Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10375/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya X4 Nazirliyi 11 X3 X4 İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2788/2021 saylı işi üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Ekologiya X4 Nazirliyi 11 X3 X4 İdarəsi tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2788/2021 saylı işi üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsinin surəti 16.07.2021-ci il tarixində iddiaçıya şifarişli (xəbərnaməli) məktub vasitəsilə göndərilmiş (səh.37) və məktub 10.08.2021-ci il tarixində ona çatdırılmış (səh 40), apellyasiya şikayəti isə 15.09.2021-ci il tarixində göndərilmişdir (səh 43). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 360-cı maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti (məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində) verə bilər. Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 355-7.4cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, iddiaçının adından apellyasiya şikayətini imza edən şəxsin səlahiyyətlərinə dair (etibarnamənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 146, 357, 361-366,372, 395-397, 402-406-cu maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2788/2021 saylı işi üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Ekologiya X4 Nazirliyi 11 X3 X4 İdarəsi tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10375/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10375/2021
08.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver