Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10482/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “ipoteka müqaviləsinin və razılaşmanın ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, cavabdehin “iddianı təmin etmə tədbirinin ləğvi barədə” ərizəsi təmin olunsun, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev № 81-də yerləşən 55 №-li mənzilin və Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev № 2A-da yerləşən 67 №-li mənzilin açıq hərracda satılmasının dayandırılması barədə Nəsimi Rayon Məhkəməsinin 21.12.2018-ci il tarixli qərardadı ləğv edilsin. Şikayətdə tələb olunub ki, 14.07.2021-ci il tarixli qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 21.12.2018-ci il tarixli qərardadı ilə yuxarıda göstərilən iddianı təmin etmə tədbiri tətbiq edilib. İş üzrə iddia Nəsimi Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli qətnaməsi ilə rədd olunub və qətnamə qanuni qüvvəyə minib. Mülki-Prosessual Məcəllənin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Ona görə də Nəsimi Rayon Məhkəməsi düzgün olaraq iddianı təmin etmə tədbirini ləğv edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10482/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10482/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver