Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10130/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)-5024/2021 saylı Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında itşriak edən Cavabdeh məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən ona şişirdilmiş məbləğdə borc hesablanmışdır. Odur ki, mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)- 5024/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardaddan şikayət verərək, qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iş üzrə ekspertiza təyin ediləcəyi təqdirdə iş üzrə icraatın dayandırılacağından məlumatı olmamışdır. İş üzrə icraata dayandırılacağı təqdirdə ona əlavə faizlər hesablanacaq. Odur ki, iş üzrə ekspertiza təyin edilsə də, icraat dayandırılmamalı idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)-5024/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-cı maddəsinə əsasən iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsasında iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)-5024/2021 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)-5024/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10130/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10130/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver