 baş iri buynuzlu cins damazlıq heyvanların sığorta olunmuş ümumi məbləği 10.333.274,40 manatdır (10.333.274,40 / 4006 =) 2.579,44 manat. Həmin müqavilə üzrə cavabdehə 56 baş heyvan verilmişdir (2.579,44 x 56 =) 144.449,16 manat. 144.449,16 manatın 50%- güzəşt qiyməti (144.449,16 / 100 x 50 =) 72.224,58 manat təşkil edir. Həmin məbləğin 50%-i, yəni (72.224,58 / 100 x 50 =) 36.112,29 manat isə əvvəlcədən a lınır. Qeyd edilən müqavilələr üzrə cəmi məbləğ isə (4.308,21+36.112,29 =) -0.420,50 manat təşkil edir. Göstərilən müqavilələrə əsasən hər bir sığorta predmeti üzrə illik sığorta tarifi 2% həcmində (40.420,50 x 2 =) 80.841 manat müəyyən edildiyindən, 3 illik sığorta tarifi 6% (3x2=) 6% təşkil edir. Belə olan halda cavabdeh tərəfindən iddiaçı ASC-yə ödənilməyən sığorta haqqı (80.841 / 100 x 6 =) 4.850,46 manat təşkil edir. Cavabdeh tərəfindən 43.400 manat məbləğində pul vəsaiti ödənilməsi və müqavilələr üzrə ödəniləcək ümumi məbləğin 40.420,50 manat təşkil etməsi müəyyən edildiyindən, belə olan halda, cavabdehin deyil, iddiaçının cavabdehə (43.400 - 40.420,50 =) 2.979,50 manat məbləğində borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 747.1, 385.1, 442, 748-2.3-cü maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəliəsinin 747.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-2.3-cü maddəsinə müvafiq olaraq, lizinq verən bu Məcəllənin 7481.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad etmişdir ki, “cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin və tərəflər arasında bağlanılmış 22 aprel 2015-ci il tarixli 93-İM/15 nömrəli ilkin müqavilənin 2.2.2-ci və 2.2.3-cü maddələrinin tələblərini pozmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, kassatorun həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hesab edilə bilməz. Belə ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, “... damazlıq heyvanlara mülkiyyət hüququ müstəsna olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Beləliklə işdə olan sənədin məhkəmə tərəfindən təhrif olunmuş şəkildə, yəni iddia tələbində damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması hissəsini rədd edərək qətnamə çıxareması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.3-cü maddələrinin tələblərinin pozulması hesab edilməlidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...müqavilələr üzrə ödəniləcək ümumi məbləğin 40.420,50 manat təşkil etmiş, cavabdeh tərəfindən isə 43.400 manat məbləğində pul vəsaiti ödənilməsi mübahis əsizdir, belə olan halda da ilkin iddia tələbində cavabdehdən 26.343,63 manat tələb edilməsi əsassız olmuşdur. Digər tərəfdən müəyyən edildiyi kimi cavabdehin ilkin ödənişlər bağlı hər hansı borcu qalmadığından ilkin iddia - lizinq obyekti olan damazlıq heyvanların qaytarılması hissəsində də əsassız olmuşdur.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq tamamilə əsassız qətnamə qəbul etmiş dir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qəra rında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi hüquq normaları düzgün olmuşdur. Kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar