Məhkəmə qərarları › İş №2(103)-10102/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10102/2021

23.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10102/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə) Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “gecikdirilmiş əmək haqqına görə pulun, maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2929/2021 saylı işi üzrə 02.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “gecikdirilmiş əmək haqqına görə pulun, maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2929/2021 saylı işi üzrə 02.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən şikayət vermişdir (iş səh.84). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.4.-cü maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılırmalıdır. Qanunvericiliyə müvafiq qeyd edilməlidir ki, cavabdehin dövlət rüsumundan azad edilməsini ehtiva edən halları müəyyən edilmir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 263, 264, 361-366, 397.2, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-9-cü maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2929/2021 saylı işi üzrə 02.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar