Məhkəmə qərarları › İş №2(103)-10131/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10131/2021

06.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10131/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 18 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadından verdiyi şikayətə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Eyni Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki iş materiallarında həmin qərardadın iddiaçıya rəsmi qaydada verilməsinə dair hər hansı bir sübut yoxdur. Belə olan halda məlum olur ki, rayon məhkəməsinin iddiaçının verdiyi şikayəti müddətin ötürülməsi əsasına gəlməyə Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, 18 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Yasamal Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3655/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar