Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10193/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə SOCAR “Azneft” İB-nin maraqlı tərəf Maraqlı şəxs cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə Pirallahı rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, kollegiya M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı SOCAR “Azneft” İB-nin maraqlı tərəf Maraqlı şəxs cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)–382/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır Həmin qərardaddan iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən şikayət verilmişdir. Bakı şəhəri, Pirallahı rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya qaydasında şikayətə baxılarkən iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən Pirallahı Rayon Məhkəməsinin 2(094)–382/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərardadından verildiyi şikayətdən imtna edilməsinə dair ərizə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Kollegiya hesab edir ki, şikayətdən imtina, apelyatorun iradə ifadəsi olduğundan və digər şəxslərin hüququna toxunmadığından, onun şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və hazırkı iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369-cu maddələrini rəhbər tutaraq, kollegiya Q Ə R A R A A L D İ: İddiaçı SOCAR “Azneft” İB-nin səlahiyyətli nümayəndəsi təfindən Pirallahı Rayon Məhkəməsinin 2(094)–382/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətindən imtinası qəbul edilərək, apellyasiya icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №2(103)-10193/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10193/2021
14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver