Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10171/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əli oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc vəsaitinin tutulması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-382/2021 saylı işi üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12000 manat pulun, adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 6000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-382/2021 saylı işi üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 12000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində 12000 manat borc verilməsinin əsası kimi 03.11.2020-ci il tarixli kredit müqaviləsinə istinad edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-382/2021 nömrəli işi üzrə 10 avqust 2021-cı il tarixli qətnaməsini təmin olunmamış hissədə ləğv etməklə, həmin hissədə iddia tələbini tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş 21.10.2021-ci il tarixli sorğuyla müəyyən edilmişdir ki, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun 6039 nömrəli, 11.03.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh tələbkar İddiaçı Məhəmmməd oğlunun xeyrinə 12000 manat məbləğində tutularaq ödənilməlidir. İcra sənədi 01.07.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, hazırda icra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri davam etdirilir. Qeyd olunan icra sənədi üzrə icraata xitam verilməmişdir . Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 80; İcra haqqında Azərbaycan Respublikası Qanununun 6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 13.4, 13.5, 261.0.1, 261.0.2, və 261.0.9-cu maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, mülki prosessual əsaslarla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-382/2021 saylı işi üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi, iş üzrə icraata xitam verilməklə, ləğv edilməlidir. Belə ki, eyni tərəflər arasında eyni predmet üzrə icra mərhələsində olan notariusun icra qeydinin olması mübahisənin (hüquqların təsdiqi və ya müdafiəsi üçün əsasların) olmadığını müəyyən edir. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi baxımından qeyd edilməlidir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Diqqətə çatdırılmalıdır ki, əsas məbləğin icra mərhələsində olması, apellyasiya icraatının hədləri çərçivəsində tələbin bölünməzliyi və əlavə tələbin icra sənədinin icra edilməməsinədən irəli gəldyi, hazırki prosessual mərhələdə əlavə tələbə aid mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində əməl etmək qaydasının tətbiq etmək imkanının itirildiyi və digər mülki prosessual xüsusatlar nəzərə alınaraq əldən çıxmış fayda hissəsində tələbin ayrıca icraatda baxılması və bu baxımdan müstəqil tələb kimi verilməsi istisna edilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-382/2021 saylı işi üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10171/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10171/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver