Məhkəmə qərarları › İş №2(103)-1017/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1017/2025

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-1017/2025 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər “Etalon İnşaat” Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə; iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, “Etalon İnşaat” MMC-yə, cavabdeh1 və və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.; müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının, birinci mülki iş üzrə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili vəkil3, maraqlarına toxunan şəxs (birləşdirilmiş mülki iş üzrə iddiaçı) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi-vəkili vəkil4, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və nümayəndəsi-vəkili vəkil2, birləşdirilmiş mülki iş üzrə cavabdeh cavabdeh1 və vəkili vəkil1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər “Etalon İnşaat” Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs; iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, “Etalon İnşaat” MMC-yə, cavabdeh1 və və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Etalon İnşaat” MTK ilə İddiaçı arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, sonuncu 41.500 manat ödəməklə mübahisə predmeti olan bu mənzili əldə etmişdir. Sonradan, ##.##.2010-cu il tarixdə İddiaçı cavabdeh3 MMC ilə əlavə olaraq 4.260 manat ödəmək şərti ilə yeni müqavilə bağlamış və MMC qarşısında borcunun olmamasını təsdiq edən müxtəlif tarixli maliyyə arayışları əldə etmişdir.

2. “Etalon İnşaat” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, sonuncu ilkin olaraq 3.300 manat ödəmiş, daha sonra isə 36 ay müddətində, ##.##.2012-ci il tarixədək hər ay 1.000 manat ödəmək şərti ilə həmin mənzili əldə etmişdir. Həmin mənzilə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ##.##.2012-ci il tarixdə cavabdeh3 MMC ilə yenidən müqavilə bağlamış, həmçinin MMC qarşısında borcunun olmamasını təsdiq edən eyni tarixli maliyyə arayışı almışdır.

3. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 45.760 manat məbləğində ödəniş müqabilində İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan *** nömrəli mənzilin cavabdeh1 adına rəsmiləşdirilməsinə ##.##.2024-cü il tarixdə razılıq vermişdir. Sonuncu isə həmin mənzilin Umudov Behbud oğlunun adına rəsmiləşdirilməsinə 155.000 manat müqabilində etiraz etməmişdir.

4. İşin birinci instansiya məhkəməsində baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkızinin ## #### 2024-cü il tarixli */***-*/*** saylı ekspert rəyindən görünür ki, ekspert tərəfindən “Etalonİnşaat” MTK-nın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə bağlanmış ## ###### 2006-cı il tarixli və İddiaçı ilə bağlanmış ## #### 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilələr tədqiq edilmiş, tədqiqat nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə bağlamış ## ###### 2006-cı il tarixli və İddiaçı ilə bağlanmış ## #### 2006-cı il tarixli müqavilələrinin çap mətnləri elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə bağlamış ## ###### 2006-cı il tarixli müqavilədəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş “xxxx” MTK-nın İddiaçı bağlanmış ## #### 2006-cı il tarixli müqavilədəki möhür əksi şırnaklı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş “xxxx” MTK-nın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə bağlamış ## ###### 2006-cı il tarixli müqavilədəki möhür əksi və İddiaçı ilə bağlanmış ## #### 2006-cı il tarixli müqavilədəki möhür əksinin təsviri öz aralarında eynilik təşkil etmirlər.

5. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı İddiaçı tərəfindən təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli Ş/***- */***/**** nömrəli rəyindən görünür ki, onun adına verilmiş ## #### 2006-cı il tarixli «xxxx» MTKnın müqaviləsi və arayışı üzərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur. Həmin sənədlərdəki imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir. Eyni zamanda, ekspertiza zamanı qeyd olunan sənədlər üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir.

6. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli *-**-**-*/*-**/**** saylı ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */***-*/*** saylı və ##.##.2024-cü il tarixli, *-**-*/***-*/*** saylı ekspert rəylərinin tədqiqat obyekti olan “xxxx” MTK-nın İddiaçı ilə bağlanmış ## #### 2006-cı il tarixli müqavilələrdəki möhür əksinin vurulma üsulu ilə bağlı ekspertlərinin gəldiyi nəticələrdə yaranan ziddiyyət onunla izah olunur ki, tədqiqat aparılması üçün eyni tarixli sənədin fərqli nüsxələri təqdim olunmuşdur. Tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ## ###### 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin və ## ###### 2012-ci il tarixIi **/** nömrəli arayışının mətnləri elektrofotoqrafik çap qurğusunda (lazer printer, surətçıxaran və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ## ###### 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədə və ## ###### 2012-ci il tarixli **/** nömrəli arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilənin və eyni tarixli arayışının əsilləri təqdim edilmədiyindən, həmin sənədlərin tədqiqatı və “xxxx” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs oğlu arasında bağlanmış ## ###### 2006-cı il tarixli müqavilə və ## ###### 2012-ci il tarixli **/** nömrəli arayışı ilə müqayisəli tədqiqatı aparılmadı.

7. Məhkəmə kollegiyasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı ## ### 2025-ci il tarixli */***-*/*** saylı ekspert rəyinin tədqiqatının İddiaçı adına verilmiş “xxxx” MTK-nın ## #### 2006-cı il tarixli müqavilə və arayışının əsilləri, yoxsa surətləri əsasında aparılması barədə məlumatın təqdim edilməsinə dair sorğusuna cavab olaraq Mərkəz bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 170 C-**** saylı materialı üzrə sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi haqqında ## ### 2025-ci il tarixli qərarına əsasən, ekspertiza tədqiqatı təqdim edilmiş müqavilə və arayışın əsilləri əsasında aparılmış, həmin tədqiqatın nəticələrinə dair */***-*/*** saylı ekspert rəyi verilmişdir.

Birinci mülki iş üzrə:

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdehlər “Etalon İnşaat” Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140,81 kv.metr olan 3 otaqlı *** nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınmasına və cavabdehlər “Etalon İnşat” Mənzil Tikinti Kooperativinin və xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140,81 kv.metr olan 3 otaqlı *** nömrəli mənzildən sahiblik və ondan istifadə etməsinə yönəlmiş manelərin aradan qaldırılması ödəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 127,9 kv.metr olan 3 otaqlı *** nömrəli mənzili ##.##.2006-cı ildə “Etalon İnşaat” MTK-dan almış, “Etalon İnşaat” MKT-ya 41.500 manat pul ödəmişdir, daha sonra cavabdeh3 MMC mənzili yenidən ölçmüş mənzilin ümumi sahəsi 127.9 kv.metr yox, 140,81 kv.metr olduğunu müəyyən etmişlər, buna görə də yenidən onlarla əlavə olaraq ##.##.2010-cu ildə həmin mənzilə dair müqavilə bağlayaraq 4.260 manat əlavə pul ödəmişdir, həmin mənzilə dair heç bir borcu qalmamışdır. Ancaq mənzilindən istifadə edə bilmir, “Etalon İnşaat” MTK və cavabdeh3 MMC arasında anlaşmazlıq yaranmışdır və bu anlaşılmazdıqdan da o əziyyət çəkir, belə ki, hazırda cavabdeh şirkətlər arasında anlaşmazlıq olduğuna görə öz mənzilinə girib-çıxarkən onu dayandırır, hər dəfə mənzilə dair sənədlərini tələb edir, liftdən istifadəyə maneçilik törədir, təmir işlərinə mane olurlar, müxtəlif suallar verirlər, hər dəfə buna görə söz-söhbət, dava-dalaş olur, narazılıq yaranır və buna görə də o, öz mənzilinə rahat şəkildə girib-çıxa, özünə məxsus mənzildən rahat istifadə edə bilmir. Bu hallar isə onun hüquqlarını pozur. Hesab edir ki, mənzilin dəyərini tam ödədiyinə görə mənzilə istifadə hüququ tanınmalı, eyni zamanda onun öz mənzilindən istifadəsinə cavabdehlər “Etalon İnşaat” MTK və cavabdeh3 MMC tərəfindən yönəldilmiş maneələr aradan qaldırılmalıdır.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı *** nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması; İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı *** nömrəli mənzilə sahiblik və ondan istifadə etməsinə yönəlmiş manelərin aradan qaldırılması qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə mənzilin razılaşdırılmış məbləğini tam ödədiyindən, mənzil ilə bağlı hər hansı icra edilməmiş öhdəliyi qalmadığından, həmçinin mənzilə faktiki sahiblik və istifadə etdiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

13. Maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ərizəsi təmin edilmiş, o, *(***)-****/**** nömrəli mülki iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla “xxxx” MTK arasında bağlanmış # ###### 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347- 48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141, 81 kv.m) olan *** nömrəli mənzil alınmışdır. Bundan sonra “xxxx” MTK-nın səlahiyyətləri cavabdeh3 MMC-yə ötürülmüş və ## ###### 2012-ci il tarixdə cavabdeh3 MMC ilə müqavilə bağlanılmışdır. Lakin sonradan həmin mənzildən istifadə edə bilməmişdir. Belə ki, həmin mənzilin İddiaçı tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Həmin şəxs mübahisəli mənzilə dair ## #### 2006-cı il tarixli müqaviləsinin olduğunu bildirmişdir. Bununla bağlı Xətai Rayon Prokurorluğuna müraciət edilmişdir. Göstərilən məsələ ilə bağlı araşdırma aparılmışdır. İş üzrə xətşünaslıq ekspertizası keçirilmiş və ## #### 2006-cı il tarixli müqaviləsindəki möhürün əsli olmadığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş xətşünaslıq ekspertizasından da göründüyü kimi İddiaçı ilə “Etalon İnşaat” MTK arasında bağlanmış ## #### 2006-cı il tarixli müqaviləsindəki möhürün əsli olmadığı üçün məhkəmə qətnaməsi əsassızdır və ləğv edilməlidir. Onunla “xxxx” MTK arasında bağlanmış # ###### 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllə, 3-cü giriş,4-cü mərtəbə, 3 otaqdan ibarət (141, 81 kv.m) olan *** nömrəli mənzil alınmışdır. Bundan sonra “xxxx” MTK-nın səlahiyyətləri cavabdeh3 MMC-yə ötürülmüş və ## ###### 2012-ci il tarixdə cavabdeh3 MMC ilə müqavilə bağlanılmışdır. Lakin sonradan, o, həmin mənzildən istifadə edə bilməmişdir. Belə ki, həmin mənzilin İddiaçı tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Həmin şəxs müvahisəli mənzilə dair ## #### 2006-cı il tarixli müqaviləsinin olduğunu bildirmişdir. Bununla bağlı Xətai Rayon Prokurorluğuna müraciət edilmişdir. Göstərilən məsələ ilə bağlı araşdırma aparılmışdır. İş üzrə xətşünaslıq ekspertizası keçirilmiş və ## #### 2006-cı il tarixli müqaviləsindəki möhürün əsli olmadığı müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi onun maraqlarına toxunur. Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141, 81 kv.m) olan *** nömrəli mənzilə dair cavabdeh İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasına dair iddia ərizəsi üzrə e*(***)-****/**** saylı mülki iş məhkəmənin icraatındadır. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2024-cü il tarixli qətnaməsində, o, məhkəmədə üçüncü şəxs qismində cəlb edilmədiyi üçün onun hüquqları pozulmuşdur. İş üzrə keçirilmiş xətşünaslıq ekspertizasından da göründüyü kimi İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2006-cı il tarixli müqaviləsindəki möhürün əsli olmadığı üçün məhkəmə qətnaməsi əsassızdır və ləğv edilməlidir.

İcraatı birləşdirilmiş iş üzrə:

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı və «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək cavabdeh1 və cavabdeh3 MMC-ni cavabdeh qismində cəlb etməklə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilə dair cavabdeh İddiaçı ilə "xxxx” MTK arasında bağlanmış ## #### 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər cavabdeh3 MMC, İddiaçı və cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilə dair bağlanmış ## ######## 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilin cavabdehlər İddiaçı və cavabdeh1 qanunsuz sahibliyindən alınaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, onunla “xxxx” MTK arasında bağlanmış ## ###### 2006-cı il tarixli müqaviləyə əsasən, o, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzili almışdır. Bundan sonra “xxxx” MTK-nın səlahiyyətləri cavabdeh3 MMC-yə ötürülmüş və ## ###### 2012-ci il tarixdə cavabdeh3 MMC ilə müqavilə bağlanılmışdır. Lakin sonradan, o, həmin mənzili istifadə edə bilməmişdir. Belə ki, həmin mənzilin cavabdeh İddiaçı tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Həmin şəxs mübahisəli mənzilə dair ## #### 2006-cı il tarixli müqaviləsinin olduğunu bildirmişdir. Bununla bağlı tərəfindən Xətai Rayon Prokurorluğuna müraciət edilmişdir. Göstərilən məsələ ilə bağlı araşdırma aparılmışdır. İş üzrə xətşünaslıq ekspertizası keçirilmiş və ## #### 2006-cı il tarixli müqaviləsindəki möhürün əsli olmadığı müəyyən edilmişdir.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh İddiaçı ilə "xxxx” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilə dair bağlanmış ## #### 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi; cavabdehlər cavabdeh3 MMC, İddiaçı və cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilə dair bağlanmış ## ######## 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilin cavabdehlər İddiaçı və cavabdeh1 qanunsuz sahibliyindən alınaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verilməsi qət edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, hüquq-mühafizə orqanlarında aparılan araşdırma nəticəsində iş üzrə verilmiş ekspert rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməklə digər sübutlarla yanaşı tədqiq edilməlidir. Belə olan halda cavabdeh İddiaçı ilə "xxxx” MTK arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından (“xxxx” MTK-nın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə bağlamış ## ###### 2006-cı il tarixli müqavilədəki möhür əksi və İddiaçı ilə bağlanmış ## #### 2006-cı il tarixli müqavilədəki möhür əksinin təsviri öz aralarında eynilik təşkil etmir) iddia tələbi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilə dair cavabdeh İddiaçı ilə "Etalon İnşaat” MTK arasında bağlanmış ## #### 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə təmin edilməlidir.

20. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlər cavabdeh3 MMC, İddiaçı və cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilə dair bağlanmış ## ######## 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, yuxarıda istinad olunan əsaslarla İddiaçı mənzillə bağlı hüququnu müəyyən edən sənəd məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, onun digər cavabdeh cavabdeh1 ilə bağladığı müqavilə də etibarsız hesab edilməlidir.

21. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan *** nömrəli mənzilin cavabdehlər İddiaçı və cavabdeh1 qanunsuz sahibliyindən alınaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, nə qədər ki, məhkəmə araşdırması nəticəsində İddiaçı ilə "xxxx” MTK arasında bağlanmış ## #### 2006-cı il tarixli müqavilə və cavabdehlər cavabdeh3 MMC, İddiaçı və cavabdeh1 arasında bağlanmış ## ######## 2024cü il tarixli müqavilə etibarsız hesab edilmişdir, sözügedən mənzil cavabdehlərin qanunsuz sahibliyindən alınaraq mülkiyyətçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qaytarılmalıdır.

22. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin tələblərinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Nə qədər ki, hazırkı işin araşdırılması zamanı İddiaçı və cavabdeh1 müqavilələri üzrə ödənilmiş məbləğlərlə bağlı dəqiq məlumat məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırkı halda restitusiyanın tətbiq edilməsi qeyri-mümkündür

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 158.3, 324.1, 324.4, 324.5, 329.1, 337.1, 337.2 və 337.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

24. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 127.9 kv.metr olan 3 otaqlı *** nömrəli mənzili ##.##.2006-cı ildə “Etalon İnşaat” MTKdan almışdır. MTK-ya 41.500 manat pul ödəmişdir. Sonra da cavabdeh3 MMC mənzili yenidən ölçmüş mənzilin ümumi sahəsi 127.9 kv.metr yox, 140.81 kv.metr olduğunu müəyyən etmişlər yenidən onlarla əlavə olaraq ##.##.2010-cu ildə həmin mənzilə dair müqavilə bağlayaraq 4260 manat əlavə pul ödəmişdir. O, MTK ilə müqaviləni daha əvvəl, ## ###### 2009-cu il tarixdə bağladığından, həmçinin mənzilə dair pay haqqını ödəməklə mənzilə mülkiyyət hüququnu əldə etdiyindən, eyni mənzilə dair daha sonra müqavilə bağlanması istisna olunur. Göründüyü kimi, o, iddiaçıdan daha əvvəl mənzilin dəyərini tam ödədiyi üçün pay hüquq əldə etmişdir. Ancaq məhkəmə tərəfindən buna məhəl qoyulmamışdır. Müasir dövrdə istənilən şəxsin yaşadıgı yeri müəyyən etmək heç bir çətinlik törətmir. Buna baxmayaraq məhkəmə onun prosessual müdafiə hüquqlarını təmin etməmiş, onun məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edəcəyi halda müvafiq sübutlarını məhkəməyə təqdim edə bilər və öz hüquqlarının qorunması üçün çıxış edə bilərdi. Hesab edir ki, iddia və iş üzrə çıxarılan qətnamə tam əsassız və qanunsuzdur. Beləliklə, hesab edir ki, iş yenidən tam və hərtərəfli araşdırılmalı, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

26. Həmçinin cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 127.9 kv.metr olan 3 otaqlı *** nömrəli mənzili, o, ##.##.2024-cü ildə X1 155.000 manata almışdır. Bununla bağlı “xxxx” MMC-də rəsmiləşdirilərək müqavilələr onun adına dəyişdirilmişdir. O, özü şəhid ailəsidir, həyat yoldaşı X3 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Özü 2-ci qrup əlildir, iki uşağı da 2-ci qrup əlildirlər. Çünki həyat yoldaşı Çernobıl hadisələri zamanı hərbi xidmətdə orada olduğu üçün onun fəsadları uşaqlarda da biruzə vermişdir. Hazırda yaşamağa başqa yeri olmadığı üçün bu evi uşaqları ilə birlikdə yığışaraq almışlar. Həmin evə köçüb yaşamaq istəyirdi ki, belə hadisə başlarına gəldi. Rabil tərəfindən evdə müəyyən təmir işləri aparılmışdır. Qalan təmir işləri onlar tərəfindən aparılmalı idi. Əgər iddiaçı həmin evin sahibi idisə onda nəyə görə təmir işləri aparılan zaman gəlib mənzilin onun olduğunu bildirmirdi və məhkəməyə müraciət etmirdi. Göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən qanunsuz yollarla əmlakı ələ keçirmişdir. İddiaçı MTK ilə müqaviləni daha əvvəl, ## ###### 2009-cu il tarixdə bağladığından, həmçinin mənzilə dair pay haqqını ödəməklə mənzilə mülkiyyət hüququnu əldə etdiyindən, eyni mənzilə dair daha sonra müqavilə bağlanması istisna olunur. Göründüyü kimi Rabil iddiaçıdan daha əvvəl mənzilin dəyərini tam ödədiyi üçün pay hüquq əldə etmişdir. Ancaq məhkəmə tərəfindən buna məhəl qoyulmamışdır. Müasir dövrdə istənilən şəxsin yaşadıgı yerinin müəyyən edilməsi heç bir çətinlik törətmir. Buna baxmayaraq məhkəmə onun prosessual müdafiə hüquqlarını təmin etməmiş, onun məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edəcəyi halda müvafiq sübutlarını məhkəməyə təqdim edə bilər və öz hüquqlarının qorunması üçün çıxış edə bilərdi. Hesab edir ki, iddia və iş üzrə çıxarılan qətnamə tam əsassız və qanunsuzdur. Beləliklə, hesab edir ki, iş yenidən tam və hərtərəfli araşdırılmalı, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətlərinə qarş etiraz daxil olmamışdır.

29. Bakı Apellyasiya Məhkəməsi MK-nın *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, «xxxx» MMC-yə, cavabdeh1 və cavabdeh3 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair *(***)- ****/**** saylı mülki iş, iddiaçı İddiaçı cavabdehlər “Etalon İnşaat” Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” tələbinə dair *(***)-****/**** saylı mülki işlə bir icraatda birləşdirilərək, hər iki mülki işə *(***)-****/**** saylı nömrə verilmişdir.

Apelyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət verən tərəflər hər iki qətnamənin ləğv edilməsini və iddiaların rədd edilməsini xahiş etdiklərindən apellyasiya baxışının predmetini qətnamələrin hər birinin bütövlükdə yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (birləşdirilmiş mülki iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti müdafiə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. 35.Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş mülki iş üzrə cavabdeh cavabdeh1 və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdirlər. 36.Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs (birləşdirilmiş mülki iş üzrə iddiaçı) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi-vəkili vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini; İddiaçı və cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. 37.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və nümayəndəsi-vəkili vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdirlər. 38.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının 39.13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 40.43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

41.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 42.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 43.144-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 44.178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 45.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 46.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 47.178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 48.178.2-ci maddəsinə əsasən, eni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 49.178.8-ci maddəsinə əsasən, (# #### 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ,qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 50.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 51.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 52.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 53.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 54.358.1 və 358.2-ci maddələrinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 55.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 56.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 57.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 58.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 59.452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 60.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 61.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 62.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 63.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 64.572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 65.573-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. 66.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 67.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 68.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

69. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 70.752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 71.762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2020-ci il tarixli Qərarında da Sabir Fərəcovun mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, “xxxx” MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə ## ###### 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. “xxxx” MMC də Sabir Fərəcov tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

73. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 74.77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti əsassız hesab edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; cavabdehlər İddiaçı və cavabdeh1 apellyasiya şikayətləri əsaslı olduğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

76. Hazırkı mübahisənin predmetini Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə inşa edilmiş yaşayış binasının üçüncü girişində, dördüncü mərtəbədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan, *** nömrəli üç otaqlı mənzil təşkil edir. Qeyd edilməlidir ki, “xxxx” MMC-nin sifarişi ilə 2006-cı ildə tikintisinə başlanılmış həmin yaşayış binasında yerləşən bir sıra mənzillər “Etalon İnşaat” MTK-nın vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən suiistifadə edilməklə müxtəlif şəxslərə satılmışdır.

77. Belə ki, “Etalon İnşaat” MTK ilə İddiaçı arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, sonuncu 41.500 manat ödəməklə mübahisə predmeti olan bu mənzili əldə etmişdir. Sonradan, ##.##.2010-cu il tarixdə İddiaçı cavabdeh3 MMC ilə əlavə olaraq 4.260 manat ödəmək şərti ilə yeni müqavilə bağlamış və MMC qarşısında borcunun olmamasını təsdiq edən müxtəlif tarixli maliyyə arayışları əldə etmişdir.

78. Eyni zamanda, “Etalon İnşaat” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, sonuncu ilkin olaraq 3.300 manat ödəmiş, daha sonra isə 36 ay müddətində, ##.##.2012-ci il tarixədək hər ay 1.000 manat ödəmək şərti ilə həmin mənzili əldə etmişdir. Həmin mənzilə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ##.##.2012-ci il tarixdə cavabdeh3 MMC ilə yenidən müqavilə bağlamış, həmçinin MMC qarşısında borcunun olmamasını təsdiq edən eyni tarixli maliyyə arayışı almışdır.

79. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 45.760 manat məbləğində ödəniş müqabilində İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan *** nömrəli mənzilin cavabdeh1 adına rəsmiləşdirilməsinə ##.##.2024-cü il tarixdə razılıq vermişdir. Sonuncu isə həmin mənzilin Umudov Behbud oğlunun adına rəsmiləşdirilməsinə 155.000 manat müqabilində etiraz etməmişdir.

80. Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan *** nömrəli mənzil tərəflər arasında müxtəlif vaxtlarda bağlanmış müqavilələrin predmeti olmuşdur. Mübahisələndirilən müqavilələrdə göstərilən əmlakın eyni mənzil olması, yəni müqavilə predmetlərinin üst-üstə düşməsi tərəflər arasında mübahisə doğurmayan haldır.

81. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər “Etalon İnşaat” Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, istifadəyə maneələrin aradan qaldırılması və digər tələblər” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verdiyi şikayətə hüquqi qiymət verilməzdən əvvəl, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, “Etalon İnşaat” MTK-ya, cavabdeh1 və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki işin hallarına münasibət bildirilməsi zəruridir.

82. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan *** nömrəli mənzilə dair bağlanmış ## #### 2006-cı il tarixli müqavilənin, habelə cavabdeh3 MMC, İddiaçı və cavabdeh1 arasında həmin mənzilə dair bağlanmış ## ######## 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qənaətə gələrkən, hüquq-mühafizə orqanlarında aparılmış araşdırma çərçivəsində əldə edilmiş ekspert rəyini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmişdir.

83. Məhkəmənin istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli */***-*/*** saylı ekspert rəyindən görünür ki, "xxxx" MTK-nın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə bağlamış ## ###### 2006-cı il tarixli və İddiaçı ilə bağlanmış ## #### 2006-cı il tarixli müqavilələrinin çap mətnləri elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. "xxxx" MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ## ###### 2006-cı il tarixli müqavilədəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ## #### 2006-cı il tarixli müqavilədəki möhür əksi şırnaklı printerdə çap edilmişdir. Müqavilələrdəki möhür əksinin təsviri öz aralarında eynilik təşkil etmir.

84. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh İddiaçı tərəf olduğu ## #### 2006-cı il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmamışdır. Məhkəmə bu qənaətini, “xxxx” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ## ###### 2006-cı il tarixli müqavilədəki möhür əksinin təsviri ilə İddiaçı ilə bağlanmış ## #### 2006-cı il tarixli müqavilədəki möhür əksinin təsvirinin bir-birinə uyğun gəlməməsi və s. ilə əsaslandırmışdır. Bu səbəbdən məhkəmə həmin müqavilənin etibarsız hesab edilməli olması nəticəsinə gəlmişdir.

85. Məhkəmə iddia tələbinin cavabdeh3 MMC, İddiaçı və cavabdeh1 arasında mübahisəli mənzilə dair bağlanmış ## ######## 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, İddiaçı həmin mənzil üzərində hüququnu müəyyən edən ## #### 2006-cı il tarixli müqavilə etibarsız hesab edildiyindən, onun cavabdeh1 ilə bağladığı sonrakı müqavilə də hüquqi qüvvəyə malik sayıla bilməz və buna görə etibarsız hesab edilməlidir.

86. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı İddiaçı tərəfindən təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli Ş/***- */***/**** nömrəli rəyindən görünür ki, onun adına verilmiş ## #### 2006-cı il tarixli «xxxx» MTKnın müqaviləsi və arayışı üzərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur. Həmin sənədlərdəki imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir. Eyni zamanda, ekspertiza zamanı qeyd olunan sənədlər üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir.

87. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin mülki iş üzrə nəticəyə gələrkən istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli */***-*/*** saylı ekspert rəyi ilə İddiaçı tərəfindən təqdim edilmiş Mərkəzin ## ### 2025-ci il tarixli Ş/***-*/***/**** nömrəli rəyi arasında mövcud olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Ekspertlər qarşısında rəylər arasındakı ziddiyyətlərin səbəblərinin izah edilməsi, sənədlərin hazırlanma üsulunun müəyyənləşdirilməsi, onların icrasında istifadə olunmuş texniki vasitələrin eyniləşdirilməsi, sənədlərə vurulmuş möhürlərin eyni möhürlə vurulub-vurulmadığının müəyyən edilməsi hallarıba dair rəy verilməsi vəzifəsi qoyulmuşdur.

88. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli *-**-**-*/*- **/**** saylı ekspert rəyinə əsasən, Mərkəzin ## ### 2025-ci il tarixli */***-*/*** saylı və ## #### 2024-cü il tarixli *-**-*/***-*/*** saylı ekspert rəylərində “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ## #### 2006-cı il tarixli müqavilədəki möhür əksinin vurulma üsulu ilə bağlı gəlinmiş nəticələr arasındakı ziddiyyətin səbəbi tədqiqat üçün eyni tarixli müqavilənin fərqli nüsxələrinin təqdim edilməsi ilə izah edilmişdir. “xxxx” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ## ###### 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin və ## ###### 2012-ci il tarixIi **/** nömrəli arayışının mətnlərinin elektrofotoqrafik çap qurğusunda (lazer printer, surətçıxaran və s.) çap edildiyi; “xxxx” MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ## ###### 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədə və ## ###### 2012-ci il tarixli **/** nömrəli arayışda olan möhür əkslərinin relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulduğu müəyyən edilmişdir.

89. Məhkəmə kollegiyasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı ## ### 2025-ci il tarixli */***-*/*** saylı ekspert rəyinin tədqiqatının İddiaçı adına verilmiş “xxxx” MTK-nın ## #### 2006-cı il tarixli müqavilə və arayışının əsilləri, yoxsa surətləri əsasında aparılması barədə məlumatın təqdim edilməsinə dair sorğusuna cavab olaraq Mərkəz bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 170 C-**** saylı materialı üzrə sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi haqqında ## ### 2025-ci il tarixli qərarına əsasən, ekspertiza tədqiqatı təqdim edilmiş müqavilə və arayışın əsilləri əsasında aparılmış, həmin tədqiqatın nəticələrinə dair */***-*/*** saylı ekspert rəyi verilmişdir.

90. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsində İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan *** nömrəli mənzilə dair bağlanmış ## #### 2006-cı il tarixli müqavilənin, habelə cavabdeh3 MMC, İddiaçı və cavabdeh1 arasında həmin mənzilə dair bağlanmış ## ######## 2024-cü il tarixli müqavilənin etibarsız olmasını əsaslandıran halların mövcudluğu aparılmış məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır.

91. Belə ki, iş materiallarında olan ekspert rəyləri ilə müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan *** nömrəli mənzilə dair bağlanmış ## #### 2006-cı il tarixli müqavilədə hər hansı dəyişiklik, müdaxilə və ya saxtalaşdırma əlamətləri aşkar edilməmişdir. Bu hal həmin sənədin məzmununa sonradan müdaxilə edilmədiyini və onun həqiqiliyini şübhə altına alan texniki xarakterli halların müəyyən olunmadığını göstərir.

92. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ekspert rəyləri arasında mövcud olan ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş əlavə prosessual tədbirlər görmədən və əlavə araşdırma aparmadan gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından əsassızdır. Bu isə öz növbəsində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin təmin edilməsinə xələl gətirmişdir.

93. Belə ki, hazırkı iş üzrə müəyyən edilmiş hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli */***-*/*** saylı ekspert rəyində əks olunan nəticələr tərəflər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün müstəqil və kifayət qədər hüquqi əsas kimi qəbul edilə bilməz.

94. Beləliklə, İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 141,81 kv.m olan *** nömrəli mənzilə dair bağlanmış ## #### 2006-cı il tarixli müqavilədən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin münasibətlərə əsasən, İddiaçı mənzilin əldə edilməsi üçün müqavilə ilə müəyyən edilmiş ödənişi həyata keçirməli, “xxxx” MTK isə öz növbəsində həmin mənzili razılaşdırılmış qaydada və müddətdə ona təhvil verməli olmuşdur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı müqavilə üzrə üzərinə düşən ödəniş öhdəliyini yerinə yetirərək mənzilin dəyəri qismində nəzərdə tutulmuş 41.500 manat məbləğində vəsaiti müqavilə bağlanarkən ödəmişdir.

95. Belə olan halda, mübahisə predmeti olan yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış müqavilələrin hüquqi nəticələrinə qiymət verilərkən müqavilələrin bağlanma tarixlərinin ardıcıllığı, pay haqqının ödənilməsi vəziyyəti, mənzilin ilkin olaraq kimə təhvil verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklərinin faktiki icra vəziyyəti, habelə onların sonrakı davranışları nəzərə alınmalıdır. Yalnız göstərilən halların məcmu şəkildə qiymətləndirilməsi nəticəsində mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilə və tərəflərin hüquq və vəzifələri müəyyən edilə bilər. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasının 178.8ci maddəsinə

96. (# #### 2018-ci il tarixədək qüvvədə olmuş redaksiya) əsasən, iddiaçı kooperativ tərəfindən verilən mənzil üçün pay haqqını tam ödədiyi halda həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etmişdir. Hazırkı iş üzrə “xxxx” MTK-nın mübahisə predmeti olan mənzili müvafiq ödəniş müqabilində İddiaçı təhvil vermək öhdəliyi daha əvvəl yaranmışdır.

97. Bundan əlavə, hazırkı mülki işin materiallarından müəyyən olunur ki, mübahisəli daşınmaz əmlaka faktiki sahiblik də daha əvvəl İddiaçı məxsus olmuşdur.

98. Məhkəmə kollegiyası vurğulayır ki, əşyaya sahib olma dedikdə yalnız hüquqi sənədləşmə deyil, həmçinin faktiki hərəkətlərlə həyata keçirilən yiyələnmə başa düşülür. Sahibliyin (yiyələnmənin) mahiyyəti ondan ibarətdir ki, şəxs əşyanı özünün nəzarətində saxlayır, ona təsir göstərir, üçüncü şəxslərin müdaxiləsindən qoruyur və faktiki olaraq onu idarə edir.

99. Bu baxımdan, mübahisəli mənzilin açarlarının cavabdeh İddiaçı olması, onun tərəfindən həmin mənzildə təmir işlərinə başlanılması, habelə əvvəllər həmin əmlak üzərində yaranmış hüquqlara dair sərəncam vermək imkanına malik olması və bu imkanlardan istifadə etməsi, eləcə də digər faktiki hallar onun mənzilə faktiki sahiblik etdiyini təsdiq edən hallar kimi qiymətləndirilir.

100. Eyni zamanda, İddiaçı cavabdehlər “Etalon İnşaat” Mənzil Tikinti Kooperativinə və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,81 kv.m olan 3 otaqlı *** nömrəli mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasını tələb etməsi də onun həmin mənzil üzərində faktiki nəzarətinin mövcudluğunu göstərir.

101. Göstərilən hallar nəzərə alınmaqla, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli mənzildə sayğac quraşdırılması ilə bağlı MTK-ya ödəniş etməsi həmin əmlak üzərində sahiblik hüququnun ona keçdiyini təsdiq edən həlledici sübut kimi qiymətləndirilə bilməz.

102. Beləliklə, iş materialları ilə sübuta yetirilir ki, İddiaçı tərəf olduğu müqavilənin bağlanması, həmin müqavilə üzrə öhdəliklərin icrası, o cümlədən ödənişin müqavilə bağlanan zaman tam həcmdə həyata keçirilməsi, mübahisəli daşınmaz əmlakın faktiki olaraq təhvil alınması, eləcə də sonrakı davranışları onun həmin əmlak üzərində hüquqlarının formalaşdığını təsdiq edir. Müəyyən edilmiş bu hallar İddiaçı həmin mənzilə dair malik olduğu hüquqlara əsaslanaraq mənzilin cavabdeh1 adına rəsmiləşdirilməsinə razılıq verməsinin mülki qanunvericiliyin tələblərinə zidd hərəkət kimi qiymətləndirilməsini istisna edir. Əksinə, müəyyən edilmiş hallar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti olan yaşayış sahəsinə dair tələb hüququnun aradan qalxdığını göstərir.

103. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün İddiaçı və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, sözügedən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, “Etalon İnşaat” MMC-yə, cavabdeh1 və və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası rədd edilməlidir.

104. Məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticənin davamı olaraq, iddiaçı (birləşdirilmiş iş üzrə maraqlarına toxunan şəxs) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

105. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

106. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

107. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlarına toxunan şəxs (birləşdirilmiş mülki iş üzrə iddiaçı) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı (birləşdirilmiş mülki iş üzrə cavabdeh) İddiaçı və birləşdirilmiş mülki iş üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. *(***)-***/**** saylı mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, “Etalon İnşaat” MMC-yə, cavabdeh1 və və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı il Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, 50 manatı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944) ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver