Məhkəmə qərarları › İş №2(103)-10199/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10199/2021

27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10199/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə İddiaçı İsrafi qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-132/2021 saylı iş üzrə qəbul etdiyi 19.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı İsrafi qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh 15000 manat məbləğində maddi ziyanın İddiaçı İsrafi qızının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh 25.06.2021-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ilə Nizami Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim F.Mirzəyev, iş № 2(007)-132/21) iş üzrə 05.07.2021-ci il tarixli qərardad ləğv olunmuş, Nizami Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamədən verilmiş şikayətin mümkünlüyünü yoxlayarkən məlum olmuşdur ki, İddiaçı Nizami Rayon məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadından şikayət vermiş, lakin məhkəmə qərardaddan verilmiş şikayətə baxmadan qətnamədən verilmiş apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Nizami Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar